Ağstafada zəhərlənən ailə üzvlərinin vəziyyəti açıqlanıb
Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dünən Ağstafada zəhərlənən ailənin vəziyyəti açıqlanıb.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, dünən saat 13:10 radələrində 3 nəfər (1 qadın, 2 kişi) zəhərlənmə şübhəsilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Qeyd edək ki, zəhərlənənlər bir ailənin üzvləridir. İlkin məlumata görə, onlar yemək yedikdən sonra özlərini pis hiss ediblər.
Faktla bağlı araşdırma aparılır.
Fəridə, Bizim.Media
Bu mövzuda digər xəbərlər:Ailə üzvlərinin meyitini bağdan tapdılar Ağstafada DƏHŞƏT
30 Avqust 2025 19:33
Qubada qidadan zəhərlənən ailə üzvlərinin vəziyyəti açıqlandı
08 Fevral 2026 22:00
Şəkidə dəm qazından zəhərlənən ailə üzvlərinin vəziyyəti sabitdir
02 Dekabr 2024 19:53
Şəkidə dəm qazından zəhərlənən ailə üzvlərinin vəziyyəti sabitdir AZƏRTAC
02 Dekabr 2024 19:38
Baxış sayı:189
Bu xəbər 07 Noyabr 2026 18:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















