Sovet İttifaqı Qəhrəmanı vəfat etdi
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Sovet İttifaqı Qəhrəmanı, təyyarə heyətini və sərnişinləri terrorçulardan xilas etdiyi üçün bu fəxri ada layiq görülmüş İvan Kaşinin vəfat edib.
Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Bransk vilayəti hökuməti açıqlama yayıb.
İvan Kaşin 1973-cü ildə terrorçuların ələ keçirməyə çalışdığı təyyarənin komandiri olub. O, hadisə zamanı qəza siqnalı ötürməyə nail olub və ekstremal hava şəraitində təyyarəni məcburi enişə yönəldib. Pilot təyyarəni Moskvada yerə endirə bilib, bundan sonra həyata keçirilən hücum əməliyyatı nəticəsində terrorçular zərərsizləşdirilib.
Göstərdiyi qəhrəmanlıq, cəsarət və yüksək uçuş ustalığına görə İvan Kaşinə 19 dekabr 1973-cü ildə Sovet İttifaqı Qəhrəmanı adı verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 22 Aprel 2026 08:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















