Icma.az
close
up
RU
Vandalizmdən inkişafa Üç dövrün şahidi olan Ağdam Cümə məscidi

Vandalizmdən inkişafa Üç dövrün şahidi olan Ağdam Cümə məscidi

Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

XIX əsrin yadigarı olan Ağdam Cümə məscidi şəhərin tarixinin müxtəlif dövrlərinə şahidlik edən abidələrdəndir. Məscid XX əsrin sonlarına doğru Ağdamın inkişaf etdiyi, ictimai, iqtisadi və mədəni həyatın geniş vüsət aldığı dövrə, 1990-cı illərin əvvəllərində müharibənin ağır günlərinə, şəhidlərin və Xocalıda qətlə yetirilən dinc sakinlərin faciəsinə, işğal illərində isə şəhərin dağıdılmasına şahidlik edib. Bu gün məscid işğaldan azad edilən şəhərdə bərpa olunan ilk obyektlərdən biri kimi Ağdamın tarixi yaddaşını yaşatmaqla yanaşı, aparılan bərpa-quruculuq işlərinin və yeni həyatın ilk izlərini də özündə birləşdirir. Üç dövrün şahidi olan Cümə məscidinin tarixində Ağdam şəhərinin keşməkeşli taleyi əks olunur.
AZƏRTAC-ın Ağdamın Cümə məscidi ilə bağlı yazısını təqdim edirik.
İnkişaf edən Ağdamın memarlıq incisi
Ağdam Cümə məscidi 1868–1870-ci illərdə Qarabağın tanınmış memarı Kərbəlayı Səfixan Qarabaği tərəfindən inşa edilib. Qarabağ memarlıq məktəbinin xarakterik xüsusiyyətlərini özündə birləşdirən məscid uzun illər şəhərin dini və ictimai həyatında mühüm yer tutub.

İşğaldan əvvəl Ağdam Qarabağın mühüm şəhərlərindən biri kimi sürətlə inkişaf edirdi. Şəhərdə sənaye müəssisələri fəaliyyət göstərir, ticarət genişlənir, yeni yaşayış və sosial obyektlər inşa olunurdu. Təhsil, səhiyyə və mədəniyyət müəssisələri idman obyektləri, bazar və ticarət məkanları şəhərin gündəlik həyatını formalaşdırırdı.
Ağdam həm də ətraf rayonlar üçün mühüm ticarət və xidmət mərkəzlərindən biri idi. Şəhərdə müxtəlif peşə sahələri inkişaf edir, insanlar burada işləyir, təhsil alır, yaşayırdılar. Ağdam həmin illərdə Qarabağın iqtisadi və sosial baxımdan fəal şəhərlərindən biri kimi seçilirdi. Cümə məscidi də bu həyatın mühüm tərkib hissəsi idi.
Ağrıların və göz yaşlarının şahidi
1990-cı illərin əvvəllərində Qarabağ müharibəsinin ən ağır günlərini yaşayan şəhərlərdən biri də Ağdam oldu. Şəhər demək olar ki, hər gün artilleriya və raket atəşinə tutulur, dinc sakinlər və Vətən uğrunda döyüşənlər həyatlarını itirirdilər.

Ağdam Cümə məscidi həmin illərdə şəhərin yaşadığı ağrılı hadisələrin də şahidinə çevrilmişdi. Ermənistan həbçirləri ilə döyüşlərdə şəhid olanlar, eləcə də 1992-ci ilin fevralında Xocalıda qətlə yetirilən dinc sakinlər Ağdam Cümə məscidinə gətirilir, burada dəfnə hazırlanırdılar. Məscidin həyəti şəhidlərin doğmalarının göz yaşlarına, övladını itirən anaların fəryadına, oğul itkisi yaşayan ataların dərin kədərinə şahidlik edirdi. Ağdamın ağır günlərinin izləri məscidin tarixində də öz əksini tapdı və bu məkan şəhərin müharibə illərində yaşadığı faciələrin yaddaşına çevrildi.
“Qafqazın Xirosiması”: dağıdılan Ağdam, vandalizmə məruz qalan məscid
1993-cü ildə Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra həm şəhərin, həm də Cümə məscidinin taleyində daha ağır və faciəli bir dövr başladı. Vaxtilə həyatın qaynadığı şəhər talan edildi, yandırıldı, yaşayış evləri, məktəblər, səhiyyə və mədəniyyət müəssisələri, digər ictimai və inzibati binalar dağıdıldı, şəhərin infrastrukturu məhv olundu. Ağdamın işğal dövründə məruz qaldığı dağıntıların miqyası o qədər böyük idi ki, şəhər “Qafqazın Xirosiması” adlandırıldı.

Bu dağıntılar Cümə məscidindən də yan keçmədi. Məscidin əsas konstruksiyaları və minarələri salamat qalsa da, abidəyə ciddi ziyan vuruldu. Minarələrin daxili hissələri söküldü, tavan bir neçə yerdən uçuruldu, məscidin memarlıq ünsürləri və kitabələri qəsdən yararsız, tanınmaz vəziyyətə salındı. İşğal dövründə məscidin dini təyinatı dəyişdirildi, binadan təsərrüfat məqsədləri üçün istifadə edilərək, burada mal-qara saxlanıldı. Bu faktlar məscidin yalnız dağıntıya məruz qalmadığını, həm də dini-mədəni irs nümunəsi kimi təhqiramiz rəftara məruz qoyulduğunu göstərir.
Beləliklə, Cümə məscidi həmin illərdə bir tərəfdən Ağdamın dağıdılmasının, digər tərəfdən isə özünün məruz qaldığı vandalizmin izlərini daşıyan tarixi abidəyə çevrildi.

Azadlıqdan sonra başlayan yeni həyat
2020-ci il noyabrın 20-də Ağdamın işğaldan azad edilməsindən sonra həm şəhərin, həm də Cümə məscidinin tarixində yeni mərhələ başladı. Uzun illər dağıntılar içərisində qalan Ağdam genişmiqyaslı bərpa və quruculuq dövrünə qədəm qoydu.
Otuz ilə yaxın davam edən işğal dövründə xarabalığa çevrilmiş Ağdam bu gün özünün yeni inkişaf dövrünü yaşayır. Şəhərdə yeni yaşayış məhəllələri salınır, məktəblər, səhiyyə və digər sosial obyektlər, sənaye müəssisələri və müasir infrastruktur yaradılır. Vaxtilə dağıdılmış şəhərin yerində yeni Ağdam formalaşır və doğma sakinləri yenidən qoynuna alır.
Quruculuq prosesi yalnız yeni şəhər infrastrukturunun yaradılması ilə məhdudlaşmır. Ağdamın tarixi simasının qorunmasına, dağıdılmış və zərər görmüş tarixi-mədəni irs nümunələrinin bərpasına da xüsusi diqqət yetirilir. Bu baxımdan Cümə məscidinin bərpası xüsusi əhəmiyyət daşıyır.
Ağdamın işğaldan azad edilməsindən sonra bərpa olunan ilk obyekt məhz Cümə məscidi olması Azərbaycanın tarixi və dini irsə verdiyi əhəmiyyətin konkret nümunəsidir.

Məscidin konservasiya və restavrasiya işlərinə 2022-ci ilin martında Heydər Əliyev Fondu tərəfindən başlanıldı. Bərpa zamanı abidənin ilkin memarlıq üslubu əsas götürüldü, tarixi tikinti materialları araşdırıldı, zədələnmiş hissələri bərpa və konservasiya edildi. 2024-cü il aprelin 25-də Ağdam Cümə məscidinin bərpadan sonra açılışı keçirildi. Tarixi abidə əvvəlki görkəminə qaytarıldı və yenidən Ağdamın dini və tarixi-mədəni həyatının bir hissəsinə çevrildi.
Bu gün Cümə məscidinin minarələri artıq işğalın dağıntıları ilə əhatələnmiş Ağdamın deyil, yenidən qurulan və dirçələn şəhərin fonunda ucalır.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://azvision.az
archiveBu xəbər 25 Sentyabr 2026 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see320

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see270

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see226

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see223

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see220

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see218

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see217

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see217

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see213

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see213

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see210

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see200

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see198

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see192

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see190

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see181

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see178

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see177

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see177

Yeni yaranan planet aşkarlandı

23 Sentyabr 2026 22:47see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri