Icma.az
close
up
RU
İyulun 11 də Ümumdünya Əhali Günü qeyd olunur

İyulun 11 də Ümumdünya Əhali Günü qeyd olunur

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 11 iyul, AZƏRTAC

Hər il iyulun 11-i dünya ictimaiyyəti Ümumdünya Əhali Gününü qeyd edir. Bu əlamətdar gün 1989-cu ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) əhali problemlərinin həllinə yardım göstərən ən iri beynəlxalq təşkilatı olan Əhali Fondu tərəfindən təsis edilib.

AZƏRTAC xəbər verir ki, ilk dəfə 1990-cı ildə qeyd olunan Ümumdünya Əhali Günü münasibətilə 100-dən çox ölkədə müxtəlif tədbirlər keçirilir. 2025-ci ildə BMT-nin tövsiyəsi əsasında insanlar arasında maarifləndirmə işləri aparmaq üçün müasir texnologiyaların, sosial platformaların imkanlarından istifadə ön plana çıxarılıb.

Bu il Ümumdünya Əhali Günü xüsusilə əlamətdardır, çünki dünya iqlim dəyişikliyi, resurs qıtlığı və dəyişən demoqrafik şərait kimi aktual problemlərlə üzləşir. 2025-ci ildə dünya əhalisinin 8,1 milyardı ötəcəyi gözlənildiyi üçün bu artımın nəticələrini anlamaq həmişəkindən daha vacibdir. 2025-ci il Ümumdünya Əhali Günü hər kəsi əhali meyllərinin iqtisadi inkişafa, ekoloji dayanıqlığa və həyat keyfiyyətinə necə təsir etdiyi barədə düşünməyə təşviq edir. Təhsili, səhiyyə xidmətinə çıxışı və gender bərabərliyini təşviq etməklə bu gün daha ədalətli və davamlı dünyaya doğru kollektiv fəaliyyətə ilham verir.

Ümumdünya Əhali Gününün qeyd edilməsində əsas məqsəd ailə planlamasının əhəmiyyəti, gender bərabərliyi, yoxsulluq, qadın sağlamlığı və insan hüquqları kimi dünya ictimaiyyətinin diqqət mərkəzində olan məsələlər barədə məlumatlılığı artırmaq, insanların problemlərinə xüsusi diqqət yetirmək və ümumi inkişafa nail olmaqdır.

Ümumdünya Əhali Günü 2005-ci ildən etibarən Azərbaycanda geniş şəkildə qeyd olunmağa başlanılıb. Azərbaycanda MDB məkanında ilk dəfə olaraq elmi əsaslarla işlənilib, demoqrafiya sahəsində dövlət strategiyasını müəyyən edən “Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası” təsdiq edilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci İlin əvvəlindən Azərbaycanda əhalinin sayı 11338 nəfər və ya 0,1 faiz artaraq 2025-ci il may ayının 1-də olan vəziyyətdə 10 milyon 236 min 227 nəfərə çatıb. Əhalinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:198
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyul 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see355

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see353

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see314

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see304

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see304

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see302

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see287

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see286

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see275

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see241

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see239

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see235

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see230

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see227

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see217

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see208

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see203

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see183

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see181

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri