Qarabağ ın futbolçusu: Ayaks la matçda azarkeşləri sevindirmək istəyirik
Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.
"Qarabağ" klubu "Ayaks"la oyunda azarkeşləri sevindirmək istəyir.
"Report"un məlumatına görə, bu barədə Azərbaycan təmsilçisinin futbolçusu Mateus Silva mətbuat konfransında deyib.
O, Bakıda Niderlandın "Ayaks" komandasına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Bizi ciddi oyun gözləyir. Hazırlaşmaq üçün çox vaxtımız olmayıb. Oyun fəlsəfəmiz və məşqçinin bizdən istəyi bəllidir. Doğma meydanda azarkeşləri sevindirmək istəyirik".
Braziliyalı müdafiəçi öz oyunu haqqında danışıb:
"Düşünürəm ki, belə turnirdə uğurlu nəticə əldə etmək üçün bütün komanda yoldaşlarım səy göstərir. Sabah mən də onlarla birlikdə əlimizdən gələni edəcəyik. Həyəcanlı deyilik. Bütün matçlara necə hazırlaşırıqsa, indi də elə etmişik".
M.Silva ötən mövsüm bu rəqibə uduzduqları görüşü xatırlayıb:
"Böyük hesabla məğlub olmuşduq. Bu dəfə vəziyyəti öz xeyrimizə dəyişməyə çalışacağıq".
Qeyd edək ki, "Qarabağ" - "Ayaks" matçı dekabrın 10-da, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 09 Dekabr 2025 18:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















