Icma.az
close
up
RU
12 kəndi 23 saata düşməndən azad edən qəhraman... Saqi Babayev

12 kəndi 23 saata düşməndən azad edən qəhraman... Saqi Babayev

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Babayev Saqi Elxan oğlu 16.01.1983-cü ildə Ağdaş rayonunda anadan olub. 1989-cu ildə Ağdaş rayon Müşfiq İsayev adına orta məktəbə daxil olub. 1997- 2000-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə, 2000-2004-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbində Kəşfiyyatçı ixtisası üzrə təhsil alıb.

Ölkə.Az xəbər verir ki, 2005-ci ildə Kəşfiyyat ixtisası üzrə təkmilləşdirmə kursunu bitirdikdən sonra ordu sıralarında xidmətə başlayıb.

Xidməti zamanı Tovuz, Qazax, Tərtər, Goranboy, Füzuli, Daşkəsən, Kəlbəcər istiqamətində ön xətdə yerləşən hərbi hissələrdə Kəşfiyyatçı ixtisası üzrə taqım komandirindən, Komando hərbi hissə komandiri vəzifəsinə qədər 24 il 6 ay şərəflə xidmət etmişdir.

Xidmət etdiyi hərbi hissələrdə vətən müharibəsi başlayana qədər dəfələrlə düşmənin döyüş mövqelərinə öz şəxsi heyəti ilə basqın fəliyyətləri icra etmiş və düşmənə gözləmədiyi yerdən ağır zərbələr endirmişdir.

2015-ci ildə Qazax rayonunun Qızılhacılı istiqamətində yerləşən düşmən postuna tək girərək postu partlatmış vaxtından əvvəl mayor rütbəsi ilə təltif edilmişdir.

Vətən müharibəsində Füzuli istiqamətindən kəşfiyyat rəisi vəzifəsində şəxsi heyəti ilə birlikdə döyüşlərə qatılmış 30 il gücləndirilmiş Ohanyan səddinin yarılmasında xüsusi şücaət ğöstərmiş, 30 sentyabr 2020-ci il tarixində Cəbrayılın Nüzgar kəndi uğrunda gedən döyüşlərdə ağır yaralanmışdır.

Müalicədən dərhal sonra xidmətə qayıdan qəhrəman zabitimiz Laçının 10 kəndinin boşaldılmasına rəhbərlik etmişdir. Yuxarı komandanlığın təqdimatı ilə Daşkəsən rayonuda yerləşən Kamondo hərbi hissəsinə hərbi hissə komandirinin müavini vəzifəsinə təyin olunmuşdur.

2022-ci sentyabrın 12-14 də Yuxarı rəhbərliyin planlaşdırdığı Qisas əməliyyatına rəhbərlik edərək Basarkeçər rayonu ərazisində yerləşən düşmənin 9 döyüş mövqeyini şəxsi heyəti ilə darmadağın edərək, ərazidə yerləşən Bala Göyçə gölünü və Hinal dağından Murov silsiləsinə qədər uzanan 12 km ərazini ələ keçirmiş, Basarkeçər rayonunun 4 kəndini nəzarəti altına almışdır.

Qisas əməliyyatından sonra xidməti qiymətləndirilərək hərbi hissə kamandiri vəzifəsinə təyin olunmuşdur.

2023-cü ilin 19-20 sentyabrında planlaşdırılan Antiterror əməliyyatlarında Kəlbəcər istiqamətindən döyüşə başlayaraq çətin relyefli dağlıq ərazidə rəhbərlik tərəfindən qarşıya qoyulmuş tapşırıq əsasında Ağdərənin 8 kəndini 17 saat müddətində düşməndən təmizləmiş və rəhbərliyin əlavə əmrinə əsasən 3 kənd və 14 km ərazinin alınasında rəhbərlik etmiş, Ağdərə istiqamətində olan düşmənin qanunsuz silahlı quruplaşmasını təslim olmağa vadar edərək 350 yə yaxın düşmən hərbçisinin silahını təhvil alaraq zərərsizləşdirmişdir.

Xidmət etdiyi müddətdə Cənab Ali Baş Komandan tərəfindən "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşçü", "İgidliyə görə", "Vətən uğrunda" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:599
embedMənbə:https://olke.az
archiveBu xəbər 13 Fevral 2026 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see324

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see292

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see292

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see282

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see281

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see273

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see272

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see269

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see264

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see257

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see242

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see240

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see232

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see225

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see223

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see223

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see221

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see208

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see207

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri