Yeyinti bu qədər imiş 100 mini qaytarıblar
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Gəncə Dövlət Universitetinin nəzdindəki Gəncə Dövlət Regional Kollecinin korrupsiyada ittiham olunan keçmiş rəhbərlərinin məhkəməsi başlayıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində ilk iclas keçirilib.
Bu iş üzrə 4 nəfər - eks-kollec direktorları Fəxrəddin Zeynalov və İlqar Kubışov, habelə iki əməkdaş Gülnar Bağırzadə və Məlahət Əsgərova mühakimə edilir. Onlar dördü də istintaq dövründə azadlıqda olublar, məhkəmə müddətində sərbəst mühakimə edilmələrinə qərar verilib.
Hazırlıq iclasında təqsirləndirilən şəxslərə hüquq və vəzifələri izah edilib, iş məhkəmə baxışına verilib.
Artıq cinayət işi üzrə dəymiş ziyanın da nə qədər olduğu məlumdur. Əldə etdiyimiz məlumata görə, təqsirləndirilən şəxslər 360 min manatdan artıq dövlət vəsaitini mənimsəməkdə təqsirləndirilirlər. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan ilkin istintaqla müəyyən edilib ki, pullar əsasən kənar şəxslərin adına əməkhaqqı yazılması və kollecdə inşaat işlərinin aparılması adı ilə mənimsənilib. Prokurorluq məhkəməyə qədər dövlətə dəymiş ziyanın 100 min manatını geri ödətdirib.
Fəxrəddin Zeynalov, İlqar Kubışov və digərlərinə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və külli miqdarda mənimsəmə maddələri ilə yekun ittiham verilib. Bu maddələrlə təqsirli bilinən şəxsi 5 ildən 10 ilə kimi həbs cəzası gözləyir. Lakin dəymiş ziyanın ödənilməsi vəziyyəti yüngülləşdirə bilir.
Qeyd edək ki, Gəncə Dövlət Regional Kollecinin 2023-cü ilə kimi rəhbəri Fəxrəddin Həsənov olub. O, təqaüdə getdikdən sonra yerinə riyaziyyat üzrə fəlsəfə doktoru, dosent İlqar Kubışov təyin edilib. Lakin Kubışov cəmi 1 il sonra vəzifəsindən azad olunub.
Sail Ağasəlim
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 01 Oktyabr 2026 15:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















