Icma.az
close
up
RU
Qoruqdakı timsahın 124 yaşı, 10 min balası var

Qoruqdakı timsahın 124 yaşı, 10 min balası var

Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


İndiyədək 10 min bala dünyaya gətirən, çəkisi 700 kiloqram, uzunluğu 5 metrə çatan böyük "Henri" adlı timsah 124 yaşını qeyd edib. Təbiət qoruğunda saxlanması yırtıcı heyvana yaxşı qidalanmaq, bədbəxt hadisələrdən və müxtəlif ağır xəstəliklərdən qorunmaq, uzun ömür sürmək üçün şərait yaradıb.
Reyting.az
"Live Science" nəşrinə istinadla bildirir ki, dünyanın ən yaşlı timsahı sayılan "Henri" dekabrın 16-da Cənubi Afrikadakı Təbiət Mühafizə Mərkəzində çalışanların təntənəli iştirakı ilə 124 yaşını qeyd edib.
1903-cü ildə Botsvananın Okavanqo adlı Deltasında tutulan bu nəhəng Nil timsahı 1985-ci ildən Cənubi Afrikanın Skottburq şəhərindəki "Crocworld" təbiəti mühafizə mərkəzində yaşamağa başlayıb.
Nəhəng timsah təxminən 40 il əvvəl bura gəlib və Nil yırtıcısı qoruqda çoxsaylı dişi timsahlarla cütləşməklə, 10,000-dən çox timsahın atası olub. "Henri"-nin nə vaxt doğulduğu dəqiq məlum olmasa da, "Crocworld" mərkəzinin rəsmiləri təxmini tarixi hesablamalara görə, timsahın məhz 1900-cü ildə doğulduğunu iddia edirlər.

Alabama Universitetinin elmi əməkdaşı olan və heyvanların qocalmasını tədqiq edən bioloq Stiven Ostad yaşlı timsah barəsində deyib: "O, açıq-aydın qocadır. Ancaq onun 100 və ya 130 yaşında olduğunu da bilmirik. Çünki timsahın 124 yaşına qədər yaşaması heç vaxt eşidilməyib."
Lakin bəzi alimlər bunun mümkünlüyünü də istisna etməyib. Xüsusi qeyd edilir ki, bir heyvanın ömrünü dəqiq və ya təxmini müəyyən etməkdən ötrü ümumiyyətlə ən ən yaxşı qayda onun ölçüsüdür. Alimlərə də məlumdur ki, ən çox kiçik heyvanların arasında qısa ömürlülük müşahidə edilir. Buna səbəb isə həmin canlıların daha da yüksək metabolizmə malik olmasıdır. Bu isə onların daha çox enerji yandırması və nəticədə daha tez qocalığa qovuşmasına gətirib çıxarır. Ancaq eyni ölçüdəki digər heyvanlarla müqayisədə sürünənlər daha uzun yaşayırlar. Bioloq Ostad bildirib ki, soyuqqanlı olmaq belə heyvanlara bədən istiliyini tənzimləmək üçün xarici istilik mənbələrinə güvənməklə, enerjiyə daha çox qənaət etməyə imkan verir. Bioloq öz fikirlərini belə əsaslandırıb:
"İnsanla eyni ölçüdə olan bir timsah belə bizim kimi, məməlinin ehtiyacının yalnız 4 faizini yeməlidir. Hər hansı səbəbdən tam təhlükəsiz mühitdə yaşayan heyvanlar da daha uzun yaşamağa meyllidirlər".
Alim bildirib ki, timsahlar da sürünənlər kimi, yaşlandıqca, daha da çox böyüməyə davam edirlər.
Müxtəlif elmi nəzəriyyələr də "Henri" adlı timsahın belə uzun yaşaya biləcəyini heç də inkar etmir. Bu nəzəriyyələrə görə, Nil timsahlarının qanında olan zülalların çox güclü antibakterial xüsusiyyətlərə malik olması, həm də infeksiya və xəstəliklərlə mübarizə aparmaqdan ötrü müqaviməti getdikcə möhkəmləndirməsi ehtimalı elm adamlarının tərəfindən yeganə inandırıcı versiya kimi irəli sürülür. Lakin bu mövzu ilə bağlı fərqli fikirlərdə olan bəzi alimlər, tədqiqatçılar isə iddia edirlər ki, timsahın bağırsağındakı mikrobiomların çox güclü immun sistemləri həmçinin müasir dünya elminə tədqiqatlar üçün önəmli töhfələr verə biləcək.
Xatırladaq ki, belə uzunömürlü timsahlar haqqında xəbərlər əslində yeni məlumat deyil. Bundan əvvəl yaşamış və dünyanın ən nəhəng timsahı kimi uzunluğu 5 metr 48 santimetrə çatan, Ginnesin Rekordları Kitabına düşən Avstraliya timsahının da taleyinə vəhşi təbiət qoruğunda yaşayıb ölmək düşüb. Avstraliyanın "Kassius" adlı timsahının da 110 yaşından çox yaşadığı, çəkisi bir tondan ağır olduğu deyilirdi.
Oqtay QORÇU

Ana səhifəyə dön


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:465
embedMənbə:https://reyting.az
archiveBu xəbər 20 Dekabr 2024 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri