Icma.az
close
up
RU
115 yaşı tamam olan 2 dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov

115 yaşı tamam olan 2 dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yanvarın 22-də hərb tariximizin ən böyük qəhrəmanlarından biri olan, 2 dəfə Sovet İttifaqı Qəhrəmanı aadı qazanmış azərbaycanlı general-mayor Həzi Aslanovun 115 yaşı tamam oldu. Bu münasibətlə böyük qəhrəmanın döyüş yolu haqda qısa məlumat və onun Lənkəran şəhərində fəaliyyət göstərən ev muzeyindən fotoreportajı oxucularımıza təqdim edirik.

2-ci dünya müharibəsi başlananda Həzi Aslanov Ukrayna SSR ərazisində xidmət edirdi. 1939-cu ilin sonunda o, Finlandiya ilə başlayan hərbi münaqişə ilə əlaqədar Kareliyaya göndərilir. Tankçılar onun komandirliyi ilə Mannerheym səddini aşmaqda və digər döyüş əməliyyatlarında iştirak edirlər. Sovet qoşunlarının qələbəsi nəticəsində 12 mart 1940-cı ildə SSRİ və Finlandiya arasında sülh müqaviləsi imzalanır. Aslanov əvvəlki vəzifəsinə- Zoloçev şəhərinə, 10-cu atıcı alayın avtonəqliyyat batalyonunun komandirliyinə qaytarılır. 1940-cı ilin noyabrında Aslanova mayor rütbəsi verilir.

1941-ci il iyunun 23-nə keçən gecə alman zirehli qoşunları ilə qeyri-bərabər döyüşdə Həzi özünü bacarıqlı sərkərdə kimi göstərdi. O öz döyüşçüləri ilə Donbas ətrafında düşmənin şiddətli hücümlarını düz 5 ay dəf edir, onu ağır tələfata uğradır. 1941-ci il avqustun əvvəlində tank batalyonu komandirlərindən biri sıradan çıxanda Həzi 10-cu tank diviziyası komandirinin əmri ilə onun yerinə keçirilir. Bu əslində, batalyon deyil 12-15 müxtəlif BT-5, BT-7, T-26 tipli, bir neçə T-34 tankından ibarət kiçik qrup idi. Bu qrup atıcı bölmələrlə birlikdə döyüşür, onların irəliləməsinə şərait yaradırdı.

Avqustun ortalarında 10-cu tank diviziyası 6-cı ordunun tərkibində Kiyevin şimal-şərqinə keçirildi. Burada almanlar Ukrayna paytaxtına şimal-şərqdən daxil olmağa, cənub-qərb və cənub cəbhələrini əsas qüvvələrdən ayrı salmağa cəhd edirdilər. 20-ci tank alayı Həzi Aslanovun rəhbərliyi ilə 10-cu tank diviziyasının tərkibində Şostka, Baxmaç, Piryatin rayonlarında düşmənin tank hissələri ilə qanlı döyüşlər aparırdı. Bu döyüşlərdə Həzi Əhəd oğlu sağ ayağından güllə yarası almış, bir dəfə isə qəlpə ilə başından ağır yaralanmışdı. Batalyonun tankları tamam sıradan çıxandan sonra Həzini cəbhədən ehtiyat alaya çağırdılar.

1941-ci il sentyabrın əvvəllərində əvvəlki 10-cu atıcı alaya təyin olundu– bu dəfə komandirin texniki hissə üzrə müavini oldu. Bu vəzifədə o, Piryatin, Axtırka, Boquduxov, Xarkov rayonlarında döyüşdü. 1941-ci ilin sonu, 1942-ci ilin əvvəllərində Rostov-Don altında, Moskva ətrafında, Tixvin və Leninqrd istiqamətlərində düşmən birləşmələrinə sarsıdıcı zərbələr vurulmasında iştirak etdi. Xarkov və Stalinqrad ətrafında gedən döyüşlərdə Həzinin başçılığı ilə 55-ci tank briqadasının tankçıları düşmənə ağır zərbələr endirdilər. Aslanovun tankçıları vuruşa-vuruşa 40 km-dən artıq yol gedib Stalinqrad-Salsk dəmir yolunu tutub almanları Stalinqrad qruplaşmasının əsas magistralından məhrum etdilər. Tanklar düşmənin xeyli qüvvəsini və texnikasını sıradan çıxardı. Şücaətinə görə ilk döyüş təltifini– “Qırmızı ulduz” ordenini aldı.

