Icma.az
close
up
RU
102 yaşlı Əbiş kişi: Müharibə ölümün nəfəsini hiss etməkdi…

102 yaşlı Əbiş kişi: Müharibə ölümün nəfəsini hiss etməkdi…

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Cəlilabad, 8 may, İlkin Adıyev, AZƏRTAC

İkinci Dünya müharibəsi SSRİ xalqları üçün sınaq illəri oldu. Bu sınaqdan mərdliklə çıxan xalqımız faşizmə qarşı döyüş meydanında və arxa cəbhədə misilsiz şücaət göstərdi. O illərdə Azərbaycanın hər bölgəsi öz övladları ilə bu müharibənin tarixinə iz saldı.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tarixi sənədlərə əsasən, faşizmə qarşı aparılan bu amansız savaşda üç mindən çox cəlilabadlı iştirak edib. Təəssüf ki, onların yarıdan çoxu doğma yurduna geri dönə bilməyib. Müharibənin od-alovundan sağ-salamat çıxan, döyüşlərin canlı şahidi olan qəhrəmanlardan biri də rayonun Astanlı kənd sakini 102 yaşlı Əbiş Zamanovdur.

Əbiş kişi mübariz ruhlu, əyilməz iradəli insandır. Onun ömrü təkcə adi insan həyatı deyil, həm də bir əsrlik Vətən tarixinin güzgüsüdür. Saysız-hesabsız döyüşlərin iştirakçısı olan veteran həm də faşizm üzərində qələbənin canlı şahididir.

1942-ci ildə müharibəyə yollanan Əbiş kişi 1944-cü ilin yanvarında döyüş zamanı ağır güllə yarası alaraq huşsuz vəziyyətdə bir gündən artıq qarın altında qalıb. Ayaqlarını şaxta vurub, soyuqdan donma təhlükəsi ilə üz-üzə qalıb. Bir sözlə, ölümün qapısından geri dönüb. Bu gün də həmin o günləri ürək ağrısı ilə, amma qürurla xatırlayır: “Müharibə ölümün nəfəsini qulağında hiss etməkdi… Səhəri gözləmədən, bəlkə də o səhəri heç görə bilməyəcəyini bilə-bilə o anı yaşamaqdı. 1942-ci il, gənc vaxtlarım idi. 20 yaşım vardı. Vətən çağırdı, biz də getdik. Ana-atamı, bacı-qardaşımı evdə qoyub, cəbhəyə yollandım. Bizi vaqonlara doldurub cəbhəyə apardılar. Kimin harada düşdüyü bilinmirdi. Səngər qazırdıq, ayaq üstə yuxuya gedirdik. Hər an gözləyirdik ki, bir top mərmisi gəlib bizi göyə sovuracaq. Yanımda neçə-neçə dostumu torpağa tapşırdım. Bir də baxırdım, az əvvəl yanımda danışdığım adam indi tərpənmir… Döyüşlər elə çətin idi ki, top səsləri qulağımızı batırırdı. Hər addımda ölüm vardı. Biz ölümlə üz-üzə, yoldaşlarımızı itirə-itirə vuruşurduq”.

O günlərdə yaşadığı anları bir-bir yadına salan 102 yaşlı Əbiş kişi 1944-cü ilin yanvarında ağır döyüşlərin birində düşmənin gülləsinə tuş gəlib. Yaralı halda bir gündən çox qar altında huşsuz vəziyyətdə qalıb. “Amma sağ qaldım. Həmin anda ölümlə həyatın arasında idim. Qarın altında donanda düşündüm ki, bəlkə son nəfəsimdir. Amma Vətən, yurd sevgisi gözümün önündə idi. Bilirdim ki, yaşasam da, ölsəm də, bu torpaq naminədir. Tibb bacılarının və Allahın köməyi ilə məni xilas etdilər. Bakıya gətirildim. Mən qayıtdım – amma o qarın altında qalan yoldaşlarım qayıtmadılar...”, - deyən həmsöhbətimiz dərin köks ötürür.

Əbiş kişinin 102 illik ömrü həm də dözüm, iradə və qürur dolu bir həyatdır. Onun kimi yüz minlərlə qəhrəman Azərbaycan övladı faşizm üzərində qələbənin əldə olunmasında tarix yazdı. İndi o tarixdən 80 il keçir...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 May 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri