Icma.az
close
up
RU
Fransada etiraz aksiyalarının üçüncü dalğasında 320 min nəfər iştirak edib

Fransada etiraz aksiyalarının üçüncü dalğasında 320 min nəfər iştirak edib

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fransada yaşayış xərclərinin artmasına qarşı keçirilən ümummilli etiraz aksiyalarının üçüncü dalğasında 320 min nəfər iştirak edib.

“Le Figaro” nəşrinin məlumatına görə, bu barədə Fransa Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Nazirliyin məlumatına əsasən, oktyabrın 31-də keçirilən aksiyalarda təkcə Parisdə 70 min nəfər iştirak edib. Gənclərin həmkarlar ittifaqları birliyi isə ölkə üzrə nümayişçilərin sayının 500 min olduğunu bildirib.

Müqayisə üçün, oktyabrın 24-də keçirilən aksiyalarda hakimiyyət orqanları 410 min, oktyabrın 17-də isə 550 min iştirakçı qeydə almışdı. Təşkilatçılar sonuncu aksiyaya 800 min nəfərin qatıldığını açıqlamışdılar.

Oktyabrın 31-də yerli vaxtla saat 18:00-a qədər iğtişaşlarda iştirak etdiyinə görə 296 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyi əvvəlcədən razılaşdırılmış yürüşlərin əsasən insidentsiz keçdiyini, lakin Bordo, Tuluza, Renn, Lill, Nant, Marsel və Lion şəhərlərində radikal qrupların şəhər mərkəzlərinə daxil olaraq iğtişaşlar və qarətlər törətməyə cəhd göstərdiyini bildirib.

Ən gərgin vəziyyət Nant və Marseldə qeydə alınıb. Nantda polis etirazçılara qarşı su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib. Həmkarlar ittifaqlarının məlumatına görə, şəhərdə keçirilən nümayişlərə 15 min nəfər qatılıb.

Marseldə aksiyaların ən intensiv vaxtında 10 min nəfər iştirak edib. Saat 16:00-dan sonra nümayişçilərlə polis arasında toqquşmalar başlayıb.

Rəsmi məlumatlara əsasən, Lionda 19 min, Bordoda 11 min, Nitsada isə 4200 nəfər etiraz aksiyalarına qatılıb.

Parisdə təhlükəsizlik tədbirləri çərçivəsində 40-dan çox metro stansiyası bağlanıb. Ölkə üzrə ictimai asayişin qorunmasına 70 min polis və jandarm cəlb edilib.

Dövlət Şurası paytaxtda Bastiliya meydanından Nasion meydanına qədər yürüş keçirilməsinə icazə verən məhkəmə qərarını ləğv edib. Bunun əvəzinə nümayişçilər üçün şəhərin kənarından keçən alternativ marşrut təsdiqlənib.

Paris, Lion, Marsel və Bordo da daxil olmaqla, bir sıra şəhərlərdə böyüklərin müşayiəti olmadan küçəyə çıxan yetkinlik yaşına çatmayanlar üçün komendant saatı tətbiq edilib.

Tələbə təşkilatları çərşənbə axşamı və cümə axşamı liseylərin və universitetlərin fəaliyyətini bloklamağa, noyabrın 5-də isə həmkarlar ittifaqlarının çağırışı ilə yeni kütləvi nümayiş keçirməyə çağırıblar.

Bu arada, oktyabrın 28-də Fransa Senatı iğtişaşlar zamanı vurulan maddi zərərə görə kollektiv maliyyə məsuliyyəti nəzərdə tutan qanun layihəsini qəbul edib. Sənədi 229 senator dəstəkləyib, 105 nəfər əleyhinə səs verib.

Qanun layihəsinə əsasən, zorakılıq və əmlaka ziyan vurmaq məqsədilə yaradılmış qruplarda bilərəkdən iştirak edən, yaxud polisin ərazini tərk etmək tələbinə baxmayaraq iğtişaş yerində qalan şəxslərdən zərərin ödənilməsi tələb oluna bilər. Bu, zərəri bilavasitə törətməyən şəxslərə də şamil edilə bilər.

Bir nəfərdən tutula biləcək maksimum məbləğ 10 min avro müəyyənləşdirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:66
embedMənbə:https://apa.az
archiveBu xəbər 01 Noyabr 2026 06:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see324

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see292

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see292

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see282

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see281

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see273

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see272

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see269

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see264

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see257

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see242

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see240

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see232

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see225

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see223

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see223

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see221

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see208

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see207

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri