Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub FOTO VİDEO
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Müdafiə Nazirliyinin təşkilatçılığı ilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 115 illiyinə həsr olunmuş tədbir keçirilib.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirliyin bir qrup hərbi qulluqçusunun, ictimaiyyət nümayəndələrinin və generalın ailə üzvlərinin iştirak etdiyi mərasimdə əvvəlcə fəxri qarovulun müşayiəti ilə məzarüstü abidə önünə Müdafiə Nazirliyi və Aslanovlar ailəsi adından əklillər qoyulub, güllər düzülüb.
Ümummilli Lideri Heydər Əliyevin və xalqımızın igid oğlunun timsalında Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi ehtiramla yad edilib.
Tədbirdə çıxış edənlər Həzi Aslanovun xalqımızın yetirdiyi ən böyük sərkərdələrdən biri olduğunu vurğulayaraq, İkinci Dünya müharibəsində həmvətənlilərimizin göstərdiyi hünər və rəşadətdən danışıblar.
Bildirilib ki, adı Azərbaycanın hərb tarixinə qızıl hərflərlə həkk olunmuş sərkərdənin keçdiyi qəhrəmanlıqla dolu döyüş yolu hər bir vətəndaşımız üçün nümunədir və onun öyrənilməsinin gənclərimizin vətənpərvər ruhda tərbiyə olunmasında xüsusi rolu vardır.
Generalın ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, mərasimin təşkilinə görə isə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 22 Yanvar 2025 16:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















