“Yuventus” “Mançester Yunayted”in hücumçusunu transfer etmək istəyir
Icma.az bildirir, Idman.biz portalına istinadən.
İtaliyanın “Yuventus” klubu qış transfer pəncərəsində yeni hücumçu almağı planlaşdırır. Turin təmsilçisinin maraq dairəsində olan futbolçulardan biri “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur.
İdman.Biz “Calciomercato” nəşrinə istinadən xəbər verir ki, İtaliya klubu cari mövsümdə qol vurmaqda yaşadığı çətinliklərə görə hücum xəttini gücləndirmək niyyətindədir.
Randal Kolo-Muani və Nik Völtemade hələlik gözlənilən nəticəni verə bilmirlər. Baş məşqçi Luçano Spalletti isə ehtiyat oyunçular skamyasında hücum variantlarının məhdudlaşacağını nəzərə alaraq onların hər ikisini eyni vaxtda start heyətində meydana buraxmağa üstünlük vermir.
Bu səbəbdən “Yuventus” rəhbərliyi yeni hücumçu axtarışlarını davam etdirir. Klub daha əvvəl maraq göstərdiyi Benjamin Şeşkonun transferi variantına yenidən qayıda bilər. Bununla belə, sloveniyalı futbolçu hazırda zədə səbəbindən yaşıl meydanlardan uzaqdır.
Turin təmsilçisinin siyahısında “Monako”nun hücumçusu Folarin Baloqun da yer alır. Amerikalı futbolçunun Fransa klubu ilə müqaviləsi 2028-ci ilin iyununa qədər qüvvədədir. O, cari mövsümdə Liqa 1-də keçirdiyi beş oyunda bir qol vurub.
Digər namizəd İngiltərənin “Sanderlend” klubunda çıxış edən Brayan Brobbidir. Hücumçu bu mövsüm səkkiz qarşılaşmada üç dəfə fərqlənib. Onun klubla müqaviləsinin müddəti bu yaxınlarda 2031-ci ilə qədər uzadılıb.
“Yuventus” Almaniyanın “Ayntraxt Frankfurt” klubunun hücumçusu Yunus Ebnutalibi də izləyir. Futbolçu cari mövsümdə bütün turnirlər üzrə 10 oyunda səkkiz qol vuraraq diqqət çəkib.
Namizədlər arasında “Frozinone”də icarə əsasında çıxış edən Antonio Raymondo da var. Hücumçu A Seriyası və İtaliya Kubokunda keçirdiyi 11 qarşılaşmada doqquz dəfə fərqlənib.
Beləliklə, “Yuventus”un transfer siyahısında beş hücumçu yer alır. Turin klubunun qış transfer pəncərəsində onlardan hansına üstünlük verəcəyi hələlik məlum deyil.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 05 Noyabr 2026 00:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















