1207 film izləyərək DÜNYA REKORDU QIRDI
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
ABŞ-nin Pensilvaniya ştatında yaşayan 60 yaşlı Qlenvud Hosking bir il ərzində 1207 film izləyərək Ginnesin Dünya Rekorduna imza atıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “UPI” məlumat yayıb.
Bu, gündə orta hesabla 3,3 film izləmək deməkdir. Hosking 2024-cü ilin aprelində başladığı sınağı 2025-ci ilin aprelində başa vurub.
O, rekordu internetdə araşdırma apararkən öyrəndiyini və yeni məqsəd qarşısına qoyduğunu bildirib.
Hosking izlədiyi filmlər arasında “Vəhşi Robot” və “Deadpool və Wolverine” ekran əsərlərini xüsusilə bəyəndiyini qeyd edib. O, izlədiyi filmlər arasında həqiqətən pis hesab etdiyi ekran əsərinin olmadığını deyib.
Qeyd edək ki, əvvəlki rekord 777 filmlə Zakari Svopeyə məxsus olub.
Murad İsmayıl
Baxış sayı:55
Bu xəbər 03 Noyabr 2026 16:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















