Icma.az
close
up
RU
İrəvanda “seçki düyünü”

İrəvanda “seçki düyünü”

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Konstitusiya Məhkəməsində 7 siyasi qüvvənin iddiası üzrə hüquqi proses başlayıb

İyunun 26-dan etibarən Ermənistan Konstitusiya Məhkəməsində iyunun 7-də keçirilmiş parlament seçkilərinin nəticələri ilə bağlı işə baxılmasına başlanılıb. Seçkilərin nəticələrinə 7 siyasi qüvvə etiraz edir. Məhkəməyə təqdim olunan ərizələrin məzmununda müəyyən fərqlər olsa da, KM onları bir icraatda birləşdirərək baxılması barədə qərar qəbul edib.

Məhkəmə prosesi şifahi icraat qaydasında keçirilir. İş üzrə üçüncü tərəf qismində hakim “Mülki müqavilə” partiyası, cavabdeh qismində isə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Korrupsiyaya qarşı Mübarizə Komitəsi iştirak edir. Qüvvədə olan qanunvericiliyə əsasən, KM ərizə daxil olduqdan sonra ən geci 15 gün ərzində işə baxmalı və qərar qəbul etməlidir. Bu isə o deməkdir ki, məhkəmə hökmünü iyulun 4-dək elan etməlidir.

Siyasi qüvvələrin tələbləri

Müxalif qüvvələr KM-in “müstəqillik, neytrallıq və qərəzsizlik baxımından ciddi çatışmazlıqlar yaşadığını” iddia etsələr də, işin nəticəsi ilə bağlı əvvəlcədən proqnoz verməyə tələsmirlər. Qeyd etdiyimiz kimi məhkəməyə 7 siyasi qüvvə etiraz edir. Bunlar “Güclü Ermənistan” bloku, “Birlik qanadları” partiyası, “Demokratiya. Qanun. İntizam” partiyası, “Çiçəklənən Ermənistan” partiyası, “Respublika naminə – demokratiyanın müdafiəçiləri ittifaqı” partiyası, “Ermənistan” bloku və “Yeni güc” partiyasıdır. Bu siyasi qüvvələrdən yalnız ikisi parlamentə düşə bilib – “Güclü Ermənistan” və “Ermənistan” blokları. “Güclü Ermənistan” bloku seçkilərin nəticələrinin etibarsız sayılmasını və ikinci turun keçirilməsini tələb edir. “Ermənistan” bloku isə yalnız seçkilərin nəticələrinin etibarsız hesab olunmasını istəyir. “Respublika naminə” partiyasının rəhbəri Arman Babacanyan bildirib ki, onların müraciətinin digər ərizələrlə heç bir əlaqəsi yoxdur. Onun sözlərinə görə, müraciətin əsas mahiyyətində belə bir sual dayanır: əgər dövlət orqanları özləri seçkilər zamanı təşkil olunmuş, kütləvi, təkrar xarakter daşıyan və bir-biri ilə əlaqəli cinayət faktlarını qeydə alıblarsa, bu halda dövlət seçkilərin nəticələrinin xalqın azad iradəsini ifadə etdiyini əminliklə iddia edə bilərmi? Babacanyan bunu deyərkən Korrupsiyaya qarşı Mübarizə Komitəsinin bəzi müxalif siyasi qüvvələrin seçicilərə rüşvət verməsi ilə bağlı ifşa etdiyi faktları nəzərdə tutur: “Biz Konstitusiya Məhkəməsindən cinayət məhkəmələrinin funksiyasını yerinə yetirməsini istəmirik. Hər hansı konkret şəxsin hansı cinayəti törətdiyini müəyyən etməsini də tələb etmirik. Bu, cinayət mühakiməsinin səlahiyyətinə daxildir. Biz Konstitusiya Məhkəməsindən yalnız onun edə biləcəyi işi – seçkilərin Konstitusiyaya uyğunluğunu qiymətləndirməsini xahiş edirik”.

Hansı qərar qəbul edilə bilər?

Qüvvədə olan qanunvericiliyə əsasən, KM aşağıdakı qərarlardan birini qəbul edə bilər:

1. Seçkilərin nəticələri ilə bağlı qəbul edilmiş qərarı qüvvədə saxlamaq;

2. Seçkilərin nəticələri ilə bağlı qəbul edilmiş qərarı etibarsız saymaq və: a) seçkilərin nəticələrini etibarsız elan etmək; b) seçkilərin nəticələrini etibarsız elan etməklə mandatların bölüşdürülməsi qaydasını müəyyənləşdirmək; c) seçkilərin ikinci turunun keçirilməsinə qərar vermək.

İşə baxılmasının nəticələrinə əsasən, KM Konstitusiyada təsbit olunmuş seçki hüquqlarının pozulduğunu müəyyən edərsə, seçkilərin nəticələrini etibarsız saya bilər.

Konstitusiyanın 7-ci maddəsinə əsasən Milli Assambleyaya və icmaların ağsaqqallar şuralarına seçkilər, eləcə də referendumlar ümumi, bərabər, azad və birbaşa seçki hüququ əsasında gizli səsvermə yolu ilə keçirilir. Ermənistanın Seçki Məcəlləsinə görə, eyni siyasi partiyaların iştirakı ilə təkrar səsvermə seçkilərin etibarsız sayılması barədə qərar qüvvəyə mindikdən sonra ən tez 15, ən gec isə 30 gün ərzində keçirilə bilər. Məcəllənin 101-ci maddəsinə əsasən, təkrar səsvermənin nəticələri də etibarsız hesab edilərsə, növbədənkənar yeni seçkilər keçirilməlidir. Bu seçkilər müvafiq qərarın qüvvəyə minməsindən sonra ən geci 70 gün ərzində təşkil olunmalıdır.

“Restart” Elm-Təhsil Fondunun icraçı direktoru Yuri Avakyanın sözlərinə görə, seçkilərdən sonrakı dövr son dərəcə passiv keçir. O hesab edir ki, əgər seçkilərin nəticələri ilə ciddi şəkildə razılaşmamaq olsaydı, kütləvi etiraz aksiyaları və sərt siyasi bəyanatlar səslənərdi. Avakyanın fikrincə, belə bir ssenari mövcud deyil, çünki parlamentə düşən hər iki müxalif qüvvə – “Güclü Ermənistan” və “Ermənistan” blokları sonda seçkilərin nəticələrini qəbul edəcək və mandatlarını götürəcəklər.

Avakyan “JAM News”a bildirib ki, iyunun 7-dən sonra ölkədə siyasi böhran görmür. Onun sözlərinə görə, seçkilərin nəticələri cəmiyyət üçün gözlənilən idi. Bununla yanaşı, o, müəyyən legitimlik böhranının mövcud olduğunu düşünür və bunu 2 amillə izah edir: 1) Korrupsiyaya qarşı Mübarizə Komitəsinin aşkar etdiyi seçicilərin rüşvətlə ələ alınması faktları; 2) Mərkəzi Seçki Komissiyasının 2005 seçki məntəqəsindən üçündə təkrar səsvermə təyin etməməsi səbəbindən həmin məntəqələrdə verilmiş səslərin nəzərə alınmaması. Ekspert deyib: “Belə bir diskurs mövcuddur, o cümlədən demokratik baxımdan: bəli, “Mülki müqavilə” çoxluğu əldə edib, amma bu 3/5 çoxluq legitimdirmi? Digər tərəfdən, əgər hətta bir mandat belə seçici rüşvəti hesabına əldə olunubsa, bu da legitimlik böhranı yaradır”.

Qeyd edək ki, MSK 3 seçki məntəqəsində seçkilərin nəticələrini etibarsız hesab etsə də, təkrar səsvermə keçirməyib. Qurum bunu taktiki səsvermə riskinin yaranması ilə əsaslandırıb. MSK bildirib ki, bu halda seçicilərin iradəsi artıq onların ilkin siyasi seçimlərinə və azad iradəsinə deyil, əvvəlcədən məlum olan nəticələri dəyişmək hesabına formalaşa bilər. Buna görə də komissiya hesab edib ki, təkrar səsvermə seçkilərin ədalətli nəticəsini təmin etməyəcək. Müxalif “Çiçəklənən Ermənistan” partiyası isə bəyan edib ki, həmin 3 seçki məntəqəsində qazandığı 200-dən çox səs parlamentə düşməsi üçün kifayət edərdi. Bundan əlavə, bu halda hakim “Mülki müqavilə” partiyası parlamentdə 3/5 çoxluğunu itirmiş olardı.

Y.Avakyan hesab edir ki, KM-in qərarından asılı olmayaraq, həm ölkənin daxili siyasi həyatında, həm də xarici əlaqələrində problemlər gözlənilir. Onun fikrincə, parlamentdə iki qarşılıqlı ittiham xətti formalaşacaq: “Hakimiyyət müxalifəti “seçkiqabağı rüşvət paylayaraq parlamentə düşən qüvvələr” adlandıracaq. Müxalifət isə hakimiyyəti bütün problemlərdə təqsirləndirəcək və onun nümayəndələrini “Artsaxı təslim edənlər" kimi təqdim edəcək. Nəticədə, ölkə qarşısında duran əsas çağırışlar parlamentin gündəliyində özünə yer tapmayacaq”. Onun sözlərinə görə, MSK-nın 3 seçki məntəqəsində təkrar səsvermə keçirməməsi Ermənistanın Qərblə münasibətlərində də problemlər yarada bilər: “Bu sırf demokratik məsələ Ermənistana qarşı təzyiq vasitəsi kimi istifadə oluna bilər. Güman edirəm ki, bu məsələ həm Ermənistan daxilindəki rusiyapərəst dairələr, həm də Şərqi Avropada fəaliyyət göstərən Rusiya təsir şəbəkələri tərəfindən ölkəyə qarşı istifadə oluna bilər”. O, misal kimi Ermənistanla Avropa İttifaqı arasında viza liberallaşdırılması üzrə dialoqu göstərib: “Aİ-yə üzv dövlətlərin səsverməsi zamanı Ermənistanı sevməyən bəzi ölkələrin bu 3 seçki məntəqəsi ilə bağlı vəziyyətdən istifadə edərək hökumət üçün süni maneələr yaratmaları mümkündür. Başqa sözlə, Aİ ilə yaxınlaşma planlarımızı pozmağa çalışa bilərlər”.

“Restart” fondunun rəhbəri hesab edir ki, legitimlik böhranını aradan qaldırmaq üçün əvvəlcə seçici rüşvəti ilə bağlı işlər üzrə məhkəmə qərarları qəbul edilməli, daha sonra isə yeni seçkilər keçirilməlidir: “Yeni seçkiləri mütləq iki aydan sonra keçirmək lazım deyil. Onlar altı aydan, hətta bir ildən sonra da keçirilə bilər – məhkəmələrin qərar qəbul etməsi üçün nə qədər vaxt lazımdırsa...”.

Y.Avakyanın sözlərinə görə, araşdırmaların həm operativ, həm də səmərəli aparılması üçün məhkəmələr vətəndaş cəmiyyətinin və beynəlxalq ictimaiyyətin dəstəyindən istifadə edə bilər. O, həmçinin Avropa İttifaqına müraciət edilməsini təklif edir və hesab edir ki, Aİ Ermənistanın müvafiq qurumları ilə öz “alətlər toplusunu” bölüşə bilər.

Səxavət HƏMİD
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 İyun 2026 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see279

Kəpəz Sabah ın qonağıdır Heyətlər

15 Avqust 2026 19:52see263

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see247

La Liqa 2026/27 mövsümü: 15 16 avqust matçlarının təqvimi və rəqabət in TƏHLİLİ

15 Avqust 2026 16:26see238

Bakı Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var

15 Avqust 2026 22:40see236

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see206

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see201

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see197

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see191

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see174

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see172

Bakı ilə sülh, Moskva ilə balans

15 Avqust 2026 14:54see170

Epşteyn işi ilə bağlı maraqlı məqam: Playboy un sahibi FTB yə dəfələrlə zəng edibmiş

16 Avqust 2026 00:18see168

Günay bikinidə fotolarını yaydı

16 Avqust 2026 03:05see167

İmad Faraj Neftçi ilə vidalaşdı

15 Avqust 2026 16:29see165

“Yay Fest 2026” çərçivəsində gənclər “Elm, etika və gələcək” düşərgəsində bir araya gəliblər

15 Avqust 2026 14:52see164

Moskva Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

16 Avqust 2026 03:18see161

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see159

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see159

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri