“112 nüvə raketi olan biri ilə yola getmək gözəldir”
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“112 nüvə raketi olan biri ilə yola getmək gözəldir”.
“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ohayo ştatında keçirilən aralıq seçkilərlə bağlı mitinqində çıxışı zamanı deyib.
O, nüvə silahına malik ölkələrin liderləri ilə yaxşı münasibətlər qurmağın vacib olduğunu bildirib. Tramp Şimali Koreya lideri Kim Çen In və Çin Sədri Si Cinpinlə münasibətlərinin yaxşı olduğunu vurğulayıb.
“Bilirsiniz, Çin əladır. Sədr Si ölkəmizi tərk etdi. Kimsə dedi ki, “O, niyə Si ilə bu qədər yaxşı davranır?” Böyük millətlərin, böyük nüvə ölkələrinin liderləri ilə yaxşı yola getmək gözəl deyilmi?” – Tramp deyib.
ABŞ Prezidenti Şimali Koreya lideri Kim Çen Inla da yaxşı münasibətdə olduğunu söyləyib: “Kim Çen Inla çox yaxşı yola gedirəm. Onun kim olduğunu bilirsinizmi? Şimali Koreyanın lideri”.
“Kiminsə 112 nüvə raketi varsa, onlarla yola getmək gözəldir. Amma arada bir fərq var. İran heç vaxt nüvə silahına sahib olmayacaq”, - o əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 04 Oktyabr 2026 11:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















