Melaniya Tramp niyə ərinin rəqs etməsini istəmir? ABŞ lideri açıqladı
Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ-nin birinci xanımı Melaniya Tramp həyat yoldaşı Donald Trampdan ictimaiyyət qarşısında rəqs etməməyi dəfələrlə xahiş edib.
AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Floridada keçirilən seçkiqabağı mitinqdə danışıb.
Tramp həyat yoldaşının ona dediyi sözləri belə çatdırıb:
"Əzizim, xahiş edirəm, bir daha rəqs etmə. Axı sən prezidentsən".
Bu sözlər tədbir iştirakçılarının gülüşünə səbəb olub.
Nəşrin məlumatına görə, siyasətçi bu ailə əhvalatını oktyabrın 30-da Daytona-Biç şəhərindəki "Ocean Center" sərgi mərkəzində çıxışı zamanı danışıb. Mitinqdə təxminən 8 000 nəfər iştirak edib.
ABŞ prezidenti qeyd edib ki, Melaniya onun ağır atlet və ya üzgüçünü təqlid etdiyi zarafatcıl çıxışlarını da bəyənmir.
Tramp isə həyat yoldaşının iradlarına yumorla yanaşıb. O, mitinq iştirakçılarına ABŞ-nin keçmiş prezidentləri Duayt Eyzenhauerin və ya Co Baydenin səhnədə rəqs etdiklərini təsəvvür etməyi təklif edib. "Bild"in yazdığına görə, bu müqayisə də iştirakçıların gülüşünə səbəb olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 01 Noyabr 2026 05:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















