Icma.az
close
up
RU
11 il Ayaks da oynamışam, Qarabağ la matçda öz klubumu dəstəkləyirəm Azərbaycandakı niderlandlı

11 il Ayaks da oynamışam, Qarabağ la matçda öz klubumu dəstəkləyirəm Azərbaycandakı niderlandlı

Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

“Karvan-Yevlax”ın niderlandlı müdafiəçisi, “Ayaks”ın yetirməsi və sabiq futbolçusu Şakil Sno Sportal.az saytına müsahibə verib.

- “Karvan-Yevlax” son matçda “Şamaxı”ya uduzdu. Sizcə, məğlubiyyətin əsas səbəbi nə idi?

Hesabda önə keçmək üçün böyük fürsətimiz var idi. Əgər hesabı 1:0 edə bilsəydik, əminəm ki, Yevlaxda üç xalı əldə edə bilərdik. Təəssüf ki, standart vəziyyətdən qol buraxdıq və sonra oyun daha da çətinləşdi. Bundan sonra daha iki qol buraxdıq və uduzduq.

- Komanda hazırda sonuncu pillədədir. Sizcə, bu pillidən çıxa biləcəksiniz?

Əlbəttə. Tam əminəm ki, bu çətin vəziyyətdən çıxacağıq. Mövsüm hələ uzundur və yüksəlmək üçün vaxt var.

- Komandada baş məşqçi dəyişikliyi oldu. Yeni məşqçi gələndən bəri nəsə dəyişib?

Bəli, mütləq. Hər məşqçinin öz futbol fəlsəfəsi var və komanda daxilində işlər müsbət mənada dəyişib. Üç oyun uduzduq, amma iki dəfə həmişə çox çətin rəqib olan "Qarabağ"a qarşı oynamışdıq. O, yaxşı məşqçidir və əminəm ki, daha yaxşı günlər gələcək.

- Qış fasiləsinə qədər son iki oyununuz “İmişli” və “Neftçi”yə qarşıdır. Bu oyunlardan neçə xal toplaya bilərsiniz?

Əgər bu iki oyundan ən azı dörd xal toplaya bilsək, bu, yaxşı nəticə olardı. Əlbəttə ki, altı xal uğrunda mübarizə aparacağıq və hər iki oyunda qalib gəlmək üçün əlimizdən gələni edəcəyik.

- “Karvan Yevlax”ın Premyer Liqada qalmaq uğrunda mübarizəni “Kəpəz” və “Qəbələ” aparacaqsız?

Bəli, “Karvan Yevlax” Premyer Liqada qalacaq.

- Yetirməsi olduğun “Ayaks” “Qarabağ”la qarşılaşacaq. Proqnozunuz nədir? Sizcə, “Qarabağ” “Ayaks”ı məğlub edəcək?

Matç hər iki tərəfə də gedə bilər. Hər iki komanda yaxşı futbol oynadığı üçün xoş matç olacaq. Düşünürəm ki, matç heç-heçə ilə bitəcək. Mən “Ayaks”ı dəstəkləyirəm. Çünki Amsterdamda doğulmuşam, 11 il “Ayaks”da oynamışam. Ona görə də əlbəttə ki, öz klubumu dəstəkləyirəm.

- Oyunu izləmək üçün Bakıya gələcəksiniz? Hazırda "Ayaks"da oynayan dostlarınız və ya tanışlarınız var?

Niderland televiziyası məni stadionda canlı oyunöncəsi yayıma qoşulmağa dəvət etmişdi. Amma təəssüf ki, öz məşqlərimə görə qatıla bilmirəm. Mingəçevirdə yaşayıram və bura Bakıdan çox uzaqdadır. Hazırkı heyətdən çoxunu şəxsən tanımıram. Amma Branko van den Bumen və Kasper Dolberqlə birlikdə oynamışam. Həmçinin keçmişdə birlikdə işlədiyim baş məşqçi Fred Qrimlə də çox yaxşı münasibətim var.

Mirbağırağa

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://sportal.az
archiveBu xəbər 10 Dekabr 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see211

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see191

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see166

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see164

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see161

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see160

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see153

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see150

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see145

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see145

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see140

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see140

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri