Icma.az
close
up
RU
1282 il öncə tikilən Şamaxı Cümə məscidi tarixin səssiz şahidi FOTO

1282 il öncə tikilən Şamaxı Cümə məscidi tarixin səssiz şahidi FOTO

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şamaxı, 12 iyun, Rəşad Türkoğlu, AZƏRTAC

AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Şamaxı Cümə məscidi.

Böyük Qafqaz dağlarının ətəyində yerləşən Şamaxı tarix və mədəniyyət həvəskarları üçün əsl xəzinədir. Bu qədim diyarın ən möhtəşəm miraslarından biri Şamaxı Cümə məscididir – Qafqazın ən qədim məscidlərindən biri və İslam dünyasının dəyərli abidəsi. Burada keçmişlə gələcək, imanla sənət bir araya gəlir.

743-cü ildə inşa olunan bu müqəddəs məkan çoxsaylı zəlzələlərə və tarixi sınaqlara baxmayaraq, günümüzədək gəlib çatıb. 1859-cu və 1902-ci illərdə baş verən zəlzələlərdə zərər görsə də, bərpa edilərək yenidən istifadəyə verilib.

1918-ci ildə isə erməni daşnak dəstələrinin törətdiyi dəhşətli qətliam burada minlərlə günahsız insanın həyatına son qoydu. Məscid bu acı hadisənin səssiz şahididir...

1980-ci ildə Ulu Öndər Heydər Əliyev, 2009-cu ildə isə Prezident İlham Əliyev tərəfindən görülən tədbirlər nəticəsində bu dini abidə yenidən əvvəlki ihtişamına qovuşub. 2013-cü ildə başa çatan bərpa işlərindən sonra məscid həm tarixi abidə, həm də ziyarət və mədəniyyət məkanı kimi ziyarətçilərin üzünə açılıb.

Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı: Azərbaycan” layihəsi çərçivəsində məsciddə aparılan işlər Azərbaycan-Şərq memarlığının incisi olan bu abidəyə ikinci həyat verib.

Məscidin günbəzləri milli naxışlarla bəzədilib və gözoxşayan estetikası ilə diqqət çəkir. İki tərəfdə ucalan 36 metrlik minarələr bu məbədin əzəmətini daha da artırır. Ziyarətçilər burada qədim mədrəsə və hücrələrin izlərini görə, dini və elmi irsin canlı izlərinə şahid ola bilərlər.

Şamaxı Cümə məscidi təkcə bir ibadətgah deyil, o, Azərbaycan xalqının ruhunu, tarixi dözümlülüyünü, memarlıq estetikası və dini tolerantlığını özündə cəmləyən mədəniyyət mərkəzidir.

Səfər planınıza mütləq bu möhtəşəm məkanı daxil edin. Mən turist olsaydım, bu məscidə bir dəfə getməzdim, hər dəfə yolum düşəndə yenidən ziyarət edərdim. Çünki Şamaxı Cümə məscidi, sadəcə, bir tikili deyil, bu, mədəniyyətin, müqavimətin və mənəviyyatın mərkəzidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 İyun 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see272

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see260

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see255

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see241

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see232

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see220

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see216

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see192

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see188

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see181

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see181

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see180

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see166

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see161

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see156

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see146

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see144

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see138

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see136

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri