Icma.az
close
up
RU
Deyrizor YPG/SDQ dən təmizlənib, Suriya Ordusu Rakkada əməliyyatları davam etdirir YENİLƏNİB 2 VİDEO

Deyrizor YPG/SDQ dən təmizlənib, Suriya Ordusu Rakkada əməliyyatları davam etdirir YENİLƏNİB 2 VİDEO

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Deyrizor vilayəti tamamilə YPG/SDQ silahlılarından təmizlənib.

APA-nın xəbərinə görə, sosial şəbəkələrdə vilayətin azad edilmiş mərkəzi Deyrizor şəhərindən də görüntülər yayılıb.

Deyrizor Suriya Ordusunun dəstəyi ilə yerli qəbilələr tərəfindən YPG/SDQ-dən azad edilib.

***

saat 17.13

Deyrizor vilayəti tamamilə YPG/SDQ silahlılarından təmizlənib.

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.

Suriyanın Hələb vilayətinin Münbiç rayonunun cənub-şərqində, Fərat çayı üzərindəki Tişrin su anbarı ətrafında Ordu və YPG/SDQ silahlıları arasında toqquşmalar yaşanır. Tişrin su anbarı üzərindəki su elektrik stansiyası (SES) Suriyanın ikinci ən böyük SES-dir.

***

saat 15.59

Suriya Ordusu Fərat çayının şərqində Rakka və Deyrizor istiqamətlərində irəliləməyə davam edir.
APA-nın xəbərinə görə, Suriya Ordusu Rakka şəhərini mühasirəyə almağa başlayıb.
Suriya Ordusu Rakkanın qərbində Baas su anbarı və Tabka Hava Limanını azad edib.
Rakka və Deyrizorda yerli ərəb qəbilələri də YPG/SDQ-yə qarşı silahlı müqavimətə başlayıblar. Rakka və Deyrizor şəhərlərində bir neçə məhəllə qəbilələrin nəzarəti altına keçib və bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Deyrizor vilayətində Muheymide, Suveydan-ı Cezira, Murat, Gıranic, Et-Tayyane, El-Cerzi, Hatla, El-Huseyniyye, Duvar el-Halebiyye, El-Bağur, Elbu Bedran, El-Bahra, Es-Suse, Ebu Hardub, Eş-Şenan, Denec, Zeyban, Havayic, Şahil, Zer, Busayra, Subha, Dehla, Cedid Bekkara, Huşam, Mazlum, El-Hisan, Cefra Sahası, Huvayic Bumasa, Sava yaşayış məntəqələri, o cümlədən Ömər neft və Kuniko qaz yataqları da artıq qəbilələrin nəzarətindədir.
Suriya Ordusu Deyrizor yaxınlığında YPG/SDQ silahlılarının toplaşma məntəqəsi sayılan Hajin şəhərini nəzarət altına alıb.
SANA agentliyi Tabka rayonundan geri çəkilən YPG/SDQ-nin həbsxanadakı əsirləri öldürdüyü, Rakkaya gələn əsas su kəmərini partlatdığı barədə məlumat yayıb. Suriya hökuməti Tabkada əsirləri edam edən YPG/SDQ-nin Cenevrə Konvensiyasını pozaraq hərbi cinayətə yol verdiyini bəyan edib.

***

saat 11.16

Fərat çayının qərbini YPG/SDQ silahlılarından təmizləyən Suriya Ordusunun növbəti hədəfi məlum olub.
APA-nın xəbərinə görə, Suriya Ordusu artıq Fərat çayının şərqində Tabka şəhərinə nəzarəti təmin edib, Rakka şəhərinə 5 km-ə qədər yaxınlaşıb.
ABŞ-ın bölgə üzrə Mərkəzi Komandanlığı (CENTCOM) Suriya Ordusunu əməliyyatları dayandırmağa, tərəfləri dialoqla həll yolu axtarmağa çağırıb. Suriya Xarici İşlər Nazirliyi isə keçən il martın 10-da Suriya Prezidenti Əhməd aş-Şaraa və SDQ-yə rəhbərlik edən Məzlum Abdi arasında imzalanmış razılaşma həyata keçirilməyə başlanan zaman əməliyyatların dayandırılacağını bəyan edib. Eyni zamanda Dəməşq və Vaşinqton arasında dialoqun da davam etdiyi nəzərə çatdırılıb.

Suriya Prezidenti isə Məzlum Abdini bu gün Dəməşqdə ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barakla keçiriləcək görüşə dəvət edib.
Qeyd edək ki, Suriya Ordusunun son əməliyyatlarına qədər YPG/SDQ Suriya ərazisinin 1/3-nə nəzarət edirdi. Bura Suriyanın əsas neft yataqlarının yerləşdiyi Rakka və Deyrizor bölgələri də daxildir.
Türkiyə PYD və PYD-nin silahlı qanadı YPG-nin PKK terror təşkilatının Suriya qolu olduğunu bəyan edir. Bu qruplaşma isə özünü Suriya Demokratik Qüvvələri (SDQ) kimi təqdim edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://apa.az
archiveBu xəbər 18 Yanvar 2026 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see281

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see230

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see165

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see151

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see140

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see128

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see128

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see128

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see127

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see127

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri