Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

12 dəfə rədd edildi, qadın olduğunu gizlətdi, bir kitabla milyarder oldu “Harri Poter”in yazarı haqqında bilmədikləriniz VİDEO

12 dəfə rədd edildi, qadın olduğunu gizlətdi, bir kitabla milyarder oldu “Harri Poter”in yazarı haqqında bilmədikləriniz VİDEO

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Ölkə.Az bu dəfə “Harri Potter” romanlar seriyasının müəllifi Coan Roulinq haqqında maraqlı faktları bir araya toplayıb.

Coan Roulinq 31 iyul 1965-ci ildə İngiltərənin cənub-qərbində yerləşən Qlosterşir mahalının Yeyt şəhərində doğulub. Təsadüfi deyil ki, onun məşhur personajı Harri Poterin doğum günü də 31 iyuldadır.
Yazıçının adı Coan Ketlin Roulinq olsa da, “Bloomsbury Publishing” nəşriyyatının işçiləri, gənc oğlanların qadın tərəfindən yazılmış kitabı oxumaq istəməyəcəyini düşünərək, müəllifə adını gizlətməyi və sadəcə baş hərflərdən istifadə etməyi təklif edib. O, “Harri Poter” romanlar seriyasını “C.K Roulinq” imzası ilə yazıb. Belə olduqda müəllifin qadın, yoxsa kişi olduğu bilinmirdi.
Onun valideynlərinin hər ikisinin ali təhsili olmasa da, kitab oxumağı sevirdilər. Evləri kitablarla dolu olan Coan ilk hekayəsi olan “dovşan”ı 6 yaşında yazmışdı.
Uşaqlıqda kilsə məktəbinə gedən yazıçı müəllimlərindən birini “uşaqların ürəyinə qorxu salan müharibə baltası” adlandırırdı.

Roulinq həmişə yazıçı olmaq istəyirdi, lakin iki dil bilməyin daha faydalı olacağını deyən valideynlərinə qulaq asır və Exeter Universitetində fransız dili üzrə təhsil alır.

1982-ci ildə o, ali təhsil üçün Oksford universitetinə müraciət etsə də, qəbul ola bilməyib. Bioqraflar düşünür ki, bunun səbəbi Coanın özəl yox, dövlət məktəbində təhsil alması idi.
Universitetdən sonra dostları ilə ayrı evə köçən Coan Beynəlxalq amnistiya təşkilatında işə qəbul olur. O bu dövrdə heç yerdə nəşr olunmasa da, böyüklər üçün romanlar yazmağa başlayır.
1990-cı ildə Coan sevgilisi ilə Mançesterə köçməyi planlaşdırırdı və tez-tez ziyarət üçün uzun qatar səfərləri edirdi. İlin ortalarında o, Mançesterdən Londona dörd saat gecikən qatarda idi, Harri Potter, Ron Uizli və Hermiona Qreyncer obrazları onun ağlına məhz burada gəlmişdi. Həmin vaxt yazmaq üçün yanında qələm və kağız olmadığından Coan yol boyu bu obrazları beynində formalaşdırmağa başlayır. 
Anasının ölümü, sevgilisindən ayrılması və işdən çıxarılması onun yaradıcılığına da təsir etmişdi.

91-ci ildə “The Guardian” qəzetindəki elanı onun diqqətini çəkir və iş üçün Portuqaliyanın Porto şəhərinə köçməyə qərar verir.
1992-ci ildə Portuqaliyada tanış olduğu Xorxe Aranteslə evlənir və cütlüyün Cessika İzabel adlı bir qızı doğulur. O, “Harri Potter və Fəlsəfə Daşı”nın ilk üç fəslini 92-93-cü illərdə kafelərdə yazmışdı.
O bu illər ərzində həyat yoldaşı tərəfindən məişət zorakılığına məruz qalır və cütlük ayrılır.

Daha sonra Roulinq qızı ilə birlikdə Şotlandiyanın Edinburq şəhərinə köçür və bir müddət bacısıgildə qalır. Həmin dövrdə dövlətdən aylıq 103 dollar yardım olan Coan bacısına yük olmamaq üçün siçanlarla dolu bir mənzilə köçür. 

1994-cü ildə dərin depressiyaya düşür, 9 ay psixoloji yardım alır. 1995-ci ildə rəsmi olaraq boşanır. Yazıçı deyir ki, bu dövrdə onu ayaqda tutan yeganə şey qızı Cessika olub. 
“Harri Potter və Fəlsəfə Daşı” əsərini 1995-ci ildə tamamlayan Roulinq əsərini çap etdirmək üçün 12 naşirə göndərsə də, hamısından rədd cavabı alır.

Yalnız “Bloomsbury Publishing” nəşriyyatında uşaq ədəbiyyatı departamentinin rəhbəri Barri Kanninqem əsəri almağa qərar verir. Buna baxmayaraq Kanninqem əsərin müəllifinə heç vaxt uşaq kitablarından pul qazana bilməyəcəyini deyir. Kitab 1997-ci ildə 5650 nüsxə tirajla nəşr edilir. Əsər çox bəyənilir və həmin il “New York Times”ın bestselleri olur.
Birinci kitabın Amerika nəşri "Harri Potter və Sehrbazın Daşı" adlandırılmışdı. Çünki naşirlər hesab edirdi ki, "Fəlsəfə Daşı" ABŞ oxucularının diqqətini çəkməyəcək.
Birinci kitabdan sonra o, "Harri Potter və Sirlər Otağı" (1998), "Harri Potter və Azkaban Məhbusu" (1999), "Harri Potter və Alov Qədəhi" (2000), "Harri Potter və Simurq Ordeni" (2003), "Harri Potter və Mələz Şahzadə" (2005), "Harri Potter və Ölüm Hədiyyələri" (2007), “Harri Potter və lənətlənmiş uşaq” kitablarını yazır.

1998-ci ildə “Warner Bros” Roulinqin iki romanlarının hüquqlarını onları ekranlaşdırmaq üçün alır.
2001-ci ildə rejissor Kris Kolambusun çəkdiyi "Harri Potter və Fəlsəfə Daşı" filmi ekranlara çıxır. Növbəti illərdə isə digər kitabları əsasında filmlər çəkilir.
O, elə həmin il ikinci dəfə Nil Skott Morri adlı edinburqlu həkimlə evlənir. O dövrlər Coan o qədər populyarlıq qazanmışdı ki, gəlinliyini almaq üçün maskalanmaq məcburiyyətində qalmışdı. Bu münasibətdən də cütlüyün bir qızı və bir oğlu doğulub.

Ümumilikdə onun romanları 80-dən çox dilə tərcümə edilib, 500 milyon nüsxədən çox satılıb. Oxuyucular arasında müvəffəqiyyət qazanan seriya və o cümlədə onun əsasında çəkilmiş filmlər Roulinq üçün dünyəvi şöhrət və sərvət qazandırır. 2004-cü ildən bəri Roulinq Böyük Britaniyanın ən varlı qadınıdır. “Forbes” jurnalın məlumatına görə, 2008-ci ildə onun 1 mlrd. ABŞ dolları var idi.

Beləliklə, Roulinq kitab yazmaqla milyarder olan ilk müəllif olur. Lakin sonradan o, xeyriyyəçilik əməllərinə görə milyarder statusunu itirir.
O, anasının ölümünə səbəb olan dağınıq skleroz fonduna və digər fondlara maliyyə dəstəyi göstərir.

Hətta 2008-ci ilin 25 ölkədə "Bard Bidl nağılları"nın satışından əldə etdiyi gəliri də xeyriyyə məqsədilə istifadə edib.
2010-cu ildə aparıcı jurnal redaktorları tərəfindən Britaniyanın “Ən Nüfuzlu Qadını” seçilib. O, çoxsaylı mükafatlar və fəxri fərmanlar, o cümlədən uşaq ədəbiyyatına xidmətlərinə görə “Britaniya İmperiyası ordeni” (OBE) alıb.

2012-ci il sentyabrın 27-də Coan Roulinqın "Casual Vacancy" kitabı işıq üzü görüb. Bu kitabı ilk satışa çıxdığı gün artıq yüz minlərlə cild satılmışdı.

2019-cu illərdə “Forbes” tərəfindən dünyanın ən çox qazanan müəllifi seçilib.

Billurə Yunus

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://olke.az
archiveBu xəbər 24 Fevral 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri