Icma.az
close
up
RU
Ümumdünya Əhali Günüdür

Ümumdünya Əhali Günüdür

Icma.az xəbər verir, Sfera.az saytına əsaslanaraq.

11 iyul tarixi Ümumdünya Əhali Günü kimi qeyd olunur. 

Sfera.az xəbər verir ki, Ümumdünya Əhali Günü ilk dəfə 1987-ci ildə dünya əhalisinin 5 milyarda çatması səbəbilə BMT tərəfindən gündəmə gətirilib və 1989-cu ildən etibarən hər il qeyd olunur.

Bu gün əhalinin sürətli artımı, sosial problemlər, resurs çatışmazlığı və demoqrafik çağırışlara diqqət çəkmək məqsədi daşıyır. BMT-nin Əhali Fondunun (UNFPA) məlumatına görə, 2025-ci ilin iyul ayına olan vəziyyətə əsasən, dünya əhalisi 8 milyard 150 milyon nəfəri keçib. Əhalinin artımı əsasən Afrika və Asiyanın cənub bölgələrində qeydə alınır. Demoqrafik dinamika bir sıra ölkələrdə iqtisadi və sosial yükü artırır, infrastruktur, təhsil və səhiyyə sistemlərinə təzyiqləri gücləndirir.

2025-ci ilin Dünya Əhali Gününün əsas mövzusu "İnkişaf üçün demoqrafik balans: İnsan hüquqları və fürsət bərabərliyi" adlanır. UNFPA bu çağırışla xüsusilə ailə planlaması, qadınların hüquqları, gənclərin iştirakı və yaşlı əhalinin sosial müdafiəsinə diqqəti artırmağa çalışır.

Azərbaycan əhalisinin sayı 2025-ci ilin iyul ayına olan məlumamta əsasən 10 milyon 316 min nəfərə çatıb. Əhalinin 52,2 faizi şəhərlərdə, 47,8 faizi isə kənd yerlərində yaşayır. Ölkədə əhali artımı əsasən təbii artım və məhdud miqrasiya axını hesabına formalaşır.

Gender bölgüsünə görə, əhalinin 50,1 faizi qadınlar, 49,9 faizi isə kişilər təşkil edir. Maraqlıdır ki, son illərdə ölkədə doğum səviyyəsində azalma, ölkədən miqrasiya axınında isə artım qeydə alınıb. Bu da uzunmüddətli demoqrafik tarazlığa təsir edən əsas faktorlardan biri kimi qiymətləndirilir.

Demoqrafiya üzrə ekspertlərin fikrincə, Azərbaycan gələcək illərdə demoqrafik dayanıqlılıq üçün təhsil, səhiyyə və məşğulluq sahələrində islahatları dərinləşdirməlidir.

Firuzə Əliyeva
Sfera.az

 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:251
embedMənbə:https://sfera.az
archiveBu xəbər 11 İyul 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see576

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see238

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see225

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see213

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see209

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see203

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see202

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see196

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see190

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see189

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see180

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see178

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see177

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see174

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see173

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see171

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see171

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see170

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see169

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri