Bakı Balakən qatarı niyə bərpa olunmur?
Icma.az bildirir, Cebheinfo portalına istinadən.
"Balakən qatarının vaqonlarının Bakı–Tbilisi qatarına veriləcəyi ilə bağlı səslənən fikirlər nə dərəcədə doğrudur?
Şimal-qərb bölgəsində Bakı–Balakən qatarının ləğv ediləcəyi, vaqonlarının isə Bakı–Tbilisi marşrutuna veriləcəyi barədə söhbətlər dolaşır.
Bu söhbətlərin yaranmasına səbəb isə dəmiryolunun Qax–Balakən hissəsində bir neçə ay öncə başlayan təmir işlərinin həddindən çox uzanmasıdır".
"Cebheinfo.az" xəbər verir ki, bunu ekspert Osman Gündüz deyib. O xatırladıb ki, iyul ayının əvvəlində baş verən seldən sonra bəzi ərazilərdə dəmiryol infrastrukturuna ziyan dəymişdi:
"O zaman Qax–Balakən hissəsində hərəkət məhdudlaşdırılmışdı. Sonradan isə, 1 avqust 2026-cı il tarixindən Bakı–Balakən reysləri tam dayandırılıb.
Məhdud bir ərazidə baş verən zədələnmənin uzun müddət aradan qaldırıla bilməməsi ciddi suallar doğurur. Xüsusilə də nəzərə alsaq ki, uzun müddət işləməyən infrastruktur ADY tərəfindən əsaslı təmir olunaraq yenicə istifadəyə verilib. Belə olan halda məhdud bir ərazidə aparılan təmir prosesinin aylarla uzanması haqlı suallar doğurur. Məsələni bir ADY rəsmisi ilə dəqiqləşdirəndə bildirmişdi ki, marşrut ləğv olunmayacaq, təmir başa çatdıqdan sonra qatarın fəaliyyəti bərpa ediləcək.
Lakin sərnişinlərin artıq konkret tarix eşitməyə ehtiyacı var. Həm də artıq Bakı–Tbilisi qatarının yeni reysinin məhz Bakı–Balakən qatarının vaqonları ilə həyata keçirilə biləcəyi ilə bağlı iddialar səslənməyə başlayıb. Hətta vaqonlarda belə adların dəyişdirildiyi vurğulanır".
Onun fikrincə, ADY buna rəsmi aydınlıq gətirməlidir:
"Balakən–Bakı xəttində hansı işlər görülüb, nə qədər iş qalıb, bərpa niyə uzanır və qatar nə vaxt fəaliyyətə başlayacaq? Vaqonların başqa marşruta verilməsi barədə yayılan söhbətlərə də münasibət bildirilsə faydalı olardı. Xatırlayıram ki, Bakı–Balakən xəttini bərpa etmək üçün xeyli işlər görülmüşdü. Xeyli investisiya yatırılmışdı bu layihəyə. Yeri gəlmişkən, hökumətin qərarı ilə Balakəndə “Filizçay” yatağının da işlənməsinə start verilib, bölgəyə böyük investisiyaların yatırılacağı gözlənilir. Belə bir zamanda fəaliyyəti bərpa edilmiş, bölgə sakinlərinin gediş-gəlişi və turizmin inkişafı üçün ciddi əhəmiyyət daşıyan bir marşrutun bağlanması nəinki yanlış, hətta absurd bir qərar olardı".
Xəzər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 26 Oktyabr 2026 14:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