Aslanovun döyüşçüləri Kotelnikovo yaxınlığında gedən döyüşlərdə böyük şücaət göstərdilər. Düşmənin 30 əks-hücumunu dəf etdilər, bir batalyon piyada qoşunu, 30 tankı, 50 avtomobili sıradan çıxartdılar. Bu döyüşdə göstərdiyi şücaətə görə podpolkovnik H.Aslanov 1942-ci il 22 dekabrda Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Həzi Aslanovun da tərkibində yer aldığı koprus 3-cü Stalinqrad qvardiya korpusu adına layiq görüldü. Korpusun tərkibindəki bütün hissələr də qvardiya titulu ilə mükafatlandırıldı və onlara yeni nömrələr verildi. Həzi Aslanovun 55-ci tank alayı isə 41-ci əlahiddə tank alayı adlandırıldı.

O daim öz hərbi biliyini artırmağa səy göstərirdi. 1943-cü il dekabrın 17-dən 1944-cü il aprelin 6-na kimi o яirehli tank qoşunları Akademiyasının birillik təhsil proqramını 3 aya mənimsədi. Sonra o yenidən doğma 35-ci qvardiya tank briqadasına qayıtdı. 1944-cü il 13 martda ona tank qoşunları general mayoru adı verildi. 1944-cü il iyunun axırlarında belorusiya və I Pribaltika cəbhəsinin qoşunları hücuma keçdilər. Belarusiyanın iri şəhər və dəmiryollarını azad etdikdən sonra Aslanovun tankları Vilnüsə hucumları davam etdirdilər. Aslanovun briqadası iyunun 24-dən iyulun 13-dək düşmənə ağır zərbələr endirdi. Bu döyüşdəki qələbəyə görə 35-ci qvardiya tank briqadası Qımızı bayraq ordeninə, general özü isə 2-ci dərəcəli Suvorov ordeninə layiq görüldü.

1944-cü il avqustun 1-də Aslanovun briqadası başqa ordu hissələri ilə birlikdə Yelqava şəhərini düşməndən təmizlədilər. O Volqadan başlamış Baltikədək bütün döyüşlərdə özünü bacarıqlı sərkərdə, fitri istedad sahibi kimi göstərmişdi. Təkcə 1944-cü ilin hücum döyüşləri dövründə 8 dəfə Ali Baş Komandanlıq tərəfindən təşəkkür almışdır. Stalinqraddan Baltik sahillərinədək döyüş yolu keçən Həzi Aslanov 24 yanvar 1945–ci ildə Latviyanın Priyekule yaxınlığında (Liepay rayonu) döyüş meydanından kənarda, komandirlərin döyüşü müşahidə məntəqəsinin yaxınlığında, 15 nəfərə yaxın iri rütbəli zabitin əhatəsində uzaqdan açılan zenit qurğusunun atəşi ilə yaralanmış, 23 saat sağ qalmış, onu Moskvaya müalicəyə aparmaq üçün təyyarə göndərilsə də, həmin vaxt cəbhənin komandanı olmuş erməni Baqramyanın əmri ilə təyyarə işə salınmamış və Həzi Aslanov vəfat etmişdir.

Həzi Aslanov Böyük Vətən Müharibəsi cəbhələrində göstərdiyi şəxsi igidlik və qoçaqlığına görə 3 Qırmızı Bayraq ordeni, 2-ci dərəcəli Suvorov ordeni, Aleksandr Nevski ordeni, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, 2 Qırmızı Ulduz ordeni kavaleri və medallarla təltif olunmuşdur. 1944-cü ildə general-mayor H.Aslanov Belarusiya cəbhəsindəki şücaətinə görə ikinci dəfə yüksək ada təqdim edilsə də, SSRİ hərbi rəhbərliyində təmsil olunan erməni generalı İ.Baqramyan buna maneəçilik törədib. Ölümündən 47 il sonra, 1991-ci ildə H.Aslanova 2-ci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilir.

Həzi Aslanovun qəbri Bakıda Şəhidlər Xiyabanındadır. Məzarı üzərində qəhrəmanın abidəsi ucaldılmışdır. 1969-cu ildə Həzi Alanovun doğulduğu Lənkəran şəhərində ev-muzeyi açılmış, 1983-cü il 8 mayda Lənkəran şəhərinin mərkəzində böyük heykəli qoyulmuşdur. Bakıdakı küçələrdən və metrostansiyalardan biri Həzi Aslanovun adını daşıyır. Müxtəlif şəhərlərimizdə, həmçinin Rusiya və Ukraynada da onun adını daşıyan küçələr, obyektlər mövcuddur.

Bir müddət əvvəl bir konfransda iştirak etmək üçün Lənkəran şəhərində qonaq olarkən, Həzi Aslanovun ev muzeyinə də baş çəkdik. Böyük Qəhrəmanın ev muzeyi onun həyatı və döyüş yolu haqda çox zəngin və möhtəşəm eksponatlarla doludur. Muzeydən çəkilmiş fotoları oxucularımıza təqdim edirik.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti çərçivəsində hazırlanıb

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 Yanvar 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri