Icma.az
close
up
RU
Xaqani Şirvani irsinə həsr olunmuş respublika konfransı Şamaxıda işini davam etdirib

Xaqani Şirvani irsinə həsr olunmuş respublika konfransı Şamaxıda işini davam etdirib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 19 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) öz işinə başlayan “Şərq intibah poeziyasının Xaqanı” adlı respublika elmi-praktik konfransı öz işini ali məktəbin Şamaxı filialında davam etdirib.

Bu barədə AZƏRTAC-a universitetdən bildirilib.

Filialın direktoru dosent Tünzalə Yusifova çıxışında görkəmli Azərbaycan şairi Xaqani Şirvaninin zəngin ədəbi irsinin öyrənilməsi və təbliğinin milli-mənəvi dəyərlərimizin qorunması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, belə elmi platformaların alim və tədqiqatçılar arasında elmi əməkdaşlığın genişlənməsinə, ədəbi irsimizin daha dərindən araşdırılmasına və gənc tədqiqatçıların elmi fəaliyyətə təşviqinə mühüm töhfə verdiyini qeyd edib. Daha sonra Xaqani Şirvaninin zəngin həyat və yaradıcılıq yolunu, ədəbi irsini və Azərbaycan ədəbiyyatında tutduğu müstəsna mövqeyi əks etdirən videoçarx nümayiş olunub. Ardınca konfrans öz işini elmi məruzələrlə davam etdirib. İştirakçılar tərəfindən Xaqani Şirvaninin həyat və yaradıcılığının müxtəlif aspektlərini, onun zəngin ədəbi irsini, fəlsəfi düşüncə tərzini və Şərq ədəbiyyatının inkişafına təsirini əhatə edən maraqlı və elmi baxımdan əhəmiyyətli məruzələr təqdim olunub. Məruzələr mövzuların aktuallığı, elmi yanaşmaların rəngarəngliyi və Xaqani irsinə fərqli baxış bucaqları ilə seçilib, iştirakçılar arasında maraqlı fikir mübadiləsi və müzakirələrə zəmin yaradıb.

Konfransda ADPU-nun Ədəbiyyat kafedrasının dosenti Razim Məmmədov da çıxış edərək tədbirin elmi və ədəbi əhəmiyyətini yüksək qiymətləndirib, konfransın təşkilinə görə minnətdarlığını bildirib və belə elmi platformaların ədəbiyyatşünaslıq sahəsində tədqiqatların inkişafına mühüm töhfə verdiyini vurğulayıb. Konfransın diqqətçəkən məqamlarından biri də universitetlərarası akademik inteqrasiyanın nümayişi olub. Belə ki, Bakı Dövlət Universitetinin müəllimi tələbələri ilə birlikdə konfransda iştirak edərək elmi məruzə ilə çıxış edib, tələbələr isə təqdim olunan məruzələri dinləyiblər. Bu iştirak ali təhsil müəssisələri arasında elmi əməkdaşlığın və akademik əlaqələrin gücləndirilməsi baxımından əhəmiyyətli olub.

Konfrans çərçivəsində filialın rəhbərliyi və kollektivi Xaqani Şirvaninin Şamaxıda yerləşən abidəsi ziyarət edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:67
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2026 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see346

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see333

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see319

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see312

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see289

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see276

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see271

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see254

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see240

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see235

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see234

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see228

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see220

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see217

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see215

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see213

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see213

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see209

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see206

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri