Icma.az
close
up
RU
Törətdiyi qəzadan sonra yaralıların müalicəsinə 70 min xərclədi Ölənlərin ailəsi şikayətçi olmadı

Törətdiyi qəzadan sonra yaralıların müalicəsinə 70 min xərclədi Ölənlərin ailəsi şikayətçi olmadı

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Ötən ilin iyulunda Beyləqanda yüksək sürətlə ağır qəza törətmiş 1978-ci il təvəllüdlü Ramiz Xankişiyevin məhkəməsi başa çatıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm elan edilib.

Bildirilib ki, hadisə gecə saat 23 radələrində rayonun Heydər Əliyev prospektində - işıqforun yaxınlığında qeydə alınıb.

R.Xankişiyev həmin vaxt sürət həddinin saatda 50 kilometr təyin edildiyi yerdə “Mercedes” markalı avtomobilini 110-la idarə edib. Nəticədə avtomobil işıqforun yaxınlığında “Hyundai” markalı maşına çırpılıb.

Hadisə zamanı “Hyundai”də olan 1958-ci il təvəllüdlü Nizami Hüseynov və onun qardaşı arvadı 1965-ci il təvəllüdlü Sabirə Məmmədova həlak olub. R.Xankişiyev, eləcə də “Hyundai”də olan 1987-ci il təvəllüdlü Nərgiz Hüseynova, onun iki övladı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Sürücü qəzada yaralanan N.Hüseynova və övladlarının müalicəsi üçün 70 min manat ödəniş edib. Bundan sonra zərərçəkmiş tərəf rəsmi qaydada müraciət edərək sürücüdən şikayətçi olmadıqlarını, bu kimi hadisənin hər kəsin başına gələ biləcəyini bildiriblər.

Məhkəmə sürücünü Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilib. Ona 4 il 5 ay azadlıqdan məhrumetmə və 3 il sürücülük hüququnun məhdudlaşdırılması cəzası verilib. R.Xankişiyevin cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qeyd edilib.

Xatırladaq ki, bu tip müəssisələrdə cəza çəkən məhkumlara müəyyən şərtlər daxilində müəssisə hüdudlarından kənara çıxmağa icazə verilir.

Aslan Vəliyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 10 Oktyabr 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see236

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see234

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see194

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see189

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see177

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see171

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see163

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see159

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see150

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see149

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see146

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see144

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see143

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see141

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see136

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see134

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see129

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see129

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri