13 yaşlı qız sosial şəbəkə trendinin qurbanı oldu FOTO
Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İngiltərədə 13 yaşlı bir qız sosial şəbəkə trendinin qurbanı olub.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, Lesterşirdən olan 13 yaşlı Tiegan Yarman 6 martda yataq otağında huşsuz vəziyyətdə tapılıb.
Hadisə yerinə gələn təcili yardım briqadasının bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Tieqanın ailəsi onun ölümünün sosial mediada yayılan yüksək riskli "xromlama" trendinin səbəb olduğunu açıqlayıb.
Bu təhlükəli trend evdə asanlıqla əldə edilə bilən məhsullardan, məsələn, dezodorantdan buxarları nəfəs alaraq qısamüddətli təsir yaratmağı hədəfləyir.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, Böyük Britaniyada getdikcə daha çox yayılan bu internet trendləri gənclər üçün ciddi təhlükə yaradır.
“Xromlama” trendi tənəffüs yollarının qıcıqlanması, ürək ritminin pozulması və qəfil ölüm kimi yüksək risklər yaradır.
Mütəxəssislər bildirir ki, valideynlər bu cür trendlərin nəticələrini uşaqları ilə müzakirə etməlidirlər.
Billurə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 09 Dekabr 2025 13:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















