13 il əvvəl Şəmkirdə qadını öldürmüşdü, məhkəməsi BAŞLAYIR
Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.
Xəbər verildiyi kimi, 2013-cü il avqustun 5-də Şəmkir rayonunda 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı mənzildə zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktı üzrə başlanmış cinayət işinin ibtidai istintaqı Baş Prokurorluğun İstintaq idarəsində aparılıb.
Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, istintaqla 1989-cu il təvəllüdlü Xəyal Məmmədovun tamah məqsədilə qanunsuz olaraq Kifayət Məhərrəmovanın yaşadığı mənzilə daxil olaraq üzərindəki qatlanan cib bıçağı ilə ona çoxsaylı xəsarətlər yetirməklə xüsusi amansızlıqla qəsdən öldürməsinə, daha sonra isə mənzildən ümumilikdə təxminən 3 min manat dəyərində pul və qızıl-zinət əşyalarını talayaraq hadisə yerindən uzaqlaşmasına dair əsaslı şübhələr müəyyən edilib.
Bu il sentyabrın 22-də təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilmiş Xəyal Məmmədova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.11 (quldurluqla əlaqədar adam öldürmə) və 181.3.3-cü (quldurluq) maddələri ilə yenidən ittiham elan edilib.
Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilib və baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Baxış sayı:94
Bu xəbər 03 Noyabr 2026 12:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















