Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

Ağlın yaşı olmur

Ağlın yaşı olmur

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Şafiddin HACIYEV
Biologiya elmləri üzrə fəlsəfə doktoru

Hörmətli redaksiya!

Mənim 90 yaşım tamam olur. Təqaüdçüyəm. Əvvəllər müxtəlif qəzet və jurnallarda yazılarım dərc olunub, nəşriyyatlarda əsərlərim işıq üzü görüb.  stərm ki,  yaşımın bu çağında yazdığım yeni yazım "525-ci qəzet"in səhifələrində dərc olunsun.

Hörmətlə,

Şafiddin Hacıyev

Biologiya elmləri üzrə fəlsəfə doktoru

Qədim yunan əsatirlərindən birində deyilir ki, Fivada yaşayan Sfinks adlı qanadlı, qadın sifətli div qayanın üstündə oturaraq yoldan keçənlərə çətin tapmaca verirmiş. Cavab tapa bilməyənləri öldürürmüş. Tapmaca belə idi: "Səhər dörd ayaqla, günorta iki ayaqla, axşam üç ayaqla gəzən kimdir?" Gələcək çar Edip cavab verir: bu, insandır. Səhər uşaqlıqdır: körpə əlləri və dizləri üstündə sürünür; günorta yetkinlik çağını, axşam isə qocalığı, əsaya söykənməyi bildirir.

Uşaqlar gələcəyə ümidlə baxdıqları halda, qocalar ömrün keçmişinə və qarşıdakı sonluğa daha çox nəzər salırlar. İnsan ömrünün uzunluğu irsiyyət, ətraf mühit, qidalanma, həyat tərzi, sağlamlıq və ictimai şəraitdən asılıdır. İnsanın mənəvi dünyası, düşüncə tərzi və həyata münasibəti də yaşamaq həvəsində müəyyən rol oynaya bilər.

Ömrün dəyəri təkcə yaşanan illərin sayında deyil, insanın o illəri necə yaşamasında, nələr öyrənməsində və nələr yaratmasındadır. Bəziləri ömrünü gündəlik qayğılarla keçirir, bəziləri isə daim öyrənməyə, düşünməyə, yeni ideyalar axtarmağa və yaratmağa can atır. Bu fərq insanın həyat təcrübəsinə, dünyanı qavrama tərzinə və mənəvi ehtiyaclarına da təsir edir. Lakin fəal düşüncə tərzinin öz-özlüyündə ömrü uzatdığını söyləmək olmaz.

Bəs insanın təbiət qədər mürəkkəb olan şüuru, xüsusilə təfəkkürü ömrün uzanmasına təsir göstərə bilərmi?

Dərrakə, yaddaş, düşüncə və təfəkkür insanın ali psixi imkanlarıdır. Bunlar hadisələrin mahiyyətini anlamağa, yaşananlardan nəticə çıxarmağa və qərar qəbul etməyə kömək edir. Təfəkkürün poetik, bədii, dini, elmi, siyasi, ictimai və humanist istiqamətləri var. İnsan yalnız gördüyü və eşitdiyi hadisələri yadda saxlamır, həm də onların səbəblərini araşdırır, müqayisələr aparır, nəticələr çıxarır. Bu qabiliyyət onu ətraf aləmi dərk etməyə və öz davranışını qiymətləndirməyə sövq edir. Fəlsəfi təfəkkür isə ayrı-ayrı bilik və təcrübələri ümumiləşdirərək insanın özünə, cəmiyyətə və həyata münasibətini daha geniş müstəvidə anlamağa kömək edir.

Bu yazıda müxtəlif dövrlərdə yaşamış məşhur mütəfəkkirlərin həyatına nəzər salınır, onların ömür müddətləri ilə düşüncə istiqamətləri arasında mümkün əlaqə araşdırılır - yəni mən buna çalışmışam. Lakin məqsəd bu əlaqəni sübut etmək deyil, filosofların həyatından və düşüncələrindən çıxan müşahidələri bölüşməkdir. Nümunələr seçilərkən müxtəlif tarixi dövrlərdə yaşamış, fərqli fəlsəfi istiqamətləri təmsil edən mütəfəkkirlərə üstünlük verilib. Onların həyat yolları və ömür müddətləri arasındakı fərqlər təfəkkür genişliyi ilə uzunömürlülük arasında mümkün əlaqəni müşahidə etmək üçün əsas götürülüb. Bu yanaşma statistik və ya tibbi tədqiqat deyil, tarixi-fəlsəfi müşahidə xarakteri daşıyır. Sokrat, Seneka və Cordano Bruno kimi zorakılıq nəticəsində həyatını itirmiş mütəfəkkirlərin taleyi onların ömür müddətlərini müqayisə etməyi çətinləşdirir.

Qədim Şərqin mütəfəkkiri Lao Tszının (Laozi), yunan filosofları Falesin və Demokritin adları dünya haqqında ilkin fəlsəfi təsəvvürlərin formalaşması ilə bağlıdır. Lao Tszının həyatı haqqında dəqiq tarixi məlumatlar azdır. Onun adı daosizm təlimi ilə əlaqələndirilir. Ağ saçlarla doğulması barədə rəvayət müdrikliyini vurğulayır, lakin tarixi fakt sayılmır. Lao Tszı dünyanın təbii nizamını ifadə edən dao anlayışını fəlsəfəsinin mərkəzinə qoyurdu. Onun fikrincə, yumşaqlıq bəzən sərtlikdən üstün ola bilər, idarəçilikdə həddindən artıq müdaxilə isə mənfi nəticələr doğura bilər.

Fales dünyanın əsasını su ilə əlaqələndirir, təbiət hadisələrini müşahidə edirdi. Günəş və Ay tutulmalarını anlamağa çalışması onun təbiətə fəlsəfi yanaşmasını göstərir. Bununla belə, həyatı haqqında məlumatlar məhduddur və ömrünün dəqiq uzunluğu məlum deyil.

Demokrit atomizm təliminin banilərindən biri kimi tanınır. O, dünyanın gözlə görünməyən zərrəciklərdən - atomlardan təşkil olunduğunu irəli sürüb, təbiət, cəmiyyət və insan əxlaqı haqqında fikirlər söyləyib. İnsan davranışlarına tənqidi münasibəti ona "güləyən filosof" adını qazandırıb. Hippokratın onunla söhbətindən sonra Demokriti müdrik insan hesab etməsi barədə rəvayət də mövcuddur. Dəqiq tarixi məlumatlar olmadığından onun 110 il yaşadığını qəti fakt kimi göstərmək olmaz.

Demokritin atomlar haqqında düşüncələri qədim dövrdə təbiəti yalnız zahiri görünüşünə görə deyil, onun daxili quruluşu baxımından da izah etmək cəhdinin nümunəsidir. Bu, fəlsəfi təfəkkürün əsas xüsusiyyətlərindən birini - görünən hadisələrin arxasında duran səbəbləri axtarmaq meylini göstərir. Müxtəlif dövrlərdə alim və filosofları birləşdirən cəhətlərdən biri də məhz məlum olanla kifayətlənməmək, sual vermək və cavab axtarmaqdır.

Alman filosofu İmmanuil Kant təbiət elmləri ilə fəlsəfəni əlaqələndirib, Günəş sisteminin mənşəyi haqqında fərziyyə irəli sürüb, idrak nəzəriyyəsinin inkişafına töhfə verib. Kant insanın həm özünə, həm də başqalarına mənəvi dəyər kimi yanaşmasını vacib sayırdı. 1724-cü ildə doğulan filosof 1804-cü ildə, 79 yaşında vəfat edib.

Vladimir Vernadski biosfer haqqında təlimi ilə məşhurlaşıb. O, canlı aləmin Yer üzündəki rolunu araşdırıb, insan şüuru və elmi fəaliyyətinin planetin inkişafına təsirini ifadə edən noosfer anlayışının formalaşmasına töhfə verib. Bu ideyanın inkişafında Eduard Lerua və Pyer Teilhard de Şardenin də mühüm rolu olub. Vernadski elmi fəaliyyəti biosferin gələcək inkişafına təsir göstərən amillərdən biri sayırdı. Bu baxımdan, Vernadskinin ideyaları insan zəkasını yalnız fərdi idrak qabiliyyəti kimi deyil, təbiətin və bəşəriyyətin gələcəyinə təsir göstərən qüvvə kimi nəzərdən keçirməyə imkan verir.

Budda adı ilə tanınan Sidharta Qautamanın həyatı haqqında məlumatların bir qismi dini rəvayətlərə əsaslanır. Rəvayətə görə, o, saray həyatını tərk edərək həqiqəti axtarmağa başlayıb. Sonralar insan həyatının əzabları, onların səbəbləri və qurtuluş yolları haqqında təlim yaradıb. Buddanın təlimində ehtirasların əsarətindən xilas olmaq və mənəvi tarazlığa nail olmaq mühüm yer tutur.

İrlandiya mənşəli filosof İohann Skott Eriugena "Təbiətin bölünməsi haqqında" əsərində Allah, təbiət və insan münasibətlərini araşdırıb. O, insanın mahiyyətini yalnız bədənlə məhdudlaşdırmır, ruhu və mənəvi aləmi də varlığın mühüm tərəfləri kimi nəzərdən keçirirdi. Bəzi fikirləri dövrün kilsə dairələrinin etirazına səbəb olub. Doğum və ölüm tarixləri dəqiq müəyyənləşdirilmədiyindən, ömrünün uzunluğu barədə konkret rəqəm göstərmək çətindir.

İslam dünyasının böyük mütəfəkkiri Əbu Həmid əl-Qəzali ilahiyyat, məntiq, fəlsəfə və hüquq sahələrində dərin biliklərə yiyələnib. Bağdadda Nizamiyyə mədrəsəsində dərs deyib, sonralar bir müddət zahid həyatı yaşayıb. "Filosofların təkzibi" və "Dini elmlərin dirçəldilməsi" əsərləri ilə tanınıb. Yaradıcılığında mənəvi kamillik, inam və idrak məsələləri əsas yer tutur. Təxminən 1058-ci ildə doğulan əl-Qəzali 1111-ci ildə vəfat edib.

Aristotel antik dünyanın ən geniş bilikli mütəfəkkirlərindən biri olub. Fəlsəfə, məntiq, təbiət elmləri, etika, botanika və zoologiya ilə maraqlanıb. "Metafizika", "Orqanon", "Etika" və "Siyasət" onun məşhur əsərlərindəndir. O, təbiətin və insanın mahiyyətini izah etməyə, əxlaqın cəmiyyətdəki rolunu araşdırmağa çalışıb. E.ə. 322-ci ildə, təxminən 62 yaşında vəfat edib.

Aristotelin yaradıcılığı fəlsəfi düşüncənin müxtəlif bilik sahələrini bir araya gətirmək imkanlarını nümayiş etdirir. O, məntiqdən etikaya, təbiətin öyrənilməsindən dövlət və cəmiyyət məsələlərinə qədər geniş mövzulara müraciət edib. Bu çoxşaxəlilik təfəkkürün yalnız bir sahə daxilində deyil, insan fəaliyyətinin müxtəlif istiqamətləri arasında əlaqə qurmaqla da inkişaf etdiyini göstərir.

Fransız filosofu Rene Dekart rasionalizmin əsas nümayəndələrindəndir. Riyaziyyat, fizika və fiziologiya ilə maraqlanıb, insanın idrak imkanlarını fəlsəfi təhlilin mərkəzinə gətirib. "Düşünürəmsə, deməli, mövcudam" müddəası insanın öz varlığını şüur vasitəsilə dərk etməsini ifadə edir. 1596-cı ildə doğulan Dekart 1650-ci ildə, 53 yaşında vəfat edib. İsveçə səfərinin sağlamlığına təsir göstərməsi mümkün olsa da, ölümünü yalnız bu amillə izah etmək olmaz.

İngilis filosofu Bertran Rassel riyaziyyat, məntiq və fəlsəfə sahələrində çalışıb, nüvə silahına qarşı çıxıb və sülh uğrunda mübarizə aparıb. Humanist mövqeyinə və ədəbi yaradıcılığına görə 1950-ci ildə Nobel Ədəbiyyat mükafatına layiq görülüb. 1872-ci ildə doğulan Rassel 1970-ci ildə, 97 yaşında vəfat edib.

Qədim Çin filosofu Konfutsi cəmiyyət, dövlət idarəçiliyi və əxlaq haqqında fikirləri ilə tanınır. O, bilik əldə etməyi, zəhməti və özünü təkmilləşdirməyi vacib sayırdı. Onun fikrincə, hakimiyyət cəmiyyətdə ədaləti və nizamı təmin etməlidir. Ənənəvi doğum və ölüm tarixləri e.ə. 551-479-cu illərdir.

Platon Afinada Akademiya yaradıb, "Dövlət", "Qanunlar" və "Fedr" əsərlərində insan, cəmiyyət və idarəçilik məsələlərini araşdırıb. Onun ideal dövlət modelində filosofların idarəçiliyi xüsusi yer tutur. Platon təxminən 80 il yaşayıb; doğum və ölüm tarixləri e.ə. 428/427 və 348/347-ci illər kimi göstərilir.

Əl-Fərabi Şərq fəlsəfəsinin böyük nümayəndələrindən, Aristoteldən sonra "İkinci müəllim" adlandırılan mütəfəkkirdir. O, fəlsəfə, siyasət və əxlaq məsələlərini araşdırıb, dövləti insan orqanizminə bənzədərək üzvlərinin əməkdaşlığının ümumi rifah üçün vacibliyini vurğulayıb. Əsərlərində ədalətli cəmiyyət və kamil insan ideyaları əsas yer tutur. Təxminən 870-ci ildə doğulub, 950-ci ilin sonu və ya 951-ci ilin əvvəlində vəfat edib.

İtalyan mütəfəkkiri Nikkolo Makiavelli hakimiyyət və dövlət idarəçiliyi haqqında realist baxışları ilə tanınır. "Hökmdar" əsərində hökmdarın həm şir kimi qüvvətli, həm də tülkü kimi tədbirli olmalı olduğunu yazırdı. 1469-cu ildə doğulan Makiavelli 1527-ci ildə, 58 yaşında vəfat edib.

Fransız filosofu Jan Jak Russo azadlıq, bərabərlik və ictimai müqavilə ideyalarının inkişafına töhfə verib. Onun fikirləri Avropada dövlət və cəmiyyətin əsasları haqqında müzakirələrə təsir göstərib. 1712-ci ildə doğulan Russo 1778-ci ildə, 66 yaşında vəfat edib.

Karl Marks kapitalizm, əmək və ictimai münasibətlər haqqında nəzəriyyələri ilə tanınır. Fridrix Engelslə birlikdə inkişaf etdirdiyi ideyalar fəhlə hərəkatına və dünya siyasi düşüncəsinə böyük təsir göstərib. Əsərlərində iqtisadi münasibətlər, sinfi mübarizə və cəmiyyətin dəyişmə mexanizmləri əsas yer tutur. 1818-ci ildə doğulan Marks 1883-cü ildə, 64 yaşında vəfat edib.

Albert Şveyser həkim, musiqişünas və mütəfəkkir kimi tanınıb. Qabonda xəstəxana yaradaraq uzun illər xəstələrə xidmət edib. Həyatın müqəddəsliyini müdafiə edir, insanın özünə, başqalarına və təbiətə məsuliyyətlə yanaşmasını vacib sayırdı. 1952-ci ildə Nobel Sülh mükafatına layiq görülüb; mükafat mərasimi 1953-cü ildə keçirilib. 1875-ci ildə doğulan Şveyser 1965-ci ildə, 90 yaşında vəfat edib.

Alman əsilli amerikalı filosof Erix Fromm insanın azadlığı, tənhalığı, sevgi və cəmiyyətlə münasibətləri haqqında yazıb. "Azadlıqdan qaçış" və "Sevmək sənəti" əsərlərində insanın daxili ziddiyyətlərini və mənəvi ehtiyaclarını təhlil edib. Fromma görə, sevgi yalnız hiss deyil, həm də məsuliyyət və başqa insana həqiqi maraq göstərməkdir. 1900-cü ildə doğulan Fromm 1980-ci ildə, 79 yaşında vəfat edib.

Müxtəlif dövrlərdə yaşamış filosofların ömür müddətlərini müqayisə edərkən diqqəti cəlb edən bir məqam var: geniş dünyagörüşünə malik, təbiət, cəmiyyət və insan haqqında ümumiləşdirici fikirlər irəli sürən bəzi mütəfəkkirlər uzun ömür sürüblər. Lakin təfəkkürün genişliyi ilə uzunömürlülük arasında birbaşa səbəb-nəticə əlaqəsi olduğunu söyləmək olmaz. Filosofların həyat nümunələri belə bir əlaqə barədə düşünməyə əsas versə də, bu müşahidələr uzunömürlülüyün səbəbləri haqqında elmi nəticə çıxarmaq üçün kifayət etmir. İrsiyyət, sağlamlıq, həyat şəraiti, tarixi hadisələr və şəxsi talelər də insan ömrünə təsir göstərir.

Bu yazının müəllifinin indi 90 yaşı var. Əvvəllər elmi, elmi-kütləvi və publisistik məqalələri, kitabları və şeirləri dərc olunub. Bu yaxınlarda nəşr etdirmək üçün yeni kitab hazırlayıb. O, mütaliə edir, yazıb-yaradır, gecələr xəyallara dalır və yaşamaq istəyini belə ifadə edir:

Mən ki hələ bu gün varam,

Zəhmətimə minnətdaram.

Sabaha da ümidvaram,

Öz ömrümü sınayaram!

İnsanlar yaşadıqca yaşamaq, gələcəyə ümid bəsləmək istəyirlər. Ömrün davamına duyulan bu arzu insan təbiətinin güclü istəklərindən biridir.

Bəlkə də uzun ömrün ən böyük mənası yalnız çox yaşamaq deyil, yaşadığın müddətdə düşünmək, öyrənmək, yaratmaq və insanlara fayda verməkdir. İnsan ömrünün dəyəri yalnız yaşanan illərin sayı ilə deyil, həmin illərin hansı məzmunla doldurulması ilə də ölçülür. Düşünmək, öyrənmək və yaratmaq həvəsini sonadək qorumaq isə bu ömrü mənəvi baxımdan zənginləşdirir.

Epikura aid edilən bir fikir də bu qənaəti tamamlayır: İnsan ömrünün sonuna qədər həyatını mənalı yaşamağa, öz ləyaqətini qorumağa çalışmalıdır. Çünki ömrün mənası yalnız onun nə qədər davam etməsində deyil, insanın həmin müddətdə nələr düşünməsində, nələr yaratmasında və başqalarının həyatına nə qatmasındadır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://525.az
archiveBu xəbər 30 Oktyabr 2026 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see464

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see433

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see307

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see304

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see258

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see247

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see241

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see236

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see230

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see224

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see216

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see214

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see213

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see212

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see210

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see201

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see198

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see195

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see193

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri