Icma.az
close
up
RU
11 il Bakıda, Kommunist qəzetində xalqımız əleyhinə məqalə və kitablar yazan erməni yazıçı: Suren Ayvazyan

11 il Bakıda, Kommunist qəzetində xalqımız əleyhinə məqalə və kitablar yazan erməni yazıçı: Suren Ayvazyan

Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

 Azərbaycanın xalq yazıçısı Anar mediaya müsahibələrinin birində deyir:”Qaçaq Nəbi” filmi çəkiləndə Suren Ayvazyan adlı birisi yenə də Moskvaya danos göndərib xalq qəhrəmanını ən rəzil sözlərlə təhqir etmişdi. O vaxt mən də S.Ayvazyana etiraz məktubu yazıb Sov.İKP MK-ya yolladım”.


AMEA–nın Qafqazşünaslıq İnstitutunun Gürcüstanşünaslıq şöbəsinin şöbəsinin kiçik elmi işçisi Kamal Salayevin məqaləsindən:”Saxtakar erməni “tədqiqatçı”sı [2] S.Ayvazyan, “vratsi” sözünün açılışını həm gürcü kimi, həm də rus kimi qələmə verir. Burada isə ciddi bir sual yaranır ki, əgər “vratsi” termini ermənilərə aiddirsə, onda bu termin adı altında hansı məntiqlə gürcülər və ruslar nəzərdə tutula bilər? Buradan da göründüyü kimi erməni “tədqiqatçısı” açıq-aşkar saxtakarlığa yol verir. Belə ki, saxtakar “tədqiqatçı” heç bir tutarlı əsası olmadan “Virk-Vrastan” anlayışını kor-koranə şəkildə Gürcüstan kimi, “vratsi” terminini isə gürcülər kimi qələmə verir.
Bəli bu həmin Suren Ayvazyandır ki,  “Erməni taleyi” romanında yazır ki, nə qədim dövrdə, nə də təsvir olunan XVII-XVIII əsrlərdə Azərbaycan xalqı olmamışdır.
İndi isə gəlin bu köçəri hay qaraçısını yaxından tanıyaq.
Erməni şairi, yazıçısı, jurnalisti və tərcüməçisi Suren Baxşı oğlu Ayvazyan  9 yanvar 1915 -ci ildə hazırda adını Xndzoresk qoyduqları, Zəngəzur qəzasının  Xınzırək kəndində anadan olub.  1934-cü ildə Gorus pedaqoji məktəbini bitirmiş, Xanazax kəndində müəllim olaraq çalışıb.  1937-ci ildən çap olunur. 1942-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Böyük Vətən müharinəsində iştirak edib. 1945-ci ildən Azərbaycan KP MK-nin Bakıda erməni dilində çıxan orqanı olan "Kommunist" qəzetində çalışıb.  İlk hekayələr toplusu "Yarımçıq xalça" (1947), "Xoradzor" (1951) Bakıda nəşr olunmuşdur. "Dərələrin səsi", "Səssiz lalələr", "Kanyonda", "Kədər" və başqa hekayələrində incə psixoloji təhlillərlə qəhrəmanların daxili aləmini açır. Suren Ayvazyan Cəlil Məmmədquluzadənin hekayə və pyeslərini Azərbaycan dilindən erməni dilinə çevirib
1953-cü ildə isə anti-azərbaycan meylini gizlədə bilmədiyi üçün  İrəvana köçüb. İrəvanda "Dağlılar" (1955), "Vicdan" (1957), "Həyat mənə yar ol" (1962), "Sabahınız xeyir" (1964) və s. romanların müəllifidir. "Ermənilərin taleyi" (1966) tarixi romanında XVIII əsrdə erməni xalqının yaşam mübarizəni təsvir edib. Onun bir sıra əsərləri rus, ukrayn, eston və Azərbaycan dillərinə tərcümə edilib.
Ermənilər onun uydurmalardan və təxəyyül məhsulu olan “Ermənilərin taleyi” əsərində “məzlum və hər zaman soyqırıma məruz qalan” erməni obrazına görə bu kitaba yüksək qiymətləndirirlər.

Yazıçı -publisist Karine Mkrtçyan sosial şəbəkə hesabında yazır ki, böyük sevgi və unudulmaz xatirələrlə yazıçının tərcümeyi-halına həsr olunmuş kitab şəxsi kitabxanamdakı ən gözəl kitablardan biridir:” “Erməninin taleyi” (1966) hekayəsi XVIII əsrdə erməni xalqının fars və türk diktatorlarına qarşı apardığı mübarizədən bəhs edir”.
Qeyd edək ki, nasis düşüncəli Suren Ayvazyan yaxşı maskalanaraq Azərbaycanın göbəyində, paytaxtında azərbaycanlılara nifrət edə- edə azərbaycanlılarla bir cəmiyyətdə yaşayıb, işləyib, fəxri adlar, təltiflər alıb.O, nəhayət 1981-ci ildə  İrəvanda vəfat edib , Xınzərəkdə şəxsi evinin həyətində dəfn edilib.

 P.S. Bəzilərinin varlığı üçün darıxdığı Sovet höküməti  Azərbaycanı elə günə salmışdı ki, sanki Azərbaycan azərbaycanlıların deyil ermənilərin yurdudur.  Yadıma millət vəkili Fazil Mustafanın bir açıqlaması düşdü. F.Mustafa yazır ki, bilənlər bilir, bilməyənlər də bilsin: Azərbaycanda Xalq yazıçısı fəxri adına ilk dədə erməni Aleksandr Şirvanzadə (1859-1935-ci illər arası yaşayıb) layiq görülüb- özü də 1930-cu ildə: "Yalnız aradan 30 il keçəndən sonra ilk dəfə milli Azərbaycan yazıçısı Süleyman Rəhimova (1960-çı ildə) Xalq yazıçısı adı verilib.

A. Şirvanzadəyə bu fəxri ad veriləndə bizim böyük ədiblərimiz C. Məmmədquluzadə, Ə. Haqverdiyev, A. Şaiq hələ sağ idi. Amma nədənsə onlar “unudulmuşdu”.İndi isə bilməyənlər üçün başqa bir nəsnəni deyim:Azərbaycanın ilk Xalq artisti də erməni olub.Bəli, bəli, düz oxudunuz. İndiyəcən çoxları elə bilirdi ki, ilk Xalq artistimiz Hacıağa Abbasov olub. Amma sən demə, Azərbaycanın ilk Xalq artisti erməni Ovanes Abelyan (1865-1936) imiş. Düzdür, o da H. Abbasovla eyni ildə (1932-ci il) bu ada layiq görülüb, amma əvvəlsə onun “fərmanı” çıxıb".

 Baxın, Suren Ayvazyaniçimizdə otrub bizimlə düşmənçilik edib düz 11 il yazıb -yaradıb. Faciəmizin böyüklüyünə baxın!

 Əntiqə Rəşid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://adalet.az
archiveBu xəbər 09 Yanvar 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see661

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see282

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see260

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see238

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see223

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see217

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see200

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see189

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see187

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see172

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see164

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see159

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see159

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see155

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see151

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see147

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see146

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see145

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see144

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri