12 milyard dollar sərvəti kimə qalacaq bilinmir… ARMANİNİN DƏFNİNDƏ CƏMİ 20 NƏFƏR OLACAQ
Icma.az, Shownews portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Məşhur italiyalı modelyer, “Armani” şirkətinin təsisçisi Corco Armani Piaçenza yaxınlığındakı Rivalta qəsəbəsində valideynləri və qardaşının yanında ailə məzarlığında dəfn olunacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “La Repubblica” qəzeti məlumat yayıb.
Qeyd edilir ki, Rivalta bir neçə onlarla sakini olan kiçik bir qəsəbədir, orta əsr qalası, yerli əlamətdarlığı ilə məşhurdur. Modelyer uşaqlığını orada keçirib və oradakı qohumlarının məzarını ziyarət edib. Göstərildiyi kimi, dəfn yerini özü seçib.
Dəfn mərasimi onun xahişi ilə 20-dən çox olmayan ən yaxın adamının iştirakı ilə özəl olaraq, sentyabrın 8-də keçiriləcək. Onun dəfn günü matəm elan ediləcək.
Qeyd edək ki, “Armani” şirkətinin təsisçisinin 12,1 milyard dollar sərvəti var idi. Onun sərvətinin kimə nəsib olacağı sual olaraq qalır.
Xatırladaq ki, C.Armani həyatı boyu ailə həyatı qurmayıb və övladları yoxdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 07 Sentyabr 2025 20:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















