Icma.az
close
up
RU
13 kilometrdən bütün sərhədə sülhün ƏSAS DÜYÜNÜ

13 kilometrdən bütün sərhədə sülhün ƏSAS DÜYÜNÜ

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan və Ermənistan sərhədin delimitasiyasının növbəti mərhələsi ilə bağlı razılığa gəlib. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, işlər Azərbaycan, Ermənistan və Gürcüstan sərhədlərinin kəsişdiyi nöqtədən başlayaraq şimaldan cənuba doğru aparılacaq. Nazirin bu açıqlaması Azərbaycan-Ermənistan münasibətlərində ən həssas məsələlərdən birini yenidən gündəmə gətirir: cəmi 13 kilometrlik sərhəd hissəsi razılaşdırılıbsa, bütün sərhəd müəyyənləşdirilmədən sülh sazişi nə dərəcədə dayanıqlı ola bilər?

Ceyhun Bayramovun sözlərinə görə, tərəflər delimitasiyanın istiqaməti ilə bağlı razılığa gəliblər. İşlərin sərhədin daha mürəkkəb hesab olunan şimal hissəsindən – Azərbaycan, Ermənistan və Gürcüstan sərhədlərinin kəsişdiyi nöqtədən başlanaraq cənuba doğru davam etdirilməsi nəzərdə tutulur.
Nazir bildirib ki, indiyədək iki ölkənin delimitasiya komissiyaları arasında çoxsaylı görüşlər keçirilib, onların fəaliyyətini tənzimləyən sənədlər qəbul olunub və proses üzrə qarşılıqlı anlaşma mövcuddur. Azərbaycan tərəfdən Dövlət Komissiyasına baş nazirin müavini Şahin Mustafayev rəhbərlik edir.
Lakin ortada ciddi bir reallıq var: Azərbaycan-Ermənistan sərhədinin yalnız təxminən 13 kilometrlik hissəsi üzrə razılaşma əldə olunub. Bu hissə 2024-cü ildə Qazaxın dörd kəndi istiqamətində delimitasiya olunmuş əraziləri əhatə edir. Yəni sərhəd məsələsinin yalnız kiçik bir hissəsi həllini tapıb, qarşıda isə daha böyük və mürəkkəb sahələr dayanır.

Burada əsas sual ortaya çıxır: delimitasiya tam başa çatmadan sülh sazişi imzalana bilərmi?
Hüquqi baxımdan buna maneə yoxdur. Sülh sazişi ilə sərhədin bütün xəttinin delimitasiyasının eyni vaxtda başa çatdırılması ayrı-ayrı proseslər kimi nəzərdən keçirilə bilər. Tərəflər əvvəlcə sülhün əsas prinsipləri üzrə razılığa gələ, daha sonra sərhəd məsələlərinin texniki və siyasi həllini davam etdirə bilərlər.
Amma siyasi baxımdan problem daha mürəkkəbdir. Çünki sərhədin böyük hissəsi müəyyənləşdirilmədiyi halda sülh sazişinin imzalanması sonrakı mərhələdə yeni mübahisələr üçün zəmin yarada bilər. Bu, qarşıda daha mürəkkəb mərhələnin olduğunu göstərir. Çünki 13 kilometrlik hissənin razılaşdırılması ilə bütün sərhəd xəttinin müəyyənləşdirilməsi arasında böyük fərq var. Bu səbəbdən Ceyhun Bayramovun açıqlaması təkcə texniki delimitasiya xəbəri deyil. Bakı və İrəvan faktiki olaraq qarşılarında duran növbəti böyük mərhələnin konturlarını müəyyənləşdirirlər. 13 kilometrdən başlayan proses indi bütün Azərbaycan-Ermənistan sərhədinə yayılmalıdır. Sülhün taleyində əsas sınaq da məhz bundan sonra başlayacaq. Prosesi və nazirin son xatırlatmalarını necə şərh etmək olar? İki ildən artıq müddətdə şərti sərhədlərdə 13 km-lik “nəhs rəqəm”i adlamağa kimlər imkan vermir Ermənistana?

Siyasi şərhçi Tural İsmayılov Musavat.com-a açıqlaması zamanı bildirdi ki, C.Bayramovun delimitasiya prosesinin şimaldan, Azərbaycan-Ermənistan-Gürcüstan sərhədlərinin kəsişmə nöqtəsindən başlayaraq cənuba doğru davam etdiriləcəyi ilə bağlı açıqlaması əslində texniki prosedurdan daha böyük siyasi məna daşıyır: “Burada söhbət sadəcə, xəritədə xətt çəkməkdən getmir. Söhbət Azərbaycan və Ermənistan arasında uzun illər münaqişənin əsas səbəblərindən biri olmuş sərhəd məsələsinin artıq mərhələli şəkildə hüquqi və siyasi çərçivəyə salınmasından gedir. 13 kilometrlik hissə ilk baxışda çox kiçik rəqəm təsiri bağışlaya bilər. Amma həmin 13 kilometr mühüm presedent yaratdı: tərəflər real ərazi üzərində delimitasiya və demarkasiya həyata keçirə bildilər. Qazaxın dörd kəndi istiqamətində əldə olunan nəticə göstərdi ki, tərəflər siyasi iradə nümayiş etdirdikdə xəritədəki mübahisəli xətlər real sərhədə çevrilə bilər. İndi əsas məsələ həmin təcrübəni bütün sərhəd boyunca davam etdirməkdir. Burada bir məqamı xüsusi vurğulamaq lazımdır: sülh sazişi ilə delimitasiya eyni proses deyil. Sülh sazişinin imzalanması üçün bütün sərhəd xəttinin əvvəlcədən santimetrinə qədər müəyyənləşdirilməsi hüquqi baxımdan zəruri şərt olmaya bilər. Amma dayanıqlı sülh üçün sərhəd məsələsinin açıq qalması ciddi riskdir. Çünki bir ölkənin digər ölkə ilə münasibətlərində xəritədə hələ də mübahisəli ərazilər varsa, həmin xəritə gələcəkdə siyasi manipulyasiya üçün istifadə oluna bilər. Ona görə də Azərbaycanın yanaşmasında məntiq aydındır: sülh sənədi imzalana bilər, amma sərhəd məsələsi yarımçıq saxlanıla bilməz. Əksinə, delimitasiya prosesi sülhün hüquqi-siyasi dayaqlarından birinə çevrilməlidir. Bu mənada 13 kilometr son deyil, başlanğıcdır”.

Bəs Ermənistan niyə bu 13 kilometrdən sonrakı mərhələyə keçməkdə çətinlik çəkir? T.İsmayılov: “Burada məsələni yalnız İrəvanın daxili siyasi iradəsi ilə izah etmək kifayət deyil. Ermənistanın sərhəd məsələsində qərarverməsinə təsir edən bir neçə amil var: daxili siyasi qüvvələr, revanşist çevrələr, Ermənistanın təhlükəsizlik arxitekturası, xarici aktorların maraqları və uzun illər formalaşdırılmış ictimai-siyasi stereotiplər. Xüsusilə Ermənistan daxilində sərhəd məsələsinin texniki proses deyil, siyasi kimlik məsələsinə çevrilməsi prosesi ağırlaşdırır. Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması müəyyən çevrələr tərəfindən məğlubiyyət kimi təqdim edildi. Halbuki dövlətlər arasında sərhədin müəyyənləşdirilməsi məhz beynəlxalq hüququn tələb etdiyi normal münasibətlərin formalaşmasıdır. Ermənistanın qarşısındakı əsas dilemma da budur: real dövlət sərhədi ilə illərlə mövcud olmuş siyasi təsəvvürlər arasında seçim etmək. Digər tərəfdən, Ermənistanın təhlükəsizlik məsələsində xarici dayaqlara həddindən artıq söykənməsi də prosesi mürəkkəbləşdirir. Ermənistan daxilində müxtəlif qüvvələr sərhəd prosesinə yalnız Azərbaycanla münasibətlər prizmasından deyil, daha geniş geosiyasi rəqabətin elementi kimi yanaşırlar. Bu isə sadə bir delimitasiya məsələsini daha böyük siyasi qarşıdurmanın predmetinə çevirə bilər. Ancaq burada Azərbaycan üçün də əsas məsələ emosional gözləntilər deyil, prosesin hüquqi ardıcıllığıdır. Bakı üçün məqsəd Ermənistanın hansısa xarici gücdən nə qədər uzaqlaşması yox, Azərbaycanla münasibətlərdə konkret öhdəliklərin yerinə yetirilməsidir. Sərhədin müəyyənləşdirilməsi, ərazi bütövlüyünün qarşılıqlı tanınması, bir-birinə qarşı ərazi iddialarından imtina və kommunikasiyaların açılması bir-birini tamamlayan məsələlərdir”.

T.İsmayılov əlavə etdi ki, XİN rəhbəri Ceyhun Bayramovun son açıqlamasının əhəmiyyəti də məhz buradadır: “Azərbaycan prosesi emosional siyasi ritorikadan çıxarıb, mərhələli mexanizmə çevirir. Əvvəl 13 kilometr, sonra sərhədin digər hissələri. Yəni artıq əsas sual “sülh olacaq, ya olmayacaq?”- sualı deyil. Əsas sual Ermənistanın sülhün praktiki şərtlərini nə qədər sürətlə və ardıcıl şəkildə həyata keçirəcəyidir. 13 kilometr buna görə də sadəcə rəqəm deyil. Bu rəqəm Ermənistanın keçməli olduğu ilk real siyasi-psixoloji baryeri simvolizə edir. İndi İrəvan qarşısında seçim dayanır: sərhədləri beynəlxalq hüquq əsasında müəyyənləşdirən normal qonşuluq modelinə keçmək, yoxsa sərhəd məsələsini yenidən daxili siyasətin və xarici geosiyasi mübarizənin alətinə çevirmək. Azərbaycanın mövqeyindən baxanda isə məsələ kifayət qədər aydındır. Sülh sazişi kağız üzərində imzalanan bir sənəddən daha çox, sonrakı proseslərin qarşısını alan mexanizm olmalıdır. Bunun üçün də sərhədin müəyyənləşdirilməsi, qarşılıqlı ərazi bütövlüyünün tanınması və əldə olunan razılaşmaların geriyə çevrilməz xarakter alması vacibdir”.
Siyasi şərhçi həmçinin qeyd etdi ki, əslində 13 kilometrdən bütün sərhədə gedən yol Azərbaycan-Ermənistan münasibətlərinin ən ciddi sınağıdır: “Çünki ilk 13 kilometr siyasi iradənin mümkün olduğunu göstərdi. İndi isə həmin iradənin davamlı olub-olmadığı yoxlanılacaq. Bu mərhələdə Ermənistanın qarşısını alan əsas qüvvə kimi bir aktoru göstərmək düzgün olmaz: burada daxili siyasi müqavimət, revanşist təfəkkür və müxtəlif xarici təsirlər bir-birini tamamlayan amillərdir. Amma bir həqiqət dəyişmir: sərhəd müəyyənləşmədən sülhün fiziki təhlükəsizliyi tam təmin olunmur. 13 kilometr artıq keçilmiş yoldur. İndi əsas məsələ qalan sərhədi siyasi manipulyasiyadan çıxarıb hüquqi xəttə çevirməkdir. Əgər Ermənistan bu mərhələni də keçə bilsə, Azərbaycan-Ermənistan münasibətlərində həqiqi dönüşdən danışmaq mümkün olacaq. Əks halda 13 kilometr sülh prosesinin başlanğıcı yox, onun harada ilişib qaldığını göstərən rəqəmə çevrilə bilər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 10 Sentyabr 2026 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see372

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see313

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see295

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see269

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see261

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see254

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see242

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see236

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see230

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see217

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see208

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see195

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see191

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see190

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see190

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see187

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see181

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see174

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see172

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri