Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Hansı millət vəkilləri süni intelektdən istifadə edir? SORĞU

Hansı millət vəkilləri süni intelektdən istifadə edir? SORĞU

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Süni intellekt (Aİ) bu gün dünyanın ən çox müzakirə olunan texnoloji yeniliklərindən biridir. İnformasiyanın toplanması, emalı və yaradıcı fəaliyyətin müxtəlif sahələrində tətbiqi artıq qlobal trendlərdən birinə çevrilib. Bununla belə, süni intellektin imkanları, etibarlılığı və insana təsir dərəcəsi ilə bağlı mübahisələr də davam edir.

Hətta Albaniya Baş naziri Edi Rama məlumat verib ki, Albaniyanın süni intellekt əsasında yaradılmış AI naziri Diella (alban dilində “Günəş” mənasını verir) 83 uşağa “hamilədir”. Baş nazir qeyd edib ki, rəqəmsal nazirin “uşaqları” parlament üzvlərinin köməkçiləri olacaq. Lakin Albaniya Prezidenti Bayram Beqay Ramanın təqdim etdiyi digər hökumət üzvləri Aİ nazirini təsdiqləməyib.

Azərbaycanda da süni intellekt gündəmdən düşməyən mövzulardan birinə, ictimai-siyasi dairələrin diqqət mərkəzinə çevrilib. Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncam qəbul edib. 

Eləcə də, III Şuşa Qlobal formunda "Süni intellektdən istifadə edirsinizmi?" sualına Azərbaycan Respublikasının prezidenti "Mən süni intellektdən istifadə etmirəm. Amma ailə üzvlərimdən bəziləri istifadə edir. Ola bilər gələcəkdə mən də istifadə edim, çünki bu sürətlə inkişaf edir"-deyə cavab verib.

Maraqlıdır Albaniyada Aİ nazir olduğu halda, bəs görəsən Azərbaycan parlamentariləri süni intellektdən istifadə edirlərmi?


Sherg.az Azəebaycan Respublikası Milli Məclisinin üzvləri arasında sorğu keçirib:


Millət Vəkili Aqil Abbas Sİ-dən istifadə etmədiyini söylədi: 


"Mənim ağlım yerindədir, süni intellektdən istifadə etmirəm. Hər şey internetdə var, Sİ-yə güvənmirəm. Sİ-nin insandan ağıllı olduğunu heç kim sübut edə bilməz. Çünki onu insan idarə edir. O, adamdan ağıllı deyil".


Hikmət Babaoğlu bildirdi ki, süni intellektin bütün kombinasiyaları müstəqil deyil:


 "İstifadə edirəm, bəli. AI-ni bəzən müstəqil intellekt kimi təqdim edirlər, amma süni intellekt imkanlarını təqdim edən bütün kombinasiyaların heç biri müstəqil deyil. AI sadəcə internet resursları, google axtarış sistemində olan informasiyaları bir yerə toplayıb onun məcmusunu təqdim edir. Süni intellektin bəzən analitik qabiliyyətinin, proqnozlaşdırma imkanlarının olduğunu iddia edirlər. Fikrimcə AI hələ bu mərhələyə çatmayıb. Süni intellekt hətta o dərəcədə zəifdir ki, bəzən google axtarış sistemində  daha maraqlı məlumatlar əldə edilir, yetər ki özünüz o məlumatları əlaqələndirib, analitik materela çevirə biləsiniz.  Mən ChatGBT-dən istifadə edirəm. Video və foto kontent yaratmaq formalarından yararlanıram. 

AI hələlik mükəmməl deyil, hələ uzun müddət bundan sonra sadəcə homosapinesin nəzarətində olan internet resursu kimi qalacaq. Süni intellektin müstəqil idraki subyekt kimi təqdim etməyimiz tezdir".


Telefon zəngimizi açan Parlamentari Siyavuş Novruzov isə sualımızı cavablandırmağa imkanının olmadığını bildirdi:

"Xanım iclasdayam, qonağım var".


Deputat Arzu Nağıyev isə bunun şəxsi işi olduğunu söylədi:


"Qızım, Vallah bu mənim şəxsi işimdir. Mən bunlar haqqında heç vaxt danışmıram. Xahiş edirəm mənim komitəmə aid sualınız varsa, buyurun verin, mən cavablayım".


Millət Vəkili Azər Allahverənov AI-dən maraqlı kontentlərin düzəldilməsində istifadə edir. O, şeirlərinin mahnı halına salınması üçün süni intelektdən yararlandığını qeyd etdi:


"Araşdırma apararkən bir neçə platformalara müraciət edirəm. Amma tək axtarışlar və araşdırma üçün yox, həm də hansısa məhsulun hazırlanması prosesində məsələn şəkillərin hazırlanmasında AI-dən yararlanıram. 

Zamanında yazdığım şeirləri AI vasitəsi ilə musiqiyə çevirdik. Süni intelekt vasitəsi ilə mahnı yazıldı və səsləndirildi. Sonra da AI-nin yardımı ilə həmin mahnının nümaişini hazırladıq. Bununla bağlı videokrit hazırlamaq olardı. Lakin mən o mərhələyə qədər getmədim. Çünki mənə əsas maraqlı və vacib olan o mahnının hazırlanma prosesi və əldə olunacaq məhsul idi".


Deputat Səbinə Salmanova AI-dən axtarış məqsədi ilə yararlandığını dedi:


"Bəli, istifadə edirəm. Hansısa axtarış lazım olanda özüm axtarmıram, süni intelektdən yararlanıram. Lakin yazılarımda, açıqlamalarımda istifadə etmirəm. amma süni intellektin məlumatlarına tam güvənmirəm, ondan sonra digər araşdırmaları da edirəm".


Millət Vəkili Fazil Mustafa süni intellektdən çox az hallarda istifadə etdiyini bildirdi:


"Bir sıra elmi kəşflərlə bağlı məlumatların alınmasında AI köməyimizə gəlir. Lakin hər hansısa yazı, məqalə və başqa motivli çalışmalarda istifadə etməyi xoşlamıram. Çünki insanın öz yaradıcılığı əsas götürülməlidir. Süni intellektin təsiri altında qalmağa üstünlük vermirəm. Yazını özüm yazır, fikri özüm düşünürəm. Bəlkə də gələcəkdə buna bir yönəlmə ola bilər, amma indiki vəziyyətdə özümü bu vərdişə yönəltmək istəmirəm. Lakin bir sıra informativ məlumatların, xüsusi ilə də elmi yeniliklərlə, dünyada baş verən proseslərlə bağlı hansısa gerçək vəziyyəti öyrənmək üçün AI-dən istifadə etmək mümkündür. Bunu da ara-sıra edirəm".

Əlaqə saxlamağa çalışdığımız digər 22 deputat isə təəssüf ki, telefon zəngimizi açmadılar. Milli Məclis üzvləri arasında apardığımız sorğuda bəzi deputatlar AI-ni faydalı vasitə kimi görərək ondan informasiya axtarışı, kontent istehsalı və yaradıcı layihələrdə istifadə etdiklərini bildirdilər. Digərləri isə süni intellektə ehtiyatla yanaşaraq, insan düşüncəsinin və yaradıcılığının texnologiya ilə əvəz oluna bilməyəcəyini vurğuladılar.

Aparılan sorğunun nəticələri göstərir ki, Azərbaycan parlamentində süni intellektlə bağlı fikirlər müxtəlif olsa da, ümumi maraq və müzakirə meyli artıq formalaşıb. Bu da onu göstərir ki, AI təkcə texnoloji deyil, həm də sosial və siyasi düşüncə səviyyəsində gündəmin bir parçasına çevrilməkdədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:313
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 Oktyabr 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see634

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see309

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see296

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see284

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see280

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see261

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see260

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see256

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see255

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see252

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see244

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see236

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see220

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see211

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see210

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see209

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see204

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see199

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see196

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri