Icma.az
close
up
RU
14 mart Beynəlxalq Çaylar Günüdür

14 mart Beynəlxalq Çaylar Günüdür

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

14 mart - Beynəlxalq Çaylar Günü və ya Çaylar üçün Beynəlxalq Hərəkat Günüdür. Həmin ekoloji təqvim 1998-ci ildə təsis edilib. Bu gün dünyada Bəndlər əleyhinə Beynəlxalq Fəaliyyət Günü kimi də tanınır.

Bu günün qeyd edilməsi təşəbbüsü ilk dəfə ABŞ-ın Kaliforniya ştatında yerləşən “Beynəlxalq Çaylar” ekoloji təşkilatı tərəfindən irəli sürülüb.

Beynəlxalq Çaylar Günü su hövzələri, onların problemləri barədə cəmiyyəti maarifləndirilmək məqsədi daşıyır. Hər il bu günlə əlaqədar müxtəlif tədbirlər və aksiyalar keçirilir. Fəalların çay hövzələrində ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində atdığı addımlar sırasında ABŞ-da 60 metr hündürlüyündə iki bəndin sökülməsini və İsveçdə 15 metrdən hündür bəndin tikilməsinə qadağa qoyulması haqqında qanunun qəbul edilməsini nümunə göstərmək olar.

1998-ci ildə təsis edilmiş bu günün qeyd edilməsi təşəbbüsü ilk dəfə ABŞ-nin Kaliforniya ştatında yerləşən “Beynəlxalq Çaylar” ekoloji təşkilatı tərəfindən irəli sürülüb. Beynəlxalq Çaylar Günü su hövzələri, onların problemləri barədə cəmiyyəti maarifləndirilmək məqsədi daşıyır.

İşğaldan azad olunmuş ərazilərdə müşahidələrin bərpası üçün 2022-ci ildən başlayaraq Tərtərçay, Tutqunçay, Köndələnçay, Quruçay, Həkəriçay, Zabuxçay, Bərgüşadçay, Oxçuçay, Bəsitçay, Araz çaylarında 11 müasir avtomat hidroloji stansiya quraşdırılıb.

Böyük Qafqaz ərazisindən axan Əlicançay, Türyançay, Qarasuçay, Qaraçay, Vəlvələçay və Qudyalçay çayları üzərində daha 6 avtomat hidroloji stansiya quraşdırılıb.

Ümumilikdə 40 avtomat hidroloji stansiyadan fasiləsiz daxil olan informasiya Milli Hidrometeorologiya Xidmətinin Situasiya mərkəzində serverə daxil olur və monitorda daimi vizuallaşır. Bu isə çayların sululuğunun dəqiq uçotunun aparılmasına və sudan səmərəli istifadəyə zəmin yaradır.

Avtomat stansiyalar çaylarda su ehtiyatlarının vəziyyətini istənilən an qiymətləndirməklə yanaşı, təhlükə yarada bilən hidroloji hadisələrin izlənilməsi, intensivliyinin müəyyən edilməsi, eyni zamanda gün ərzində çayda baş vermiş dəyişiklikləri quraşdırılmış videokamera vasitəsilə də izləmək imkanı verir.

Mövzu ilə bağlı “Xalq Cəbhəsi”nə danışan “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib ki, çaylar gündəlik həyatımızda mühüm rol oynayır. Çayların, su hövzələrinin əhəmiyyətinə, suya qənaətin vacibliyinə diqqət çəkmək üçün hər il martın 14-də Beynəlxalq Çaylar Günü qeyd olunur. Bu ekoloji təqvim 1998-ci ildə təsis edilib. Hər il bu günlə əlaqədar müxtəlif tədbirlər və ekoloji aksiyalar keçirilir. Yaxşı olar ki, 14 mart Beynəlxalq Çaylar Günündə Azərbaycanın ekoloji fəalları da müxtəlif aksiyalar keçirsin, beynəlxalq ictimaiyyətin diqqətini azalan su resurslarımıza yönlətsin. Diqqət mərkəzinə çıxarılası əsas məsələ Xəzərdə suyun azalması, dəniz səviyyəsinin aşağı düşməsi, əsas içməli qaynağımız olan Kür çayının quruması və nəhayət Ermənistanın dağ-mədən sənayesi müəssisələri tərəfindən Araz çayının, Arpa çayının və işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında çaylarımızın ağır metallarla zəngin sənaye tullantıları ilə çirkləndirilməsidir.

