Icma.az
close
up
RU
14 manatdan ucuz satılan araqlar saxtadır XƏBƏRDARLIQ

14 manatdan ucuz satılan araqlar saxtadır XƏBƏRDARLIQ

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2019-cu ildə spirtli içkilərin istehsalı və satışına dair lisenziya tələbinin ləğv edilməsi ölkədə içki bazarında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Həmin qərardan sonra icazələrin alınması prosesi xeyli sadələşib, bazara daxil olmaq daha əlçatan olub. Nəticədə həm istehsalçıların, eləcə də satış nöqtələrinin sayı artıb, məhsul çeşidi isə genişlənib.

Bununla yanaşı, son illər ərzində bazarda keyfiyyət məsələsi də daha çox müzakirə olunur. İcazə mexanizmlərinin asanlaşması fonunda keyfiyyətli və saxta olmayan içki tapmağın müəyyən qədər çətinləşdiyi bildirilir. İstehlakçılar arasında məhsulun mənşəyi, təhlükəsizliyi və standartlara uyğunluğu ilə bağlı narahatlıqlara da rast gəlinir.

Modern.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov qeyd edib ki, “Azad İstehlakçılar” İctimayi Birliyi (AİİB) spirtli içkilərin minimum qiymətinin müəyyən olunmasına dair hökumətin qərarı ilə razılaşmır.

“Məlum olduğu kimi, 2025-ci ilin oktyabr ayında İqtisadiyyat Nazirliyi tərəfindən qablaşdırma həcminə uyğun olaraq, yerli və idxal olunan qeyri-meyvə araqlarının pərakəndə satışının minimum qiymətləri təsdiq olunub və bu qərar ötən ilin noyabr ayının 24-dən etibarən qüvvəyə minib. Qərarla təsdiq olunan minimum satış qiymətləri yalnız pərakəndə satışa tətbiq olunub. Yəni qərarın istehsal müəssiələrinə aidiyyatı yoxdur”.

Sədr həmçinin vurğulayıb ki, qərarın qüvvəyə minməsindən keçən  bir ay müddətində, istehlakçılardan AİİB-ə daxil olan məlumatlar, araşdırmalar göstərir ki, istehsalçılar üçün minimum satış qiyməti tətbiq olunmadığından bəzi istehsalla məşğul olanlar tərəfindən yenə də ticarət şəbəkələrinə, şadlıq evlərinə, ictimai-iaşə obyektlərinə hətta maya dəyərindən də aşağı qiymətlərlə keyfiyyətsiz  araq (vodka) məhsulları təklif olunur:

“2026-cı ildən istehsalda 1 litr araq (vodka) üçün 5,0 man. aksiz vergisi müəyyən edilib. Deməli, istehsal olunan 1 litrlik qablaşdırmada arağın 5,0 manat aksiz vergisi və 1,20 - 1,50 manatını isə ƏDV təşkil edəcəkdir. Yəni, orta hesabla 6,20-6,50 manatını yalnız vergi təşkil edir. Məhsulun maya dəyəri, istehsal xərcləri, rentabellik faizi nəzərə alınmaqla 1 litrlik qablaşdırılmış arağın istehsalçılar tərəfindən minimum satış qiyməti 14,0 manata yaxın olmalıdır. Lakin AİİB-ə istehlakçılar tərəfindən verilən məlumat göstərir ki, bu hesablamalara məhəl qoymayan bəzi istehsalla məşğul olanlar tərəfindən regionlarda 6,0 - 7,50 manat qiymətlərlə 1 litrlik qablaşdırılmış araq təklif olunur. Təbii ki, bu cür məhsulların mənbəyi və mənşəyi bəlli olmadığı üçün onların keyfiyyəti də şübhə altında olacaqdır”.

E.Hüseynovun sözlərinə görə, qərar qüvvəyə minənə qədər istehlakçılar pərakəndə satışdan ucuz araq alaraq qiymətdə qənaət edib yalnız keyfiyətdə uduzurdularsa, qərardan sonra istehlakçılar həm qiymətdə həm də keyfiyyətdə uduzmaya düçar olurlar və bu istehlakçılarda  təbii olaraq narazılığa səbəb olur:

“İstehlakçı hüquqlarını qoruyan, beynəlxalq istehlakçı təşkilatı - Consumers İnternationalın(Cİ) üzvü olaraq, doğma Azərbaycanımızı dünyanın çoxsaylı ölkələrində təmsil və təbliğ edən bir vətəndaş cəmiyyəti nümunəsi olaraq bu qərarla razı deyilik. Onu da qeyd edək ki, ölkəmizdə 2016 ci ildən alkoqollu içkilərin istehsalı, satışı və idxalı ilə bağlı xüsusi icazələrin (lisenziyaların) tələbi tamamilə aradan qaldırılmışdır”.

Sədr eyni zamanda xatırladıb ki, lisenziyalar ləğv olunana qədər ölkədə şərab istehsalı ilə 19 müəssisə, araq (vodka) istehsalıyla isə 8 müəssisə fəaliyyət göstərib:

“Lisenziyalar ləğv edildikdən bəri bu günə qədər ölkədə yalnız bir yeni şərabçılıq müəssisəsi – “Şirvan Şərabları” MMC (Meysəri) yaradılıb; araq (vodka) istehsalçılarının sayı isə artıq 90-a yaxınlaşıb. Bundan sonra müvafiq nəzarət sxeminin olmaması nəticəsində ölkəyə ucuz və aşağı keyfiyyətdə olan araq (vodka) məhsullarının idxalı kəskin surətdə artmış, alıcıların məlumatsızlığı və ənənəvi düşüncəyə əsasən (idxal olunan malın daha keyfiyyətli olması) idxal olunmuş mallar yerli istehsal olunmuş məhsulların satışını üstələməyə başlayıb.

Odur ki, haqsız rəqabətə son qoyulması, istehlakçı maraqlarının təmin olunması, vergi yığımının artırılması və spirtli içkilər bazarını keyfiyyətsiz araq məhsullarından təmizləmək məqsədi ilə ən azı qonşu MDB ölkələrinin bu sahədəki təcrübəsinə istinad olunmasını təklif edirəm. 2016-cI ildən alkoqollu içkilərin istehsalı, satışı və idxalı ilə bağlı xüsusi icazələrin (lisenziyaların) ləğv olunmasından sonra dövlətin biznes qurumları üçün yaratdığı bu əlverişli, toxunulmazlıq jestindən sui-istifadə edib, istehlakçı maraqlarına məhəl qoymayaraq  fəaliyyətə başlamış 90-a qədər araq istehsalı müəssiəsində ciddi manitorinqlər keçirilsin və hökumətin minimum qiymətə dair qərarı istehsal müəssiəıərinə də tətbiq olunsun!”, - deyə E.Hüseyov bildirib.

Məlumat üçün bildirək ki, dünyanın bütün ölkələrində alkoqollu içkilərin istehsalı, idxalı və satışı müvafiq lisenziyalar əsasında tənzimlənir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:520
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Fevral 2026 09:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see384

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see312

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see265

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see262

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see250

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see238

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see237

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see225

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see222

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see220

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see214

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see213

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see211

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see210

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see208

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see199

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri