11 dəqiqə kliniki ölüm yaşadı: Cənnəti və cəhənnəmi gördüm
Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ-ın Kanzas ştatında yaşayan Şarlotta Holms kliniki ölüm zamanı yaşadıqlarını illər boyu danışaraq böyük maraq doğurub. Onun sözlərinə görə, ürəyi dayandıqdan sonra 11 dəqiqə ərzində həm cənnəti, həm də cəhənnəmi gördüyünü iddia edir.
Azpost.info xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.
68 yaşlı Şarlotta bildirib ki, hadisə kardioloji müayinə zamanı baş verib. Qan təzyiqi qəfil 234/134-ə yüksəlib və həkimlər ikinci insult və ya infarkt təhlükəsi barədə xəbərdarlıq ediblər. Qısa müddət sonra qadın huşunu itirib.
Onun sözlərinə görə, əvvəlcə öz bədənini kənardan görüb, həkimlərin reanimasiya tədbirlərini izləyib, gözəl çiçəklərin qoxusunu hiss edib və musiqi eşidib. Daha sonra isə özünü cənnətdə gördüyünü deyib.
Şarlotta burada valideynləri, digər dünyasını dəyişmiş qohumları və hamiləliyinin beşinci ayında itirdiyi körpəsi ilə qarşılaşdığını iddia edib. O, onların hamısını gənc və sağlam vəziyyətdə gördüyünü bildirib.
Qadının sözlərinə görə, bundan sonra Allah onu cəhənnəmə aparıb. O, burada çürümüş ət qoxusu hiss etdiyini, insanların fəryadlarını eşitdiyini və gördüyü mənzərənin son dərəcə qorxunc olduğunu deyib.
Şarlotta iddia edir ki, ona bu mənzərələrin insanlara xəbərdarlıq məqsədilə göstərildiyi bildirilib və daha sonra yenidən xəstəxana palatasına qayıdıb.
Onun həyat yoldaşı Denni Holms isə həmin vaxt həkimlərin həyat yoldaşını xilas etməyə çalışdıqlarını, Şarlottanın sonradan isə yalnız xəstəxana otağında ola biləcək detalları dəqiq təsvir etdiyini söyləyib.
Mütəxəssislər isə bu cür təcrübələrin elmi baxımdan hələ də tam izah edilmədiyini bildirirlər. Belçikanın Liyej Universitet Xəstəxanasında aparılan araşdırmada kliniki ölüm keçirmiş 19 nəfər öyrənilib. Tədqiqatçılar onların əksəriyyətində bədəndən ayrılma hissi, ağrının itməsi və mənəvi dəyişikliklər kimi oxşar təcrübələrin müşahidə olunduğunu qeyd ediblər.
Bununla belə, alimlər bu cür hekayələrin axirətin mövcudluğunu sübut etmədiyini, onların beyin fəaliyyətində baş verən mürəkkəb fizioloji və psixoloji proseslərlə əlaqəli ola biləcəyini vurğulayırlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:197
Bu xəbər 01 Avqust 2026 11:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