Qeyd edək ki, bu günün təsis edilməsi ilə həm də çaylar üzərində saysız-hesabsız bəndlərin inşa olunmasına da etiraz edilir. Beynəlxalq ekoloji təşkilatların, ekofəalların apardığı mübarizə ABŞ-da 60 metr hündürlüyündə iki bəndin sökülməsi ilə nəticələnib. İsveçdə isə 15 metrdən hündür bəndin tikilməsi yasaqlanıb: “Azərbaycan su ehtiyatları az olan ölkələr sırasındadır. Ölkəmizin çay şəbəkəsi 8350-dən çox çaydan ibarətdir. Bunlardan 2 çayın uzunluğu 500 kilometrdən çox, 22 çayın uzunluğu 101-500 kilometr, 324 çayın uzunluğu 11-100 kilometr arasında dəyişir, əksər çayların uzunluğu isə 10 kilometrdən azdır. Ölkədə mövcud olan çaylar Xəzər dənizi hövzəsinə aiddir.

İşğaldan azad olunmuş ərazilərimiz su ehtiyatları baxımından çox zəngin bölgədir. Azərbaycanda formalaşan su ehtiyatlarının təqribən 20 faizi məhz işğaldan azad olunan ərazilərin payına düşür.

2020-ci ilin dekabrından transərhəd çaylarından analizlər götürülür. Çaylardan 158 su nümunəsi, 180 dib çöküntüsü nümunəsi götürülüb.

Analizlər həm ölkə daxilində, həm də xaricində yoxlanılıb. Su nümunələrində təhlillər göstərib ki, çirkləndiricilər normadan yüksəkdir. Təhlillərə görə, mis, qurğuşun, dəmir və digər elementlər normadan dəfələrlə yüksəkdir. Bəsitçayda, Bərgüşad və Araz çaylarında da nəticələr yolverilən qatılıq həddindən yüksəkdir. Çay ağır metallarla çirkləndirir. Ən narahatedicisi budur ki, Oxçuçayın tərkibində olan ağır metallar və digər kimyəvi maddələr artıq qrunt sularına da, yeraltı sulara da keçir. Araşdırmalara görə, transərhəd çaylarımız normadan 5-7 dəfə çirklənməyə məruz qalır. Çayın şiddətli çirkləndirilməsi yerli əhaliyə, Araz, Kür çaylarının və Xəzər dənizinin bioresursları və ekosisteminə ciddi təhdid yaradır.

Zəngilan rayonu ərazisindən keçən Oxçuçayda aparılan monitorinqin nəticələri dəhşətlidir. Monitorinq zamanı 500-dən çox farel və digər balıqların məhv olduğu məlum olub. Çaydan götürülmüş su nümunələrində mis, molibden, manqan, dəmir, sink, xrom və s. kimi ağır metalların miqdarının normadan dəfələrlə artıq olduğu müəyyən edilib. Xatıladım ki, çay hövzəsi Ermənistan ərazisindəki Qacaran mis-molibden zavodu və Qafan mis filiz saflaşdırma kombinatının toksiki tullantıları ilə çirkləndirilir”.

E.Cəfərli onu da vurğulayıb ki, Ermənistan mədən sənayesi müəssisələrinin fəaliyyətinin monitorinq olunması hələ də arzu olaraq qalır. Halbuki bununla bağlı Azərbaycanın vətəndaş cəmiyyəti fəalları tərəfindən beynəxalq təşkilatlara dəfələrlə müraciətlər olunub. Bundan başqa biz 1992-ci ildə imzalanmış Helsinki konvensiyasına qonşu dövlətlərin qoşulmasına nail olmalıyıq. Bu konvensiyada transərhəd çaylarının ehtiyatlarından transit ölkələr tərəfindən bərabər istifadəni nəzərdə tutan maddələr var. Lakin təəssüf ki, hazırda bir sıra qonşu dövlətlərin bu konvensiyanı imzalamaq istəmirlər. Nəticədə əsas içməli su qaynağımız olan Kür çayı quruyur, bəzən mənsəbinə-Xəzər dənizinə gedib çatmır. Volqa çayı üzərində su bəndlərinin tikilməsi Xəzər dənizində suyun azalmasına, səviyyənin aşağı düşməsinə gətirib çıxarır: “Qlobal iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması istiqamətində atılacaq mühüm addımlardan biri də su ehtiyalatından səmərli istifadəni təşviq etməkdir. Ekspertlər yaxın gələcəkdə, xüsusilə Yaxın Şərqdə su müharibələrinin ola biləcəyini proqnozlaşdırırlar. Artıq bunun ilkin əlamətləri görünür. Dəfələrlə İranla Əfqanıstan arasında su mübahisəsi silahlı toqquşmaya səbəb olub. Qeyd edək ki, Əfqanıstanın su resursları ildə 70 milyard kubmetr təşkil edir. Onun yalnız 20 faizi daxili ehtiyaclar üçün istifadə olunur, 80 faizi isə İran, Pakistan və Orta Asiyaya ötürülür. Əfqanıstan son dövrlərdə Hilmənd çayı üzərində bir neçə su anbarı və bənd inşa edib ki, bu da İran və Əfqanıstan arasında mübahisələrə səbəb olub.

Qeyd edək ki, qonşu Gürcüstan su ehtiyatlarının bolluğuna görə, Avropada üçüncü yerdədir. Gürcüstan ərazisində ümumi uzunluğu 60 min kilometr olan 26 min çay axır. Bu çaylardan biri də Kür çayıdır.

Əsas içməli su qaynağımız olan Kür çayı Cənubi Qafqazda ən böyük çaydır və öz mənbəyini Türkiyədən alaraq üç ölkənin ərazisindən keçməklə Xəzər dənizinə tökülür. Kür çayının Gürcüstan hissəsində uzunluğu 390 kilometrdir. Kür çayı Tbilisi və Rustavi kimi iri sənaye şəhərlərindən keçir. Acı həqiqət budur ki, hər iki şəhərin sənaye və kanalizasiya suları təmizlənmədən Kürə axıdılır. Bu çay, eyni zamanda, ölkəmizin ərazisində Xrami çayını qəbul edir. Bolnisi rayonunun ərazisində yerləşən Madneuli dağ-mədən müəssisəsində işlədilmiş sianid tullantıları Maşaveri çayı vasitəsilə Xrami çayına axıdılır. Onun vasitəsilə də zəhərli maddələr Kürə qarışır”.

QHT sədri xatırladıb ki, su resurslarımız əsasən Ermənistan tərəfindən çirklənməyə məruz qalır. Ermənistanın Alaverdi dağ-mədən müəssisəsinin tullantıları da təmizlənmədən Debet çayına axıdılır.

Son dövlərdə qlobal iqlim dəyişiklikləri ciddi fəsadlar verib. Yeni mərhələdə su resurslarının düzgün idarə olunması günün vacib tələbidir. Su resurslarına qənaət əsas tələb olmalıdır: “Azərbaycan Cənubi Qafqazın ən az su ehtiyatlarına malik ölkəsidir. Ölkəmiz gələcəkdə su stresi yaşayan dövlətlər sırasına düşəcək. Bunun üçün də mövcud su ehtiyatlarının düzgün idarə olunması vacib şərtdir.

İşğaldan azad olunmuş bölgələrdəki su anbarlarının restavrasiyası, bəndlərin gücləndirilməsi vacib şərtdir. Sovetdənqalma su kanallarının əksəriyyəgtinin səthi torpaqdır. Müasir dünyada bu metoddan artıq istifadə olunmur. Su ya beton səthli kanllarla, ya da plasmas borularla daşınır. Yeni su kanallarının çəkilməsi zamanı bu nüansa diqqət yetirilməlidir.

Paytaxt Bakıda və iri sənaye şəhərlərində tullantı sularının təkrar emalı şəbəkəsi yaradılmalıdır. Yağış sularının depolanması layihələri icra edilməlidir. Bu sudfan yaşıllaşdırmada, avtomobil yumada istifadə olunmalıdır. İsçməli suya maksimum qənat etmək üçün kənd təsərrüfatında damcı suvarma üsulunun tətbiqi genişləndiurilməlidir.

Qeyd edək ki, damci ilə suvarma üsulu dünyada geniş yayılıb və özünü doğruldub. Damci ilə suvarma ekoloji, vəsait qoyuluşu, keyfiyyətli suvarma və suvarma suyuna qənaət baxımından xüsusilə effektlidir. Bu üsulla həm suya, həm də işçi qüvvəsinə qənaət olunur. Torpağın humus qatı qorunur. Damcı ilə suvarmada suvarma suyuna 2-5 dəfə, 1.5-2.5 dəfə elektrik enerjisinə, gübrələrin suvarma suyu ilə lokal şəkildə verilməsi baxımından 20-50 % gübrəyə qənaət olunur”.

Cavid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 12 Mart 2025 23:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see256

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see243

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see204

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see203

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see202

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see201

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see190

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see186

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see154

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see148

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see140

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see140

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see137

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see133

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see133

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see130

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see129

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see127

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see126

​“UNESCO buna Ermənistanın mane olduğunu etiraf etmişdi”

10 Dekabr 2025 17:16see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri