Icma.az
close
up
RU
102 il əvvəl doğan işıq Türkiyə Cümhuriyyətinin yenilməz yürüşü

102 il əvvəl doğan işıq Türkiyə Cümhuriyyətinin yenilməz yürüşü

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün Türkiyə Cümhuriyyətinin yaranmasının 102-ci ildönümüdür. Bu tarix təkcə bir dövlətin elan günü deyil, bir millətin öz taleyini dəyişdiyi, əsarətdən azadlığa doğru iradə göstərdiyi dönüş nöqtəsidir.

1923-cü ildə Mustafa Kamal Atatürk və silahdaşlarının iradəsi ilə yaranan Cümhuriyyət, Anadolunun külündən yenidən doğan bir dirçəlişin, millətin öz kimliyini və gələcəyini yenidən yazmaq əzminin təcəssümüdür. O vaxtdan bəri Türkiyə təkcə dövlət quruluşunu deyil, həm də millətin düşüncə tərzini, təhsilini, qadının cəmiyyətdə yerini, sənayeləşmə və modernləşmə anlayışını kökündən dəyişdirib.

Atatürkün “Egemenlik, kayıtsız şartsız milletindir” kəlamı bu yeni dövlətin fəlsəfəsini ifadə edirdi. Hakimiyyətin xalqın əlində olması, dövlətin din, irs və təbəqə fərqləri üzərində deyil, vətəndaş bərabərliyi və azadlıq prinsipləri üzərində qurulması Cümhuriyyətin əsas dəyərlərini müəyyənləşdirdi. O dövrdə qaranlıqda qalmış bir toplum, elmin, maarifin, sənayenin işığına sarıldı. Qadınlara seçki hüququ verilməsi, təhsil islahatları, latın əlifbasına keçid, iqtisadi dirçəliş və dövlət institutlarının modernləşdirilməsi bu düşüncənin davamı idi.

Aradan keçən bir əsrdən artıq zamanda Türkiyə saysız sınaqlardan keçdi. Hərbi çevrilişlər, siyasi böhranlar, iqtisadi çətinliklər, terror, regional münaqişələr və təbii fəlakətlər ölkənin inkişaf yolunu bəzən ləngitsə də, heç vaxt dayandıra bilmədi. Türkiyə hər dəfə daha da möhkəmlənərək ayağa qalxdı. Bu gün o, həm bölgənin, həm də qlobal siyasətin vacib güc mərkəzlərindən biridir. Sənaye, müdafiə, texnologiya, energetika və diplomatiya sahələrində qazandığı uğurlar, ölkəni regional liderə və beynəlxalq güc balansında mühüm oyunçuya çevirib.

Son illərdə Türkiyənin iqtisadi və texnoloji yüksəlişi, xüsusən müdafiə sənayesində milli istehsalın payının 80 faizə çatması, İHA və SİHA texnologiyalarında dünya miqyasında rəqabət gücünə sahib olması, Cümhuriyyət ideyalarının davamlı inkişafla necə real gücə çevrildiyini göstərir. Ərdoğanın rəhbərliyi dövründə həyata keçirilən nəhəng infrastruktur, nəqliyyat, enerji və müdafiə layihələri Türkiyəni XXI əsrin mühüm aktorlarından birinə çevirib. Amma bütün bu nailiyyətlərin kökündə hələ yüz il əvvəl atılmış bir əsas dayanır - xalqın öz gücünə, dövlətinə və azad iradəsinə inamı.

Bu bayram təkcə Türkiyədə deyil, bütün türk dünyasında xüsusi mənəvi dəyərə malikdir. Çünki, Türkiyə Cümhuriyyətinin yaranması tək bir xalqın deyil, bütün türklərin qürur mənbəyidir. Azərbaycanla Türkiyə arasındakı “bir millət, iki dövlət” prinsipi də bu mənəvi birliyin ən parlaq ifadəsidir. Tarixən dəfələrlə sınaqlardan çıxmış bu qardaşlıq 2020-ci ilin Qarabağ Zəfərində, 2023-cü ilin zəlzələsi zamanı, beynəlxalq platformalarda qarşılıqlı dəstəkdə bir daha öz təsdiqini tapdı. Bu gün iki ölkə Şuşa Bəyannaməsi ilə əlaqələrini müttəfiqlik səviyyəsinə yüksəldib, regionda sabitliyin, təhlükəsizliyin və inteqrasiyanın əsas dayaqlarından birinə çevriliblər.

Cümhuriyyətin 102 illiyi həm də bir ideyanın - milli iradə və müstəqil qərarvermə ideyasının qalibiyyətidir. Dünyada yenidən güc balanslarının dəyişdiyi bir zamanda Türkiyə öz yolunu cızmağa, daxildə sabitliyi qoruyaraq, qlobal siyasətdə təsir dairəsini genişləndirməyə davam edir. Bu, Atatürkün “Yurdda sülh, cahanda sülh” prinsipinin müasir formada təcəssümüdür.

Bu gün Türkiyə küçələri yenə qırmızı-ağ bayraqlarla bəzənib, məktəblərdə uşaqlar “Yaşasın Cümhuriyyət” şüarı səsləndirir, səhnələrdə “10. Yıl Marşı” çalınır. Amma bu səs-küylü sevincin arxasında bir dərinlik də var - yüz ildən çoxdur ki, bu millət eyni inamla irəliləyir. Cümhuriyyət sadəcə bir siyasi sistem deyil, milli yaddaşın, azadlıq sevgisinin, gələcəyə inamın adıdır.

2025-ci ilin bu günündə Türkiyə Cümhuriyyəti yeni bir əsrə qədəm qoyur - daha güclü, daha texnoloji, daha özünəinamlı. Amma onun ruhu dəyişmir: o ruh, 1923-cü ilin oktyabrında Atatürkün məclis kürsüsündən səsləndirdiyi bir cümlədə yaşayır — “Suverenlik qeyd-şərtsiz millətindir.” Və bu cümlə bu gün də eyni inamla təkrar olunur: Yaşasın Cümhuriyyət, yaşasın azad millət!

Züriyə Qarayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:68
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 29 Oktyabr 2025 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see379

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see290

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see238

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see145

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see144

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri