Icma.az
close
up
RU
13 il əvvəlki cinayət işinin itməsi ilə bağlı iddialara Rəsmi cavab

13 il əvvəlki cinayət işinin itməsi ilə bağlı iddialara Rəsmi cavab

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Baş Prokurorluq mediada cinayət işinin yoxa çıxması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

“Qafqazinfo” xəbər verir ki, prokurorluğun açıqlamasında deyilir:

“Bəzi media subyektləri tərəfindən Zaidov Cabir Həsən oğlu barəsində istintaq aparılmış cinayət işinin guya 13 il əvvəl tamamlanaraq baxılması məhkəməyə göndərilməsi və sonradan həmin işin yoxa çıxması barədə məlumatlar yayılıb.

Bununla əlaqədar bildiririk ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə istintaq edilmiş cinayət işi üzrə Zaidov Cabir Həsən oğlu Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, ona həmin maddələr üzrə yekun ittiham elan olunub.

Cinayət işi üzrə ittiham aktı Baş Prokurorluq tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilib.

Məhkəmə baxışı zamanı təqsirləndirilən Cabir Zaidovun təqsiri sübuta yetirilsə də, ittiham edildiyi maddələr üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən, məhkəmənin 10 sentyabr 2012-ci il tarixli qərarı ilə cinayət işi üzrə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

Qeyd edək ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə istinad edilən əməllər Cinayət Məcəlləsinin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid maddələrinə tövsif edildiyindən, qanunvericiliyin tələblərinə uyğun olaraq iş baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.

Bu baxımdan, cinayət işinin məhkəməyə göndərilməsi ilə bağlı müvafiq məktubda qeyd olunan Bakı Ağır Cinayətlər Məhkəməsi ifadəsi texniki səhvdir”.

Xatırladaq ki, bir müddət əvvəl C.Zaidovun barəsindəki cinayət işi ilə bağlı prokurorluğa sorğu ünvanlanıb. Həmin vaxt Baş Prokurorluğun DİO-nun istintaq, təhqiqat və əməliyyat- axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini Günay Məmmədlinin adından göndərilən cavab məktubunda işin Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi bildirilib. Daha sonra məhkəməyə müraciət edildikdə isə, onlara həmin işin Bakı Ağır Cinayətlər Məhkəməsində olmadığı bildirilib.



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 25 Dekabr 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see306

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see285

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see262

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see257

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see251

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see232

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see216

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see212

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see211

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see208

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see206

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see200

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see193

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see192

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see189

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see187

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see177

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see175

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri