Icma.az
close
up
RU
Dağılmayan inam, sarsılmayan tarix Şamaxı Cümə Məscidi (FOTOLAR)

Dağılmayan inam, sarsılmayan tarix Şamaxı Cümə Məscidi (FOTOLAR)

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şamaxı Cümə Məscidi Azərbaycanın ən qədim və əzəmətli dini abidələrindən biridir. Cümə Məscidi təkcə ibadət yeri deyil, həm də əsrləri qucaqlayan bir tarix kitabçasıdır. 

"Unikal" diqqətə çatdırır ki, Məscid 743-cü ildə inşa olunub və bu onu Qafqazın ən qədim məscidi statusuna yüksəldir. İslam dininin Azərbaycandakı ilk izlərini daşıyan bu məbəd, min ildən artıqdır ki, müqəddəsliyini və tarixi əhəmiyyətini qorumaqda davam edir.  

Tarixin sınaqlarından keçmiş abidə

Şamaxı tarix boyu bir neçə güclü zəlzələnin mərkəzində yer alıb. 1859, 1902 və daha əvvəlki dövrlərdə baş verən üç güclü zəlzələ zamanı şəhərdə böyük dağıntılar müşahidə olunsa da, Cümə Məscidi hər üç zəlzələdən sağ çıxaraq dağıntıya uğramayıb. Bu fakt məscidin möhkəmliyini və ilahi bir güclə qorunduğunu düşündürür. Xüsusilə 1902-ci il zəlzələsindən sonra məşhur memar Zivər bəy Əhmədbəyov tərəfindən bərpa olunaraq yenidən layihələndirilib və öz memarlıq gözəlliyini yenidən bərpa edib.

Memarlıq gözəlliyi

Şamaxı Cümə Məscidi üç günbəzdən və iki minarədən ibarətdir. Günbəzlər və sütunlar bir-birinə harmonik şəkildə birləşir, məscidin daxili isə İslam incəsənətinin nadir nümunələri ilə bəzədilmişdir. Həm xarici, həm də daxili hissədəki ornamentlər və xətlər, abidəyə həm ruhani, həm də estetik dəyər qatır. Məscid sonuncu dəfə 2010–2013-cü illərdə əsaslı şəkildə yenidən bərpa olunub. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən bu bərpa işləri nəticəsində məscid müasir texnologiyalarla təchiz olunaraq, həm ibadət, həm də turizm baxımından mühüm mərkəzə çevrilib.

Milli-mənəvi dəyər

Bu məscid təkcə dini deyil, həm də milli kimliyimizin daşıyıcısıdır. Buraya gələn hər bir ziyarətçi təkcə ibadət etmir, həm də Azərbaycanın qədim, zəngin və dözümlü tarixini hiss edir.

Gülayə Mecid 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://unikal.az
archiveBu xəbər 17 İyul 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see401

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see394

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see271

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see252

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see237

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see234

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see229

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see226

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see225

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see208

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see199

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see198

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see196

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see193

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see189

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see189

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see186

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see185

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see184

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri