Icma.az
close
up
RU
102 nin aqibəti necə olacaq? “Ermənilər rusları istəmir”

102 nin aqibəti necə olacaq? “Ermənilər rusları istəmir”

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Rusiyanın 102-ci bazasının Ermənistandan çıxarılması Moskvanın maraqlarına cavab vermir və Putinin fikirlərini daha çox ritorika kimi başa düşmək lazımdır”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında Bakı Politologiya Klubu İctimai Birliyinin sədri, politoloq Zaur Məmmədov deyib. O bildirib ki, ermənilər ölkələrində Rusiya sərhədçiləri və hərbi bazası istəmir:

“Real məqam ondan ibarətdir ki, Rusiya Cənubi Qafqazda mövcudluğunu saxlamaq üçün, həm də hərbi təhlükəsizliklə bağlı məsələlərdə geri çəkilmək fikrində deyil. Amma öz növbəsində təbii ki, Paşinyan hakimiyyətinin gələcək illərdə Gümrüdəki bazanın çıxarılması ilə bağlı məsələ qaldıracağını mən kifayət qədər real hesab edirəm. Sadəcə olaraq, hazırda Ermənistan digər məsələləri Rusiyanın qarşısına qoyub və vaxt gələndə 102-ci bazanı da qoyacaq. Sezar pizza

Onsuz da əhvali-ruhiyyə ondan ibarətdir ki, Ermənistanda Rusiya sərhədçiləri və hərbi bazası olmamalıdır. Paşinyan yəqin ki, bunun üçün müvafiq şəraiti özü üçün quracaq. Elə Nikol Paşinyanın bugünkü açıqlaması da onu göstərir ki, bu sistem də Ermənistanda, ümumiyyətlə, həmin o rus hərbi bazasının Ermənistandakı yerləşməsini, mövcudluğunu istəmir”.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi brifinqdə Rusiya hərbi bazasının Ermənistanda qalmasının İrəvan üçün həyati zərurət olmadığını deyib.

“Hərbi bazaya gəlincə, belə bir müzakirə olmayıb. Bu müddət ərzində biz 102-ci Rusiya hərbi bazası məsələsini heç vaxt gündəmə gətirməmişik. Bununla belə, hesab etmirik ki, Rusiya hərbi bazasının Ermənistanda mövcudluğu həyati əhəmiyyət daşıyan zərurətdir”, – Paşinyan bildirib. Onun sözlərinə görə, Rusiya bazanı Ermənistan ərazisindən çıxarmaq qərarına gəlsə, İrəvan buna qarşı çıxmayacaq.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bundan əvvəl bildirib ki, Ermənistan Rusiya hərbi bazasına ehtiyac olmadığını düşünürsə, Moskva “hətta sabah” ölkədən çıxa bilər.

102-ci Rusiya hərbi bazası 1995-ci ildə Moskva ilə İrəvan arasında imzalanmış dövlətlərarası müqaviləyə əsasən Ermənistanda yerləşdirilib. 2010-cu il avqustun 20-də Rusiya və Ermənistan bazanın yerləşdirilməsi ilə bağlı müqavilənin müddətini 2044-cü ilədək uzadıblar.

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 03 Sentyabr 2026 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see463

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see368

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see357

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see356

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see332

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see327

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see284

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see266

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see262

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see248

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see242

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see238

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see236

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see234

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see226

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see221

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see217

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see209

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see197

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri