”1003 Çağrı Mərkəzi” ilə “Alo174” qida xətti arasında təcrübə mübadiləsi aparılıb
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 22 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “1003 – Çağrı Mərkəzi” ilə Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin “Alo174” qida xətti arasında təcrübə mübadiləsi baş tutub.
Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, bu əməkdaşlıq çərçivəsində tərəflər vətəndaş müraciətlərinin qəbul edilməsi, onların operativ cavablandırılması və nəticələrlə bağlı məlumatların çatdırılması sahəsindəki təcrübələrini bölüşüblər.
“1003 – Çağrı Mərkəzi”nin əməkdaşı “Alo174” qida xəttində vətəndaş müraciətlərinin dinlənilməsi, cavablandırılması və aidiyyatı orqanlara çatdırılması mərhələlərini izləyib.
Mübadilə çərçivəsində qurum əməkdaşlarına “1003-Çağrı Mərkəzi”nin fəaliyyəti barədə ətraflı məlumat verilib. Vurğulanıb ki, “Çağrı Mərkəzi” vətəndaşların qida təhlükəsizliyi ilə bağlı müraciətlərini qəbul edən və operativ cavablandıran xidmətdir.
Baxış sayı:139
Bu xəbər 22 Aprel 2025 15:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















