Icma.az
close
up
RU
Sosial şəbəkə kabusu

Sosial şəbəkə kabusu

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Bəzi siyasi həqiqətləri görmək üçün artıq “binokla” heç bir ehtiyac yoxdur. Sadəcə emosiyalarımızı cilovlaya bildiyimiz təqdirdə sosial şəbəkələr sayəsində siyasi həqiqətləri “çılpaq” şəkildə görə bilirik. Burada prinsipial məsələ emosiyaların cilovlanmasıdır. Məhz sözügedən kontekstdə, yəni informasiya manipulyasiyaları vasitəsilə ictimai şüura zorla yeridilən təzadlı emosiyalara uymamaq məsələsində yenə də siyasi maarifçilik fəaliyyətinin müstəsna əhəmiyyətindən danışmalıyıq.Rəsmi statistikaya əsasən ölkə əhalisinin 90%-dan arıq olan hissəsi internet istifadəçisidir. Böyük ehtimal ilə sosial şəbəkə istifadəçilərinin sayı da ən azıdan elə o qədərdir. Yeri gəlmişkən, qeyd edək ki, ciddi sosial bazaya malik olmayan radikal təfəkkürlü demaqoqların sosial şəbəkələrə qonmalarının əsas səbəbi də elə budur.Nəzarətsiz sosial şəbəkələr demaqoqların xəstə ambisiyalarına “sığal çəkən” nəhəng platformadır. “Vətənşüvənlərin” internet dələduzluğu nəzarətsiz qalmış uşaqların kibrit ilə oynamaları qədər təhlükəlidir. Nəzərə almaq lazımdır ki, radikal təfəkkür “məsuliyyət” hissindən məhrumdur, burada “məsuliyyətli davranış” anlayışının heç bir dəyəri yoxdur. Ona görə də onların canfəşanlığı sayəsində Azərbaycanın internet məkanı daha çox cəngəlliyə bənzəyir.Bəli, adları hamı üçün bəlli olan populyar internet platformalar çoxlarımız üçün ilk növbədə informasiya mənbəyidir. Müxtəlif əlvan emosiyalara boyanmış fərqli təyinatlı informasiyalar əhalinin ictimai şüurunda yanlış siyasi yöndəm yarada bilir. Təəssüf ki, ötən illər ərzində biz dəfələrlə ona şahidlik etmişik ki, sosial şəbəkələrin ucuz “layk cəngavərləri” olan radikallar internet istifadəçilərinin diqqətini cəlb etmək və hətta sadəcə bir layk qazanmaq üçün milli maraqları satmağa belə hazırdırlar. Bunun nəticəsidir ki, bu gün internet-informasiya məkanında ən populyar və ən çox “satılan” məhsul məhz qalmaqaldır.Qalmaqal kütlənin diqqətini cəlb edir, onu əyləndirir və kütləvi xarakterli məişət qeybətinin yayılması üçün münbit mühit yaradır. Sosial şəbəkələrin müəllifləri mükəmməl sosial mühəndis və marketoloq olduqları üçün internet məkanında ən populyar məhsul hesab olunan “qalmaqalı” daha çox satmaq üçün onu çeşidləyirlər. Bunun nəticəsidir ki, “qalmaqalı” maraqlı məhsul kimi internet istifadəçilərə 3 seqment üzrə sırıyırlar: siyasi qalmaqal, şou qalmaqal və məişət qalmaqalı. Sosial şəbəkələrdə öz əksini tapan istənilən məlumatı rahatlıqla qeyd olunan 3 seqmentdən birinə aid etmək mümkündür. Bəzi “fərasətli” siyasətçilər isə çalışırlar ki, yaratdıqları qalmaqal hər üç seqmenti əhatə etsin.Radikal düşərgənin bayraqtutanı maskasını üzünə taxmış Əli Kərimlinin əslində siyasi peşəkarlıqdan və ülvi amallardan çox uzaq olduğunu hamımız gözəl bilirik. Ən azından ona görə ki, onun adı ilə son 30 il ərzində assosiasiya olunan ucuz demaqogiya, cılız emosionallıq, şəxsi uğursuzluq, qərəz, yalan, açıq mübarizədən qaçmaq (boykot məhz açıq mübarizədən qaçmaq deməkdir), monotonluq, inkarçılıq və digər bu kimi keyfiyyətlər heç bir zaman siyasi peşəkarlığın və uğurlu siyasətin göstəriciləri ola bilməz. Əksinə, sadaladığımız keyfiyyətlər xalis radikal təfəkkürün və avantürizmin təzahürləridir.Adını çəkdiyimiz siyasi şoumen və həmin düşərgənin ətrafında dolaşan xırda siyasi alverçilər qalmaqal yaratmaq imkanından məhrum olsalar görə bilərik ki, burada uğultudan başqa heç nə yoxdur. Qalmaqal olmadığı təqdirdə onlar həm şəxsiyyət kimi, həm düşündürən fəlsəfi fikir sahibləri kimi sosial şəbəkə istifadəçiləri üçün tamamilə maraqsızdırlar. Onların siyasətçi ömrü bir qalmaqalın ömrü qədərdir. Odur ki, bu cür siyasətciklər qalmaqalsız mühitdə çox qısa zaman içində cəmiyyətdə unudula bilərlər. Elə buna görə də vaxtaşırı onların müxtəlif cığallıqları ilə rastlaşırıq.Reallıqdan qopmuş və öz maniakal ambisiyalarında boğulan bu siyasətçi nə özünə, nə də ki, ətrafındakılara faydalı ola bilir. Bu cür faydasızlar 30 il ərzində qalmaqal və ixtilaflardan başqa cəmiyyətə heç nə verməyiblər. Həmin düşərgənin nümayəndələrinin sosial şəbəkələrdə paylaşdıqlarına diqqət yetirsəniz görə bilərsiniz ki, paylaşımların məzmun və üslubu eyniliklə sovet dövründə kommunistlərin plakatları kimidir. Bu cür siyasətin sağlam və müasir təfəkkürdə hər hansı bir simpatiya qazanması mümkünsüzdür.Öz populist demaqogiyalarında hər zaman “xalqa” müraciət edən ucuz siyasi şoumenlər əslində hər vəchlə milli həmrəyliyə qarşı çıxış edirlər. Siyasətdə öz mövcudluğunu qorumaq üçün yeganə ümidini cəmiyyətdə emosional gərginlik yaradılmasına bağlamış bəlalı vətənşivənlər hər zaman çalışırlar ki, siyasi qalmaqal yaratsınlar. Ölkənin uğurlarında zərrə qədər payı olmayan, habelə milli birliyi inkar edən bu cür demaqoqların siyasi aktuallığının ömrü bir qalmaqalın ömrü qədərdir. Ona görə də onlar daim yeni qalmaqal axtarışındadırlar.Məyusedici hal odur ki, bu cür radikal təfəkkürlü demaqoqların siyasi şivənliyi səbəbindən ölkədə ümumiyyətlə müxalifətçilik institutunun böhranı yaşana bilər. Prezident İlham Əliyevin növbəti sözləri qeyd etdiyimiz ehtimalın doğruluğuna işarə edir: “Mən həmişə deyirdim ki, siyasi müstəvidə fərqli baxışlar var, olmalıdır, bu, normaldır. Müxalifət olmalıdır, bu, normaldır. Hər bir demokratik ölkədə olduğu kimi, bizdə də əlbəttə ki, bütün bu azadlıqlar var. Amma bir şey olmamalıdır – dövlətə müxalifətdə olmaq olmaz, dövlətçiliyə müxalifətdə olmaq olmaz.” Odur ki, ölkədə fəal şəkildə təşviq olunan siyasi dialoq mühiti eyni zamanda sağlam demokratik müxalifətçilik institutunun qorunmasına da xidmət etmiş olur. Bəli, alışdığımız ənənəvi bazar biznesin bir növü kimi qəbul oluna bilər, ancaq qərəzli demaqogiya əsla peşəkar və təməlləri sağlam olan siyasət sayılmaz.

Asif Adil
Politoloq

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 Oktyabr 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see309

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see309

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see306

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see302

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see280

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see279

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see277

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see260

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see252

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see250

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see238

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see236

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see234

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see224

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see216

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see216

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see210

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri