13 14 ləğv olunur, yeni sistem tətbiq ediləcək
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Azərbaycan Ordusunda hərbi qulluqçuların əməkhaqqı sistemində dəyişikliklərin həyata keçirilməsi gözlənilir.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, hərbi qulluqçulara il ərzində əlavə ödənişlərin verilməsi ilə bağlı mövcud 13-cü və 14-cü maaş sisteminin ləğv edilməsi nəzərdə tutulur.
Məlumata əsasən, sözügedən ödəniş mexanizminin dəyişdirilməsi ilə yanaşı, hərbi qulluqçuların aylıq vəzifə maaşlarının və digər ödənişlərinin artırılması istiqamətində də yeni yanaşmanın tətbiqi gözlənilir.
İddialara görə, hazırda müzakirə olunan dəyişikliklər nəticəsində hərbi qulluqçuların gəlirlərinin il ərzində daha sabit və proqnozlaşdırıla bilən formada təmin edilməsi məqsədilə əlavə ödənişlərin müəyyən hissəsinin aylıq maaşlara inteqrasiyası gündəmdədir.
Qeyd edək ki, hərbi qulluqçuların sosial təminatının və maddi vəziyyətinin yaxşılaşdırılması son illərdə müdafiə və təhlükəsizlik sahəsində həyata keçirilən əsas istiqamətlərdən biri kimi diqqətdə saxlanılır.
Maaş artımının konkret faiz və məbləği, eləcə də dəyişikliklərin hansı tarixdən qüvvəyə minəcəyi ilə bağlı rəsmi məlumat hələ açıqlanmayıb.
Elcan Musalı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:186
Bu xəbər 14 Sentyabr 2026 10:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















