450 milyon dollarlıq əsərin müəllifi Da Vinçi deyilmiş ŞOK İDDİA
Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dünyanın hərracda satılmış ən bahalı rəsm əsəri hesab olunan Leonardo da Vinçinin “Dünyanın xilaskarı” (“Salvator Mundi”) tablosunun müəllifliyi yenidən mübahisə mövzusuna çevrilib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Braziliyada hazırlanmış “Luminari” adlı süni intellekt sistemi rəsm əsərini təhlil edərək onun Leonardo da Vinçinin şagirdi Covanni Antonio Boltraffio tərəfindən çəkilmiş ola biləcəyi qənaətinə gəlib.
Sistem tablonun Boltraffioya məxsus olması ehtimalını 81 faiz qiymətləndirib. Lakin süni intellektin bu nəticəyə hansı meyarlar əsasında gəldiyi açıqlanmayıb. Əgər iddia təsdiqlənərsə, əsərin bazar dəyərinin ona ödənilən 450 milyon dollardan xeyli aşağı, hətta həmin məbləğin yüzdə biri qədər ola biləcəyi irəli sürülür.
Bununla belə, sənətşünaslar süni intellektin nəticələrinə ehtiyatla yanaşırlar. Onların fikrincə, belə təhlillər müəllifliyin müəyyənləşdirilməsində köməkçi vasitə ola bilər, lakin qəti sübut hesab edilə bilməz. Leonardo da Vinçinin yaradıcılığı üzrə mütəxəssis, professor Frank Tsöllner bildirib ki, süni intellektin təhlili faydalı məlumatlar təqdim etsə də, əsərin müəllifliyi ətrafındakı mübahisələrə birdəfəlik son qoya bilməz.
Qeyd edək ki, 2017-ci ildə “Christie's” hərracında rekord məbləğə – 450 milyon dollara satılan tablonun Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana məxsus olduğu bildirilir. Əsər həmin vaxtdan bəri ictimaiyyətə nümayiş etdirilməyib. Məşhur tablonun gələcəkdə Ər-Riyadda yaradılması planlaşdırılan Dünya Mədəniyyətləri Muzeyində sərgilənməsi nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 03 Noyabr 2026 18:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















