111 yaşlı qadın uzunömürlülüyünün sirrini açdı: şokolad, sevgi romanları...
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
111 yaşlı britaniyalı Hilda Lak uzunömürlülüyünün sirrini açıb.
Redaktor.az-ın məlumatına görə, bu barədə "Need To Know" xəbər verib.
Böyük Britaniya sakini, 1914-cü ildə Kentdə anadan olub. Birinci Dünya müharibəsinin başlamasından sonra Lak ailəsi Şotlandiyaya köçüb və atası burada gəmiqayırma zavodunda işləyirmiş. İkinci Dünya müharibəsi zamanı Hilda Çatamdakı gəmiqayırma zavodunda qaynaqçı işləyib. Məhz orada gələcək əri ilə tanış olub. Onlar Reynhemə köçüblər və iki oğlunun valideynləri olublar.
İndi Lak əri ilə yaşadığı evdə yaşayır. Yaşına baxmayaraq, qadın tamamilə müstəqildir. Hilda uzunömürlü olmasının səbəbi kimi şokolad sevgisini və sevgi romanlarını oxumasını göstərib. Bundan əlavə, o, heç vaxt siqaret çəkməyib və spirtli içki içməyib.
"Need To Know"a görə, Lak İngiltərədəki altıncı ən yaşlı insandır. Birinci yeri 2024-cü ilin avqustunda 115 yaşı tamam olan Ethel May Katerham tutur.
Turan İSMAYIL
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 13 Mart 2025 14:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















