11 ayda özünüməşğulluq proqramına 17 minə yaxın şəxsi cəlb edib
525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda özünüməşğulluq proqramına 16,5 min nəfər cəlb olunub.
525.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev "Dayaq" mükafatının təqdim olunması mərasimində bildirib.
"Proqram çərçivəsində aztəminatlı ailələrə fərdi təsərrüfat yaratmaq üçün aktivlər verilir. 8,7 min nəfər kənd təsərrüfatı üzrə, 7,8 min nəfər istehsal və xidmət üzrə proqrama cəlb edilib. Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən "Məşğulluğa dəstək" layihəsi də uğurla icra olunur. Layihənin birinci fazasında 26 min nəfər aktivlərlə təmin edilib, 2026-2029-cu illəri əhatə edəcək ikinci faza üzrə isə daha 30 min benefisiara dəstək göstəriləcək", - deyə o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 18 Dekabr 2025 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















