Icma.az
close
up
RU
14 min tələbənin universitetdən uzaqlaşdırılması: Bu, acınacaqlı və narahatedici haldır

14 min tələbənin universitetdən uzaqlaşdırılması: Bu, acınacaqlı və narahatedici haldır

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi "Abituriyent 12" jurnalında yer alan məlumata görə, ötən il 14 minə yaxın tələbə müxtəlif səbəblərdən təhsil aldığı ali təhsil müəssisəsindən uzaqlaşdırılıb. Onlardan 10 min 746 nəfəri təhsil haqqını ödəyə bilmədiyi, dərs buraxdığı və ya şəxsi xahişi ilə təhsildən imtina etdiyi üçün universitetlə yollarını ayırıb.

Təhsil eksperti Elmin Nuri bu məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verib. O, tələbələrin universitetdən uzaqlaşdırılmasını ciddi sosial və psixoloji problem kimi dəyərləndirib:

"14 minə yaxın tələbənin ali təhsil müəssisəsindən uzaqlaşdırılması ən böyük problemlərdən biridir. Tələbənin universitetdən uzaqlaşdırılması arzuolunan hal deyil, bu, ailə üçün həm maddi, həm də mənəvi cəhətdən ağır nəticələrə səbəb ola bilər. Bu vəziyyəti travma kimi dəyərləndirmək də mümkündür".

Ekspert bildirib ki, təhsildən ayrılan tələbələr arasında sevdiyi ixtisasdan imtina etmək məcburiyyətində qalanlar da var:

"Bəlkə də bu 14 min tələbənin uğuru elə ali təhsillərini yarımçıq qoymalarındadır. Əmin olun ki, bu fikrimdə səmimiyəm. Təbii ki, sevdiyi ixtisasdan ayrılaraq universiteti tərk edənlər də var. Onlar oxuduqları sahədə özlərini xoşbəxt hiss etmirlər və bu ixtisasla əmək bazarında özlərini realizə edə bilməyəcəklərini düşünürlər. Hər gün dərsə getmək, imtahanlara girmək, seminarlarda iştirak etmək tələbəni düşündürür: "Bunlar mənə lazımdırmı? Niyə bu ixtisası oxuyuram?” Bu suallar insanı tükəndirir. Hər bir insan həyatında şəxsi inqilab etməlidir. Əgər bir şəxs hədəfinə çatmaq istəyirsə, bu addımı atmalıdır".


Elmin Nuri qeyd edib ki, tələbə təhsil aldığı ixtisasda və ya universitetdə xoşbəxt deyilsə, orada qalmaq əvəzinə, başqa yollar axtarmalıdır:

"Tələbələrin əksəriyyəti imtahanlardan kəsilir. Bunun əsas səbəbi isə həmin ixtisası istəməmələridir. İnsan özünü istəmədiyi bir sahədə görəndə marağını və motivasiyasını itirir. Bu səbəbdən kursdan-kursa keçə bilmir. Ali təhsili yarımçıq qoyan tələbələr bunu özlərinə faciə kimi qəbul etməməlidirlər. Bəli, itirilən illər, çəkilən zəhmət, oğlanlar üçün hərbi xidmət məsələsi var. Amma bütün bir həyatı və karyeranı itirməkdənsə, 3-6 ay itkini problem kimi görməmək daha doğrudur. Bu gün universitetdən qovulmasını faciə kimi qəbul edən tələbələr gələcəkdə bəlkə də bunu həyatlarının dönüş nöqtəsi və uğuru kimi dəyərləndirəcəklər".

Ekspert ali təhsildən uzaqlaşdırılan tələbələrin peşə təhsilinə yönəlməsini tövsiyə edir:

"Çox yaxşı olar ki, tələbələr bir gün özlərinə ağlasınlar. Bu gün peşə təhsilimizdə 110-dan çox ixtisas mövcuddur və onların hər biri əmək bazarında keçərlidir. Təəssüf ki, eyni fikri ali məktəblərdəki bir çox ixtisaslar üçün demək olmur. Məsələnin digər tərəfi də ödəniş məsələsidir. Mənim də ətrafımda belə insanlar var ki, ya kəsirdən doğan əlavə xərcləri, ya da illik təhsil haqqını ödəyə bilmədikləri üçün təhsildən uzaqlaşdırılıblar. Bu, xüsusilə özəl universitetlərdə daha çox rast gəlinir. Dövlət ali məktəblərində də bu hallara rast gəlmək mümkündür".

Elmin Nuri əlavə edib ki, hazırda Azərbaycanda Boloniya sistemi tətbiq edilir və bu sistemə əsasən, tələbə akademik borca görə universitetdən birdəfəlik uzaqlaşdırılmır:

"Bu sistemdə tələbə kəsirə və akademik borca görə təhsilini müvəqqəti dondura, daha sonra kreditlərini ödəyərək təhsilini bərpa edə bilər. Hətta müəllimlərdən biri belə bir fakt qeyd etdi ki, 14 ildən sonra bir tələbə ali məktəbdəki təhsilini bərpa edib, çünki adı sistemdə qalırdı".

Ekspertin fikrincə, tələbənin təhsil haqqını ödəyə bilmədiyi üçün universitetdən uzaqlaşdırılması prinsipi aradan qaldırılmalıdır:

"Əgər ali təhsil hər kəs üçün əlçatan olmalıdırsa, bu cür maliyyə baryerləri aradan qaldırılmalı, tələbənin sosial rifahı və psixoloji vəziyyəti nəzərə alınmalıdır".

Bahar Rüstəmli


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 04 İyun 2025 22:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see221

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see196

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see187

Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var Nazirliyin İdarə rəhbəri

20 Oktyabr 2025 17:30see186

Məşhur tennisçi Devis Kubokunun finalında oynamayacaq

20 Oktyabr 2025 21:39see183

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see169

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see161

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see146

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see145

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see144

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see141

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see139

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see138

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see137

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see134

Xalq artistindən İDDİALI FOTOSESSİYA

20 Oktyabr 2025 17:22see132

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see128

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see125

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see124

Türkiyədə Can Holding in rəhbəri həbs olundu

21 Oktyabr 2025 01:36see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri