Icma.az
close
up
RU
Gəncləri xaricdə təhsilə nə vadar edir? EKSPERT RƏYLƏRİ

Gəncləri xaricdə təhsilə nə vadar edir? EKSPERT RƏYLƏRİ

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Azərbaycandan təhsil və ya iş üçün xaricə gedən gənclərin sayı get-gedə çoxalır. Təbii ki, beyin köçü halının hər ölkə üçün müxtəlif səbəbləri var. Gəncləri təhsil üçün xaricə üz tutmağa nə vadar edir? Bu vəziyyət ölkəyə nə dərəcədə təsir edir?
Müasir dövrdə qloballaşma prosesi gənclərin təhsil seçimlərinə ciddi təsir göstərir. Azərbaycan gənclərinin də əhəmiyyətli bir hissəsi son illər xarici ölkələrdə təhsil almağa üstünlük verir. Təhsil Nazirliyinin 2025-ci ilə aid statistik məlumatlarına əsasən, hazırda 15 mindən çox azərbaycanlı tələbə müxtəlif ölkələrin ali təhsil müəssisələrində təhsil alır. Onların böyük hissəsi Türkiyə, Rusiya, Böyük Britaniya, Almaniya və İtaliya kimi ölkələrdə oxuyur.
Bu tendensiyanın yaranmasının bir neçə əsas səbəbi var. Əvvəla, gənclər xaricdə daha müasir, praktik yönümlü və beynəlxalq standartlara uyğun təhsil sistemi ilə tanış olmaq istəyirlər. Bir çox xarici universitetlər tələbələrə yalnız nəzəri bilik deyil, həm də praktik bacarıqlar, təcrübə proqramları və geniş karyera imkanları təqdim edir.
Digər mühüm səbəb dil və beynəlxalq əlaqələr amilidir. Xaricdə təhsil alan gənclər yeni mədəniyyətlərlə tanış olur, bir neçə xarici dil öyrənir və beynəlxalq mühitdə ünsiyyət bacarıqlarını inkişaf etdirirlər. Bu isə gələcəkdə həm ölkə daxilində, həm də xaricdə iş tapmaqda onlara böyük üstünlük verir.
Sosioloqların fikrincə, gəncləri xaricdə təhsilə yönəldən amillərdən biri də yerli təhsil sistemindəki bəzi problemlərdir. Məsələn, bəzi ixtisaslarda tədris metodlarının köhnə qalması, praktik dərslərin azlığı və akademik azadlığın məhdudluğu gəncləri alternativ yollar axtarmağa vadar edir.
Bununla yanaşı, ailələrin də rolu danılmazdır. Son illərdə bir çox valideynlər övladlarının daha keyfiyyətli təhsil alması üçün xaricdə oxumağı investisiya kimi görürlər. Onlar hesab edirlər ki, xaricdə təhsil alan gənc daha geniş dünyagörüşünə malik olur və gələcəkdə ölkəyə dəyərli mütəxəssis kimi qayıda bilər.
Lakin ekspertlər bildirirlər ki, bu prosesin mənfi tərəfləri də var. Təəssüf ki, xaricdə təhsil alan gənclərin bir hissəsi geri dönmür və bu, “beyin axını” problemini yaradır. Bu səbəbdən dövlət son illər təqaüd proqramları və beynəlxalq əməkdaşlıqlar vasitəsilə xaricdə təhsil almış gəncləri ölkəyə cəlb etməyə çalışır.
Beləliklə , gəncləri xaricdə təhsilə vadar edən amillər çoxşaxəlidir: daha yaxşı təhsil şəraiti, beynəlxalq mühit, gələcək karyera imkanları və fərdi inkişaf istəyi. Əsas məsələ isə odur ki, gənclər harada təhsil alırlarsa alsınlar, qazandıqları bilik və təcrübəni öz ölkələrinin inkişafı naminə istifadə etsinlər.

Bu mövzuda Doktorant və Magistrlar Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov SİA-ya açıqlamasında bildirib:

“Müasir dövrdə qloballaşma və inteqrasiya proseslərinin sürətlənməsi gənclərin təhsil istiqamətində seçimlərinə də ciddi təsir göstərir. Bugünkü reallıq ondan ibarətdir ki, gənclərin xaricdə təhsil almaq istəyi ildən-ilə artır. Bu meylin arxasında duran əsas səbəb isə müasir, yüksək keyfiyyətli və beynəlxalq standartlara uyğun təhsil almaq arzusudur.
Heç kimə sirr deyil ki, Azərbaycanın təhsil sistemi son illərdə müəyyən inkişaf mərhələlərindən keçsə də, hələ də dünyanın nüfuzlu universitetlərindəki tədris səviyyəsinə tam şəkildə çatmayıb. Dövlət səviyyəsində təhsilə böyük diqqət və qayğı göstərilməsinə, siyasi iradə və geniş imkanların yaradılmasına baxmayaraq, ölkə daxilində ali təhsilin keyfiyyətinin qlobal rəqabət mühitinə tam cavab verməməsi gəncləri xarici universitetlərə yönəldir. Bu isə həm düşündürücü, həm də haqlı bir məsələdir.
Xaricdə təhsil alan gənclərin hamısı yüksək istedad sahibləri olmasa da, onların içərisində çox sayda savadlı, istedadlı və məqsədyönlü gənclər var. Bu gənclər Böyük Britaniya, Almaniya, Çin Xalq Respublikası, ABŞ və digər ölkələrin nüfuzlu universitetlərində təhsil alır və əsas məqsədləri mükəmməl bilik və peşə bacarıqları əldə etməkdir. Onların xaricdə təhsil almaq istəklərinin əsasında savadlı, bilikli, müasir əmək bazarının tələblərinə uyğun mütəxəssis olmaq arzusu dayanır.
Bununla yanaşı, bəzi gənclər təəssüf ki, daha az nüfuzlu universitetlərə üz tutaraq yalnız diplom əldə etməklə kifayətlənirlər. Bu isə biliyə əsaslanmayan formal təhsil anlayışını yaradır. Lakin əsl məqsədi keyfiyyətli təhsil almaq olan gənclərin xarici universitetlərdə təhsil alması sevindirici haldır, çünki bu, Azərbaycan gəncliyinin istedadlı və potensiallı olduğunu göstərir.
Ən mühüm məqam isə odur ki, xaricdə təhsil alan bir çox gənc yalnız orada yaşamaq üçün deyil, müasir bilik və bacarıqlara yiyələnərək vətənə qayıtmaq, ölkənin inkişafında fəal iştirak etmək məqsədi ilə bu yolu seçir. Bu gənclər gələcəyin ixtisaslı kadrları, intellektual potensial daşıyıcıları kimi Azərbaycanın inkişafında mühüm rol oynayacaqlar.
Bu baxımdan, artıq zaman yetişib ki, ölkəmizdə müasir universitet quruculuğu prosesi daha da sürətləndirilsin və təhsil sisteminin rəqabət qabiliyyəti artırılsın. Prezidentin təşəbbüsü ilə qəbul edilmiş dövlət proqramları bu istiqamətdə mühüm addımların atıldığını göstərir. Bu proqramlar çərçivəsində gənclərin də universitetlərin inkişafında, tədris mühitinin modernləşdirilməsində fəal iştirak etməsi nəzərdə tutulur.
Gənclərin xaricdə təhsil almaq meyli həm fərdi inkişaf, həm də ölkənin gələcək intellektual potensialının formalaşması baxımından müsbət haldır. Lakin bu prosesi balanslı şəkildə yönləndirmək, ölkə daxilində də eyni səviyyəli təhsil imkanları yaratmaq Azərbaycan təhsil siyasətinin qarşısında duran əsas vəzifələrdən biridir”.

Gənclərin xaricdə təhsilə üstünlük verməsinin səbəbləri və milli təhsil sistemində islahatların zəruriliyi

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilovon sözlərinə görə:

“Təhsillə bağlı nə qədər islahatlar aparılsa da, dəyişilməli xeyli nüanslar qalmaqdadır. Onlardan biri də Azərbaycan universitetlərinin nüfuzunun artırılması, beynəlxalq reytinqlərə daxil edilməsi və universitetlərimizin təkcə təhsil ocağı kimi deyil, eyni zamanda mədəniyyət mühiti formasında inkişaf etməsidir.
Dəfələrlə qeyd edildiyi kimi, Azərbaycanda təhsil sisteminə daxil olmaq mərhələsində deyil, əksinə dövlət imtahanı verərkən – yəni universiteti bitirərkən, imtahanların çətinləşdirilməsi daha məqsədəuyğun olardı. Təəssüf ki, bu proses bizdə tam əksinədir.
Hazırda gənclərimizin böyük bir qismi, xüsusilə oğlanlar, Azərbaycan universitetlərinə daxil ola bilmədikləri üçün, yəni qəbul imtahanlarının çətinliyi və lazımi bal toplaya bilməmələri səbəbilə yaxın qonşu ölkələrdəki universitetlərə üz tutur. Gürcüstan, Rusiya, Türkiyə, Şimali Kipr, Belarusiya və s. kimi ölkələrdə atestatla qəbul imkanı olduğu üçün, çoxları bu yoldan istifadə edir. Lakin onların hamısı səmimi şəkildə oxumaq məqsədi daşımır. Bəziləri təhsildən çox hərbi xidmətdən yayınmaq, yaxud valideynlərinin diplom arzularını yerinə yetirmək məqsədi ilə bu universitetlərə üz tuturlar.
Bu vəziyyət həm sosial, həm də iqtisadi baxımdan ciddi problemlər yaradır. Xaricdə təhsil adı altında milyardlarla kapital ölkədən axır. Əgər bir tələbənin orada 5-6 il yaşaması, qidalanması, sığorta haqqı, gediş-gəliş xərcləri nəzərə alınarsa, bu məbləğin ölkə iqtisadiyyatı üçün necə böyük itkiyə səbəb olduğu aydın görünür.
Bunun qarşısını almaq mümkündürmü? Tam şəkildə yox, çünki gənclərin bir hissəsi həqiqətən mükəmməl təhsil almaq məqsədilə, digərləri isə ölkədən çıxmaq, işləmək və yaşamaq məqsədilə xaricə üz tutur. Nəticədə Azərbaycan həm işçi qüvvəsini, həm də yeni potensial beyinlərini itirir. Ölkədə daha çox yaşlı nəsil, xəstələr və xaricə gedə bilməyənlər qalır.
Bəzi gənclər isə özünə güvənərək xaricə əmək, diplom və ya həyat qurmaq məqsədilə gedir. Bu vəziyyətin qarşısını almaq üçün ilk növbədə ali məktəblərə qəbul sistemində kordinəl dəyişikliklər edilməlidir. Atestatla qəbul sistemi Azərbaycanda da tətbiq oluna bilər, lakin bununla yanaşı buraxılış imtahanları sərtləşdirilməli və keyfiyyət əsas götürülməlidir ki, ölkəyə həqiqətən savadlı və ixtisaslı kadrlar yetişdirilsin.
İkinci vacib məsələ isə bölgələrdə tələbə şəhərciklərinin və müasir təhsil mərkəzlərinin yaradılmasıdır. Sumqayıt, Naxçıvan, Gəncə, Lənkəran, Quba, Qazax kimi şəhərlər startap və innovasiya mərkəzləri kimi inkişaf etdirilməli, burada həm təhsil, həm yaşayış, həm də karyera imkanları yaradılmalıdır. Bu addım tələbələrin paytaxta axınının qarşısını alacaq və regionlarda iqtisadi-mədəni canlanma yaradacaq.
Bundan başqa, xarici nüfuzlu universitetlərin Azərbaycanda, xüsusilə Xankəndi, Ağdam, Şuşa kimi azad edilmiş bölgələrdə filiallarının və ya “Qarabağ Universiteti” kimi yeni ali məktəblərin yaradılması da zəruridir. Türkiyə və Şimali Kipr Respublikasının təcrübəsində bu model uğurla tətbiq olunmuşdur.
Bu gün xaricdə təhsil alan tələbələrimizin çoxu ölkəmizin qeyri-rəsmi səfirləri kimi çıxış edir. Onlar Azərbaycanın adını, mədəniyyətini və potensialını dünyaya tanıdırlar. Lakin gənclərin kütləvi şəkildə xaricə axını eyni zamanda nəzarətin itirilməsinə, bəzən də onların mənfi təsirlərə, hətta zərərli vərdişlərə məruz qalmasına gətirib çıxarır.
Xaricdə təhsilə üstünlük verilməsi ölkəmiz üçün həm fürsət, həm də problem xarakteri daşıyır. Bu prosesin nəzarətli və planlı şəkildə həyata keçirilməsi, milli təhsil sisteminin isə müasirləşdirilməsi olduqca vacibdir. Əks halda, “beyin axını” problemi daha da dərinləşəcək və gənclərimizin potensialı ölkədən kənarda reallaşacaq”.
Günay Hacıyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:212
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 Oktyabr 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see500

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see451

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see350

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see291

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see286

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see275

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see257

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see249

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see242

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see235

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see228

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see224

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see220

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see217

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see215

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see205

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see204

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see187

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri