Maliyyə nazirinə yeni müavin təyin olunub SƏRƏNCAM
Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan maliyyə nazirinə yeni müavin təyin olunub.
"AzPolitika" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Yeni maliyyə nazirinin müavini Sadiq Əliyevdir.
Bununla maliyyə nazirinin müavinlərinin sayı 4-ə çatıb.
Qeyd edək ki, o, əmək fəaliyyətinə 2005-ci ildən özəl sektorda başlayıb. 2006-2019-cu illərdə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının Katibliyində müxtəlif rəhbər vəzifələrdə çalışıb. 2019-cu ildə İqtisadiyyat Nazirliyində Tarif siyasəti şöbəsinin müdiri vəzifəsini icra edib. 2019-2024-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri vəzifəsində çalışıb. 2024-2026-cı illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb. 8 yanvar 2026-cı il tarixindən 30 oktyabr 2026-cı il tarixinədək Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsində çalışıb.
Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyasının (WAPES) İdarə Heyətinin üzvüdür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 30 Oktyabr 2026 20:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















