“12 milyona alınan stadionda oturacaqlar sınıqdır” “Sabah”dan iradlara cavab Video
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ötən gün keçirilən “Sabah” – “Qarabağ” matçına gələn azarkeşlər “Sabah”ın yeni stadionunun şəraitsizliyi ilə bağlı sosial şəbəkədə tənqidi fikirlər səsləndiriblər.
“Qafqazinfo” xəbər verir ki, paylaşılan görüntülərdə azarkeşlərin matça çətinliklə gəlib çatdığı əks olunub.
Bildirilib ki, stadionun parkinq zonası boş olsa da, onları ictimai parkinq adı ilə dəniz qırağına göndəriblər. Tıxac və yolların palçıqlı olması səbəbilə azarkeşlər matça gecikib. Həmçinin qeyd edilib ki, 12 milyona alınan yeni stadionda köhnə, sınıq oturacaqlar qoyulub.
Məsələ ilə bağlı “Sabah”a sorğu ünvanladıq. Klubdan “Qafqazinfo”ya bildirildi ki, oyuna gələn tərəfdarların bütün narazılıqları nəzərə alınır və onlar üçün daha yaxşı şəraitin yaradılması istiqamətində işlər davam etdirilir: “Stadionla bağlı azarkeşlərimizin hər bir müraciətinə ciddi yanaşır, səsləndirilən irad və təklifləri nəzərdən keçirərək müvafiq tədbirlər görməyə çalışırıq. Hazırda “Sabah Arena”da şəraitin yaxşılaşdırılması istiqamətində işlər davam edir. Növbəti oyunlarda azarkeşlərimiz üçün daha rahat şərait yaratmaq məqsədilə lazımi addımlar atacağıq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 26 Oktyabr 2026 13:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















