13 yaşlı qız evli qohumundan hamilə qaldı Ailəsi şikayətçi olmadı...
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanda rayonların birində qohumunun 13 yaşlı qızı ilə intim münasibətdə olan 37 yaşlı S. Abdullayev (şərti) cinayət məsuliyyətinə cəlb edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, rayon məhkəməsinin hökmü ilə S.Abdullayevə 3 il həbs cəzası verilib.
O, Cinayət Məcəlləsinin 152.2-ci (14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə təqsirli bilinib.
Araşdırmalarla müəyyən edilib ki, bu ilin aprel ayında rayonun kəndlərindən birində yaşayan 13 yaşlı qızın onhəftəlik hamilə olduğu məlum olub. Bundan sonra aparılan araşdırma zamanı yeniyetmə qızın bibisinin əri ilə münasibətdə olduğu müəyyənləşib.
Belə ki, o, qaynının yeniyetmə qızına onu sevdiyini və evlənəcəyini deyərək yaşadığı mənzildə əxlaqsız hərəkətlər edib. Hadisə gecə saatlarında S.Abdullayevin həyat yoldaşı və 3 övladı evdə olarkən baş verib.
Məhkəmədə yeniyetmə qız və ailə üzvləri S. Abdullayevdən şikayətçi olmadıqlarını, qohumluq münasibətinə görə onu bağışladıqlarını və həbs edilməsini istəmədiklərini bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 22 Dekabr 2025 15:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















